Təhsil prosesi sistemli şəkildə bir-biri ilə əlaqəli olmalıdır
09.07.2010 [07:56]
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov “Mediaforum” saytına müsahibə verib:
- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iyunun 17-də keçirdiyi müşavirədə ali məktəblərdə təhsilin səviyyəsini ciddi tənqid edib. Deyib ki, məzunların bir çoxunun bilik səviyyəsi günün tələblərinə cavab vermir. Bu fikirləri BDU-ya da aid etmək olarmı?
- Ramiz müəllim tam o mənada demədi ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır. O, müəyyən məqamlar, ixtisas istiqamətləri üzrə fikirlərini çatdırdı. Bütövlükdə “Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır, təhsil yoxdur” fikri mövcud deyil. Tənqiddən nəticə çıxarmaq lazımdır. Tənqidi çox da analiz etmək, tənqidə tənqidlə cavab vermək düz deyil. Bu gün Azərbaycan təhsili inkişaf edir, bunu etiraf etmək lazımdır. Elm və təhsilimiz qlobal cəmiyyətə inteqrasiya olunur. Azərbaycanda bunun mexanizmi yaradılıb. çox yaxşı haldır ki, bu proses təkamül yolu ilə gedir. Əlbəttə, bu yolda müəyyən çatışmazlıqlar olur, çünki bir təhsil sistemindən digər təhsil sisteminə keçilir. Məsələn, BDU tam olaraq Boloniya sisteminə keçib. Bu sistem BDU-da şəffaflıq yaradır. Tələbəyə semestr ərzində bir müəllim dərs deyir, imtahanı heç tanımadığı başqa müəllim götürür, cavablar isə anonim yoxlanır. Cavablar da kodlaşdırılmış olur, müəllim kimin cavabını yoxladığını bilmir. Bir cavabı üç müəllim yoxlayır, ümumiləşdirib orta qiymət çıxarırlar. Burada hər hansı sui-istifadə ola bilməz. Prosesin özü bizim müdaxiləmiz olmadan şəffaflıq yaradır.
- Ali məktəblərdə təhsilin keyfiyyəti orta məktəb təhsilinin səviyyəsindən nə qədər asılıdır? Bugünkü orta məktəb universitetə savadlı tələbə göndərə bilirmi?
- Təhsil böyük bir prosesidir. Bu, uşaq bağçasından, orta məktəbdən başlayır. Proses sistemli şəkildə bir-biri ilə əlaqəli olmalıdır. Mən vahid metedoloji bazanın olmasına tərəfdaram. Orta məktəbə də, ali təhsilə də, magistratura və doktoranturaya da bir metedoloji yanaşma olmalıdır. Orta məktəbdə şagird müəllimlə dialoq əsasında hazırlanır. Ali məktəbə qəbul test üsulu ilə aparılır. Universitetlərdə isə bir neçə yanaşma var. Tələbənin biliyinin üzə çıxarılması üçün test, yazılı və dialoq üsullarından istifadə olunur. Yaxşı olar ki, bunların hamısı bir nizam üzərində qurulsun, yəni ya testlə, ya yazılı, ya da dialoqla olsun. Bu üsulların hər birinin öz çatışmazlığı var. Məsələn, bəzən dialoqda şəffaflığı qorumaq olmur. Biz ən çox yazılı üsula üstünlük veririk. Eyni zamanda, avtomatlaşdırılmış test üsulundan da geniş istifadə edirik. Tələbə birbaşa kompüterin qarşısında oturub imtahan verir və qiymətini də alır. Biz artıq bu sistemə keçmişik. Builki dövlət imtahanlarından sonra tələbələrdən çoxsaylı razılıq məktubları alırıq. Onlar avtomatlaşdırılmış test üsulundan razılıqlarını bildirirlər. Biz də buna çox sevinirik. Rektor auditoriyaya daxil olanda heç kim ona diqqət yetirmir. çünki hamı bilir ki, taleyi kompüterdən asılıdır.
- Bəzi ekspertlər iddia edir ki, universitetlərdə təhsilin keyfiyyətinin aşağı olması həm də tələbə qəbulunun test üsulu ilə aparılmasından irəli gəlir. Qəbul olunanların ixtisası təsadüflə müəyyənləşir, ona görə də tələbələr oxumur...
- Mən həm alim kimi, həm də pedaqoq kimi hesab edirəm ki, bu üç üsul arasında dialoqla olan imtahan daha sərfəlidir. Müəllim-tələbə dialoqu olmalıdır. Müəllim-tələbə dialoqu olmasaydı, Albert Eynşteyni kollecdən qovardılar. Deyirdilər ki, o, yazıb-oxuya bilmir. Ancaq bir müəllim dialoq zamanı onun fitri istedadının olduğunu üzə çıxardı və Eynşteyini təhsilə cəlb etdi. Dialoq üsulu şəffaf keçsə, bu, ən yaxşı təhsil üsuludur. Dialoq üsulunun çatışmayan cəhəti odur ki, müəyyən mühitdə şəffaflığı tam qorumaq olmur. Məsələn, bizim nəsil dialoqla oxuyub. Elmi də apara bilirik, düşüncəmiz də yerindədir, məktəb də keçmişik, məktəb də yarada bilmişik. İkinci yerdə yazılı imtahan üsuluna üstünlük verərdim. çünki, Avropa modelidir və bunun da öz üstünlüyü var. Tələbə artıq gənc yaşlarından elmi dildə yaza bilir, bu üsul tələbəni daha çox işlədir.
- Sizcə, necə etmək olar ki, Azərbaycan universitetlərində təhsil tam olaraq Avropa standartlarına cavab versin?
- Azərbaycan təhsilində güclü islahatlar gedir. Əvvəllər sovet məkanı müstəvisində yarışırdıq. İndi isə dünya müstəvisində yarışırıq. Biz BDU olaraq dünyanın aparıcı universitetləri sırasına daxil olmağı düşünürük. Ona görə də çox sürətli islahatlar aparırıq. Dinamika onu göstərir ki, Azərbaycan elmi inkişaf edir. Məsələn, 2009-cu ildə dünyanın reytinqli jurnallarında BDU-nun imzası olan 83 məqalə çıxıb. Azərbaycanın elm tarixində heç vaxt belə hal olmayıb. Əgər elmin, təhsilin keyfiyyəti aşağıdırsa, bu necə baş verir?
Bu gün BDU-da 32 beynəlxalq proqram və qrantlar üzərində iş gedir. Bunun maliyyə həcmi 4 milyon ABŞ dollarından çoxdur. Bəzi illərdə bu məbləğ artır, bəzən azalır. Dünyanın ən aparıcı dövlətləri, təşkilatları ilə elm sahəsində əməkdaşlıq edirik. Bu yaxınlarda Avropa İttifaqının elmin inkişafı layihəsi çərçivəsində 500 min avro məbləğində qrant layihəsi udmuşuq. Bu, nanotexnologiyaların inkişafı sahəsinə ayrılan qrantdır. Əgər, Avropa İttifaqı bunun üçün Azərbaycana yarım milyon avro qrant ayırırsa, deməli, bizdən nəsə gözləyirlər və bizim elmimiz var. Onlar dərc olunan məqalələrə, universitetdəki şəraitə baxıb bu maliyyəni verirlər. Bir müddət əvvəl yenə nanotexnologiyalar sahəsi üzrə Səudiyyə Ərəbistanının elan etdiyi 1 milyon dollarlıq qrant layihəsi udmuşuq. Mən yalnız ikisini deyirəm. Təhsil, tədris sahəsində də proqramlarımız var. Bu isə onun göstərir ki, Azərbaycan elmi, təhsili inkişaf edir. Amma təbii ki, çatışmayan cəhətlərimiz də var.
- “Təhsil haqqında” Qanunda müəllimlərin yaş senzinin müəyyənləşdirilməsi nəzərdə tutulub. Yaxın vaxtlarda bunun tətbiq olunması gözlənirmi?
- Bu, çərçivə qanundur. Ancaq ondan irəli gələn normativ sənədlər hələ bu günədək bizə gəlib çıxmayıb. Əlbəttdə, qərarı Nazirlər Kabineti verir, amma düşünürəm ki, yaş məsələsinə radikal yanaşmaq olmaz. Yaşlı nəsilə çox hörmətlə, diqqətlə, ehtiyatla yanaşmaq lazımdır. Ali məktəbin yaşlı müəllimləri bir vaxtlar cəmiyyətin sosial baxımdan ən təmin olunmuş təbəqəsi olub. 800 manat əmək haqqı alan professor təqaüdə çıxanda 200 manat pensiya alacaq. Belə olanda onun yaşayışı çox ağırlaşacaq. Ona görə də, Prezident İlham Əliyev, aidiyyəti orqanlar, universitetlər bu məsələyə çox ehtiyatla yanaşırlar. Birdən-birə bu sahədə radikal islahatlar aparmaq olmaz.
- Tələbələrin təqaüdünün həcmini necə qiymətləndirirsiniz? Sizcə, verilən təqaüd tələbənin yaşayışını təmin edə bilirmi?
- Əvvəlki illərlə müqayisədə tələbələrin təqaüdü xeyli artıb. Təqaüdün həcmi tələbənin oxumasından və qiymətlərindən asılıdır. Mən rektor təyin olunduğum dövrdə tələbələr indiki pulla 2 manat təqaüd alırdı. İndi isə qiymətlərindən asılı olaraq 50 manatadək təqaüd alırlar. Tələbəyə çox pul da vermək düzgün deyil. O əsasən oxumaqla məşğul olmalıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

