/ / ATXƏM dövlətin siyasətinə uyğun olaraq, Azərbaycanla bağlı həqiqətlərin təbliği istiqamətində işlər görməkdədir
ATXƏM dövlətin siyasətinə uyğun olaraq, Azərbaycanla bağlı həqiqətlərin təbliği istiqamətində işlər görməkdədir
24.08.2010 [09:00]
Hər bir təşkilat fəaliyyətini müəyyən etdiyi nizamnaməyə uyğun olaraq qurur. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) təsdiqlədiyi nizamnaməyə əsasən, qanunlarla qadağan olunmayan fəaliyyətlərlə məşğuldur. Bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri də türkdilli xalqların inteqrasiyasının sürətləndirilməsidir. Burada əlbəttə ki, elmi-humanitar, ictimai, mədəni əlaqələrin inteqrasiyası həyata keçirilir və müxtəlif konfranslar çərçivəsində bu münasibətlər genişləndirilir. Təşkil olunmuş bir neçə tədbirlərdən sonra ATXƏM-in beynəlxalq miqyasda fəaliyyət göstərmək imkanlarının da olduğunu müşahidə etdik. Yəni, hər bir tədbirdən sonra biz görürdük ki, uğrunda mübarizə apardığımız amallar ətrafında daha çox insan toplaşır. Ona görə də, Türk dünyasının inteqrasiyası istiqamətində qurulan fəaliyyətə bir çox türkdilli dövlətlərin ziyalılarının bu və ya digər sahədə peşəkar olan insanların qoşulması üçün məqsədyönlü işlər görməyə başladıq. Bu sözləri qəzetimizə müsahibə verən ATXƏM-in sədri İlham İsmayılov deyib.
İ.İsmayılov onu da bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, QHT-ləfə Dövlət Dəstəyi Şurasının dəstəyilə bir çox tədbirlər reallaşdıran təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də türkdilli xalqların Avropaya inteqrasiyasını həyata keçirməkdir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizin atdığı addımlar hər kəsə bəllidir. Həm diplomatik səviyyədə, həm hərbi-siyasi istiqamətdə, həm də informasiya müharibəsi sektorunda effektli addımlar atılmaqdadır. Əlbəttə ki, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə də işlər görülməkdədir. ATXƏM də məhz, bu istiqamətdə dövlət siyasətinə uyğun olaraq, işlər görməkdədir.
- İlham müəllim, konkret olaraq, söylədiyiniz istiqamətdə hansı işləri görmüsünüz?
- ATXƏM olaraq, QHT-ləfə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz layihə çərçivəsində Ankarada türkdilli xalqların 150-yə qədər ictimai təşkilatlarının konfransını keçirdik. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər diqqətə çatdırıldı və sonda axıska, kipr, kərkük və digər türkdilli xalqları təmsil edən 150-yə qədər ictimai təşkilatların birgə imzaladığı Bəyannamə qəbul edildi. Yəni, biz bununla münaqişə ilə bağlı həqiqətlərin yayılması işinə bu qədər ictimai təşkilatı cəlb edə bildik. Artıq keçirdiyimiz tədbirlərdə, aksiyalarda bu təşkilatların dəstəyi, fikri özünü göstərir. Bu isə öz növbəsində təcavüzkarın təbliğat işinə zərbə vurmuş oldu. Sonradan apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, ermənilər öz saytlarında bizim bu konfransımızla bağlı narahatlıqlarını ifadə ediblər. Bundan başqa, ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımı ilə bağlı Strasburq şəhərində aksiya təşkil etmişdik. O zaman aksiyanın təşkilində diplomatik korpusun dəstəyi olsa da, biz çalışdıq ki, həmin şəhərdə olan Türk Ailələri Federasiyasının nümayəndələrini də bu işə cəlb edək və buna da nail olduq. Həmin vaxt mən Türk diaspor nümayəndələrilə görüşlər keçirdim və onlara bildirdim ki, əslində, Xocalıda törədilmiş soyqırımı həm də ermənilərin bütün Türk dünyasına qarşı törətdiyini genosiddir. Bu qırğınlar ötən əsrin əvvəllərindən başlanmış soyqırımların davamıdır. Onlara söylədim ki, ermənilər 2015-ci ilədək Avropanın bir çox parlamentlərində qondarma “erməni soyqırımı” ilə bağlı sənəd qəbul etdirib, Türkiyədən təzminat tələb etməyi planlaşdırırlar. Ona görə də, biz birləşib Avropanın parlamentlərinin bir neçəsində Xocalı soyqırımı ilə bağlı sənədlər qəbul etdirərək, balans yaratmış olarıq. Bununla da, erməniləri öz qondarma iddialarından geri çəkilməyə məcbur edərik. Görüşlərdən sonra, yəni, aksiya günü artıq meydanda 150-dən çox türk ailəsinin bizimlə birlikdə dayandığını gördük.
ümumiyyətlə, ATXƏM daha çox təcrübi fəaliyyətlə məşğuldur. “Quru” bəyanatların qəbulu ilə işin bitmiş hesab edilməsi bizim təşkilatın qayəsinə yad bir fikirdir, əməldir.
- Məlum olduğu kimi, gələn ay ATXƏM-in özbəkistanda nümayəndəliyinin açılışı olacaq. Nümayəndəlik hansı işlərlə məşğul olacaq?
- ümumiyyətlə, Mərkəzi Asiyadakı dövlətlərlə olan münasibətlər Türkiyə ilə qurulan əlaqələrdən xeyli fərqlənir. Ona görə də, bu bölgədə ölkəmizlə bağlı həqiqətlərin yayılması, təbliğ olunmasına ehtiyac var. Avqustun 6-da keçirilmiş iclasın yekunu olaraq, qərara aldıq ki, özbəkistanda, Daşkənd şəhərində ATXƏM-in nümayəndəliyini açaq. Nümayəndəliyin sədri isə bu ölkədə kifayət qədər hörmət, nüfuz sahibi olan Akif Ağatalıbov təyin olundu. Əminəm ki, nümayəndəliyimizin məqsədyönlü fəaliyyəti nəticəsində Mərkəzi Asiya ölkələrində yaşayan türkdilli xalqların inteqrasiyası sürətlənəcək.
- İstərdik təşkilatın yaxın gələcəyə hesablanmış fəaliyyətilə bağlı məlumat verəsiniz...
- Nəzərinizə çatdırım ki, bu ayın 25-dən 29-dək Qaqauziya Muxtar Vilayətində Türk Xalqları Konfransı keçiriləcək. Paytaxt Komratda keçiriləcək konfransda Türk xalqlarının problemləri müzakirə olunacaq və sonda yekun Bəyannamə qəbul ediləcəyi gözlənilir. Əlbəttə ki, konfransda ATXƏM də iştirak edəcək. Bununla yanaşı, sentyabr ayının 26-da özbəkistanın paytaxtı Daşkənddə ATXƏM-in nümayəndəliyinin açılışı olacaq. Açılış mərasimində yüksək çinli rəsmilərin də iştirakı gözlənilir. Həmçinin, bu ilin oktyabr ayının 20-dən 22-dək Türkiyənin Mardin şəhərində “Türk koalisiyası, Türk diasporası, sosial-iqtisadi əlaqələr” mövzusunda Dünya Türk Forumu keçiriləcək. Toplantıda bütün türkdilli dövlətlərin diaspora təşkilatları və QHT-ləri iştirak edəcək. Forumda ölkəmizi Azərbaycan tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi və ATXƏM təmsil edəcək. Forumda Türk dünyasının bir sıra problemləri müzakirə olunacaq. Və sonda qeyd edim ki, ATXƏM olaraq Avropada da tədbir keçirməyi planlaşdırırıq. Vaxtı gəlincə həmin tədbir haqqında geniş məlumat verəcəyik.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

