Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Əli Kərimli xəyanətin siyasi obrazıdır

Əli Kərimli xəyanətin siyasi obrazıdır

08.07.2010 [16:21]

Qüdrət Həsənquliyev: Maraqlı xarici qüvvələr sönmüş ocağı dağıtmırlar ki, lazımi məqamda onu üfürüb közərtsinlər  və öz maraqları xatirinə dövlətə, hakimiyyətə qarşı istifadə etsinlər
Müsahibimiz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevdir:
- Qüdrət bəy, müxalifət düşərgəsindəki seçkiqabağı durumu necə dəyərləndirərdiniz?
- çox güman ki, bu dəfə də müxalifət partiyaları parlamentdə təmsilçilik uğrunda mübarizə aparacaqlar. Əsas mübarizə isə yəqin ki, müxalifətin öz daxilində, yəni, konstruktiv müxalifətlə barışmaz düşərgə təmsilçiləri arasında gedəcək. Təəssüf ki, bu gün müxalifət seçkilərdə ciddi alternativ ola bilmir. Bunun bir səbəbi müxalifət düşərgəsində hökm sürən fikir ayrılığıdırsa, hətta konstruktiv müxalifətdə də bu var, digərləri kənar faktorlardır. Seçkilərdə konstruktiv müxalifətin özünü necə aparmasından çox şey asılı olacaq. İnsanlar bilməlidirlər ki, özünü radikal, barışmaz kimi təqdim edən müxalifət maraqlı xarici qüvvələrin ölkəyə təzyiq etməsinə şərait yaradır. Məhz onların əlləri ilə bu maraqlı güclər ölkənin daxilinə müdaxilə etmək imkanlarını qoruyub saxlayır. Bu baxımdan, konstruktiv müxalifət bir araya gəlməli və öz gücünü birləşdirməlidir. Konstruktiv müxalifət seçiciləri inandırmalıdır ki, onların maraqları qisasçılıq və ya hakimiyyət hərisliyi əsasında qurulmayıb. Konstruktiv müxalifət ölkədə normal münasibətlərin yaranmasında, ümummilli məsələlərdə qarşılıqlı anlaşma əsasında müzakirələrin aparılmasında maraqlıdır. Belə olan təqdirdə, ölkədə iqtidar-müxalifət münasibətləri də normal məcrada inkişaf edəcək. Əslində, bütün bunlara şərait var. çünki radikal müxalifətin öz daxilində çox eybəcər proseslər gedir. Sanki bir-biriləri ilə kim daha çox barışmazdır, kim daha çox Qərbin maraqlarından çıxış edəcək yarışına giriblər. Qarşılıqlı ittihamlar səsləndirilir. Əslində, onları Azərbaycanın siyasi həyatında qoruyub saxlayan xarici güclər var. Bu qüvvələrə stimul verilir, maliyyələşdirilir.
- Həmin maraqlı qüvvələr bu stimulun, maliyyənin qarşılığında onlardan nə tələb edirlər?
- ABŞ-ın dövlət katibi Hillari Klintonun ölkəmizə səfəri ərəfəsində “Azadlıq” bloku və Müsavat Partiyası aksiya təyin etmişdi. Bunun arxasında çox iyrənc məqsədlər dayanır. Əslində, o keçirilənlərə aksiya demək də ayıbdır. AXCP-dən olan bir neçə adamın yalandan küçəyə çıxıb görüntü yaratmasına mitinq və ya piket adı vermək mümkün deyil. Bu, imkan verir ki, müəyyən maraqlı qüvvələr həmin partiyalardan ölkəyə təzyiq vasitəsi kimi istifadə etsinlər. Həmin xarici qüvvələrin marağı aydındır. Bu yalnız şəxsi və ya həmin dövlətin mənafeyinə uyğun maraqlardır. Həmin maraqlar radikal müxalifətin tamamilə sıradan çıxmasına imkan vermir. Sanki sönmüş ocağı dağıtmırlar ki, lazımi məqamda onu üfürüb közərtsinlər və öz maraqları xatirinə dövlətə, hakimiyyətə qarşı istifadə etsinlər. Onlar hər zaman ölkədə qarşıdurmanın olmasını arzulayırlar. Bilirlər ki, güclü dövlət öz torpaqlarını azad etmək üçün bütün vasitələrə əl atmağa hazırdır. Zəif dövlətin etdiyi müharibədə isə hər hansı bir uğursuzluq daxildə nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək hərisliyində olanlara qol-qanad verə bilər.
- Bayaq radikal müxalifətin daxilində eybəcər proseslərin getdiyini dediniz. Bu hal “Azadlıq” blokunda daha aşkar görünür.
- Birincisi, Əli Kərimlini tanıyan bir adam kimi deyim ki, o, zamanında ayrı-ayrı insanlara çox namərdcəsinə xəyanət edib. Onun xəyanətlərini ifadə etməyə söz də yetmir. Ona müəyyən bir müddətə Lalə Şövkət, Əli Əliyev lazım idi. Amma bu gün bir başqasından işarə görən kimi öz müttəfiqlərini satmağa hazırdır. Hələ, Müsavat partiyasından gələn bu işarənin səmimi olub-olmadığı da bəlli deyil. Bəlkə də xaricdən maliyyələşdirən qüvvələr onu Müsavat partiyası ilə yaxınlıq etməyə yönləndirib. Bu isə çətin zamanda ona dayaq olan müttəfiqlərin üzərindən asanlıqla xətt çəkməyə bəs edir. Bu, həmin insanın xarakterindən irəli gələn bir məsələdir. Mən günahı Əli Kərimlidən çox Lalə Şövkətdə, Əli Əliyevdə görürəm. Bir zamanlar “Azadlıq” qəzeti Lalə Şövkət haqqında çox iyrənc yazılar yazırdı. O vaxt Lalə Şövkət Əli Kərimli haqqında demişdi ki, “hər şalvar geyinənə kişi demək olmaz”. Sonradan bu sözləri ünvanladığı adamla müttəfiq oldu. öz liderinə, dövlətinə, millətinə xəyanət edən birisi ilə müttəfiq olmanın sonu budur. Əli Kərimli xəyanətin siyasi obrazıdır. Xəyanət onun xarakteridir və bu səbəbdən kimisə satmaq onun üçün çətin bir şey deyil.
- Axı, uğrunda müttəfiqlərinə xəyanət etdiyi Müsavat partiyası ilə də zaman-zaman birlikləri olub?
- Bəli, olub. İsa Qəmbər dəyərlərə bağlı olan siyasətçi deyil. O, Əli Kərimlinin keçdiyi yolu, kimliyini Əli Əliyevdən də, Lalə Şövkətdən də yaxşı bilir. İsa Qəmbərdən soruşmaq lazımdır ki, bu gün can atdığın Əli Kərimlinin Lalə Şövkətdən və ya Əli Əliyevdən fərqi nədir? Vaxtilə eyni blokda idiniz, niyə ayrıldınız? 2000-ci ildə sən Əli Kərimliyə “satqın” dedin, 2005-ci ildə Əli Kərimli sənə eyni adı qoydu. Hər şey ortadadır, toplananların yerini dəyişəndə cəm dəyişmir. Bunların səviyyəsiz hərəkətləri ümumi müxalifət adına ləkə gətirir. Bilə-bilə ki, tərəfdarları, elektoratları yoxdur, cəmiyyətdən dəstək almırlar, beş-üç nəfəri salıb küçəyə özlərini müxalifət elan edirlər. Bununla belə, hələ bir ABŞ dövlət katibi ilə görüşmək istəyirlər. Bəlkə də o beş-üç nəfəri küçəyə çıxarmasalar, Klinton müxalifətlə görüşərdi. çünki Klinton onların gücünü gördü və ətrafında beş-üç nəfər olan adamla nəyi və niyə müzakirə etsin? Onların kim olduğu ABŞ-a da bəllidir.
- Əli Kərimli zaman-zaman dövlətin imicinə qarşı addımları ilə seçilir, böhtan dolu fikirlər səsləndirir. Bir müddət öncə mətbuata açıqlamasında keçmiş partiyadaşınız Mirmahmud Mirəlioğlu bildirmişdi ki, öz liderinə xəyanət edən adam hər şey edə bilər. Siz də bir zamanlar onunla eyni partiyada təmsil olunmusunuz. Bu insanda dövlətinə, millətinə qarşı bu münasibət nədən qaynaqlanır?
- Əli Kərimli öz məqsədinə çatmaq üçün bütün yolları məqbul hesab edir. Bu adam heç vaxt beynəlxalq təşkilatlar qarşısında ölkənin ən ağrılı problemindən danışmır. Mən bir dəfə onun Brüsseldə Avropa Komissiyasının iclasındakı çıxışını oxumuşdum. O, həmin iclasda Dağlıq Qarabağla bağlı iki cümlə işlətmişdi. Biri o idi ki, bölgədə sabitliyin təminatı Azərbaycanda və Ermənistanda yeni qüvvələrin hakimiyyətə gəlməsindən asılıdır. Baxın, Azərbaycan müharibə vəziyyətindədir və torpaqlarının 20 faizi işğal altındadır. Əli Kərimli deyir ki, indiki hakimiyyətin müharibə etmək təhlükəsi var, biz hakimiyyətə gəlsək müharibə etməyəcəyik... O tələb etmir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin, beynəlxalq təşkilatların qərarları icra olunsun.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30