Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki seçilib

YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki seçilib

02.10.2010 [09:07]

Şahlar Əsgərov: Mən də cavabımda söylədim ki, əgər Allahı riyazi yolla isbat edirəmsə, demək ki, idealistəm
Sentyabrın 21-25 tarixlərində Rusiyanın Soçi şəhərində Rusiya Təbiətşünaslıq Akademiyasının yaranmasının 15-ci ildönümünə həsr olunmuş “Ali məktəb elminin inkişaf perspektivləri” mövzusunda VI ümumrusiya elmi konfransı keçirilib. Konfransda “Biliyin qiymətləndirilməsinin nəzəri əsası” adlı elmi məruzə ilə çıxış edən professor Şahlar Əsgərov Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki seçilib və bir sıra təltiflərə layiq görülüb.
Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov ictimai-siyasi və elmi xadim kimi Azərbaycanda elmin inkişafına verdiyi töhfələrlə, əldə etdiyini nailiyyətlərlə hər bir azərbaycanlının böyük rəğbətini qazanıb. Bu gün Yeni Azərbaycan Partiyasının sayılıb-seçilən üzvünün elm sahəsində yüksək məqama çatması partiya üzvləri təqəfindən də böyük qürur hissi ilə qarşılanıb.
Elmi konfransla, oradakı müzakirələrlə, təltiflərlə və digər məsələlərlə bağlı professor Şahlar Əsgərovla söhbətləşdik:
- Şahlar müəllim, öncə konfrans barədə bizə qısa məlumat verməyinizi istərdik...
- Bildiyiniz kimi, sentyabrın 21-25 tarixlərində Rusiyanın Soçi şəhərində Rusiya Təbiətşünaslıq Akademiyasının yaranmasının 15-ci ildönümünə həsr olunmuş “Ali məktəb elminin inkişaf perspektivləri” mövzusunda VI ümumrusiya elmi konfransı keçirildi. Konfrasda Azərbaycanı mən və partiyamızın Siyasi Şurasının üzvü, professor Südeyf İmamverdiyev təmsil etdik.
Konfransın plenar iclasında 11 nəfər məruzə ilə çıxış etdi. Onlardan biri də mən idim. Artıq elm dünyasına vizit vərəqəsi qazanmış “Biliyin qiymətləndirilməsinin nəzəri əsası” adlı məruzə ilə çıxış etdim. 15 dəqiqə ərzində slaydlarla müşahidə olunan məruzəm auditoriya tərəfindən böyük maraqla qarşılandı.
Məruzədən sonra məruzə ilə bağlı suallar da oldu. Konfrans iştirakçılarından biri məruzəmi yüksək qiymətləndirdi və dedi ki, “məruzənizdən belə başa düşdüm ki, siz Allahın varlığını riyazi yolla isbat edirsiniz”. Mən də onun fikrini təsdiqlədim və əlavələrimi etdim.
Digər həmkarlardan biri isə mənim materialist və ya idealist olduğumu soruşdu. Mən də cavabımda söylədim ki, əgər Allahı riyazi yolla isbat edirəmsə, demək ki, idealistəm.
ümumiyyətlə, məruzəm ətrafında maraqlı diskussiya getdi.
Məruzələr başa çatandan sonra Belqorod Dövlət Universitetinin “Biznes və Xidmət” fakültəsinin dekan müavini Kseniya Vinoqradova, Belqorod Dövlət Texnologiya Universitetinin professoru Yuriç Yurov və başqa bir neçə konfras iştirakçısı məruzənin nüsxəsini istədilər.
- Siz, “Biliyin qiymətləndirilməsinin nəzəri əsası” adlı məruzədə Allahı riyazi yolla isbat edirsiniz. Bu nəzəriyyənin fundamental əsasını nə təşkil edir?
- ümumiyyətlə, Allahın varlığını isbata ehtiyacı yoxdur. İmanlılar və məntiqlilər Onun varlığını hər zaman hər yerdə görürlər. Misal üçün evdə elektrik lampası yanırsa, bu Allahın varlığına işarədir.  çünki, Allah  metallarda nizamlı quruluş yaratmasaydı və bu quruluşun nəticəsi kimi metal elektronları eyni istiqamətdə hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla bərabər, ateistlərin varlığı da inkar edilməzdir. Onları da Allah yoluna dəvət etmək üçün  riyazi isbata ehtiyac var.
ümumiyyətlə, qiymətləndirmənin ən azı on minillik tarixi var. Məlumdur ki, biliyin qiymətləndirilməsinin  beş ballı şkalası (xətti model) beş bərabər hissəyə bölünür və uyğun rəqəmlərlə işarə edilir. Hər öyrənci üçün bu  şkala “bilir” və “bilmir” adlan iki yerə bölünürdü.
Sonradan isə 100 və ya 10 ballıq sistemlərin ortaya çıxması artıq həmin qiymətləndirmənin ədalətli şəkildə həyata keçirilməsi mümkün olmadı. Yəni, əgər 100 bal əladırsa, bəs 99 bal neçədir? Və ya 80 bal yaxşıdırsa, o zaman, 75 bal hansı səviyyə sayılır? Burada bildiyimizin bilməli olduğumuza nisbəti kriteriya kimi götürülür.
Amma bu qiymətləndirmənin qüsuru var. Bu qüsurlarla bağlı dəfələrlə elmi jurnallarda məqalələrlə çıxış etmişəm. Qısa olaraq, demək istəyirəm ki, əvvəlki, qiymətləndirmə əlanı yaxşıdan seçməyi bacarır. Amma onun əlalar içərisindən lap əlanı seçə bilməməsi bu qiymətləndirmənin qüsurudur.
Lakin mən “Biliyin qiymətləndirilməsinin nəzəri əsası” ilə yeni paradiqma irəli sürmüşəm və deyirəm ki, qiymətləndirmənin əsası kimi bildiyimizin bilmədiyimizə olan nisbətini kriteriya kimi götürək. Əgər klassik qiymətləndirmədə dəyişmə sıfırla vahid arasındadırsa, burada sıfırla sonsuzluq arasında olacaq. Belə olan halda, biliyin qiymətləndirilməsində ədalət prinsipi işləyəcək. Artıq qiymətləndirmədə məhdudiyyət olmayacaq və bu qiymətləndirmə sonsuza qədər dəyişəcək. Əlbəttə ki, bir insan bütün elm sahələrində dahi ola bilməz. çünki, mütləq bilik yalnız Allaha məxsusdur.
Bir sözlə, bu qiymətləndirmə kriteriyası ilə biz qiymətləndirməyə daha ədalətli şəkildə yanaşmış olarıq.
- Məlum olduğu kimi, konfrans çərçivəsində təltifetmə mərasimi də keçirilib...
- Bəli, əsas iclasdan sonra konfrasda təltifetmə mərasimi də keçirildi. Sevindirici haldır ki, mükafatlandırılanlar və təltif olunanlar arasında mən, eyni zamanda, professor Südeyf İmamverdiyev də var idi.
Həmin mərasimdə mənə Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki seçilməyimlə bağlı diplom və döş nişanı, eyni zamanda, “Şahlar Əsgərov adına elmi məktəb banisi” haqqında sertifikat, diplom və döş nişanı, həmçinin, “Rusiyanın aparıcı elm xadimi” haqqında sertifikat, diplom və döş nişanı təqdim etdilər.
Bununla yanaşı, qeyd edim ki, çap olunmuş “Rusiya elmi məktəbləri” ensiklopediyasında mənim və professor Südeyf İmamverdiyevin elmi fəaliyyətilə bağlı biblioqrafik məlumatlar verilib. Həmin kitabı da biz əldə etdik...
- Professor, sizə “Şahlar Əsgərov adına elmi məktəbin banisi” haqqında sertifikat verilib. Elmi məktəb məsələsini bir qədər izah etməyinizi xahiş edirik...
- Əlbəttə, bu gün Azərbaycanda elmi məktəblərin formalaşdırılması məsələsilə çox az hallarda rastlaşırıq. Aydın olsun deyə, bir qədər açıq şəkildə danışmaq istəyirəm. Bildiyimiz elmi dərəcələri, rütbələri hazırki vaxtda qabiliyyətli insanlar alırlar. Yəni, bir qədər ixtisasın üzrə çalışaraq, elmi dərəcəni əldə etmək mümkün olur. Amma elmi məktəb yaratmaq artıq fərqli məsələdir. Elmi məktəb yaratmaq üçün alim 5 elmlər namizədi və bir elmlər doktoru hazırlamalıdır. Bu isə uzun illərin əziyyətli işidir.
Siz əgər bir qədər öncə adını çəkdiyim ensiklopediyada yer almış bioqrafiyama nəzər salsanız, orada mənim 245 elmi və 600-dən çox publisistik məqaləm, monoqrafiyaları, elmləri namizədi və doktorlarının hazırlanması haqqında informasiyalar görərsiniz. Məhz, bu amillərə görə, mənə elmi məktəb banisi diplomunu veriblər.

Paylaş:
Baxılıb: 1067 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30