Təhsil qurumları şagirdlər üçün məktəbli formasından kənar olan bütün geyimləri qadağan edib
03.12.2010 [10:00]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Əməkdar müəllim Nailə Rzaquliyeva www.yap.org.az saytına müsahibə verib:
- Nailə xanım, üç milyona qədər əhalisi olan paytaxt Bakının orta təhsil ictimaiyyətinə rəhbərlik edən şəxs kimi geridə qalan illər üçün hesabat verəcək olsanız, nələri qeyd edərdiniz?
- Adətən, mənə bu qəbildən olan sualları təhsillə bağlı verirlər. Siz bilavasitə öz mətbuatınızın siyasi istiqamətini nəzərə alaraq sualın əhatəsini genişləndirdiniz. Yəqin yadınızdadır, 2000-ci il dekabr ayının bu günlərində - yəni 10 il əvvəl ümummilli liderimiz Heydər Əliyev “Azərbaycan XXI əsrin və III minilliyin ayrıcında” adlı müraciəti ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq xalqımıza tarixi bir xitab etmişdi. Azərbaycan xalqının keçdiyi bütün yolu özündə əks etdirən və gənc, müstəqil Azərbaycan dövlətinin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirən həmin müraciət mükəmməl bir elmi əsər kimi hamımızın stolüstü kitabına çevrilib. Heydər Əliyev həmin müraciətdə keçdiyimiz yola qiymət verir, sənədin qələmə alındığı dövrün mahiyyətini açır və qarşıdakı on illər üçün Azərbaycanı sevən hər kəsin vəzifələrini ustalıqla müəyyənləşdirirdi. O cümlədən, təhsil ictimaiyyətinin qarşısında duran vəzifələr müəyyənləşdirilirdi.
Mən çox şadam ki, Ulu öndərin həmin çağırışına, həm də ölkənin təhsil ictimaiyyəti yüksək səviyyədə cavab verə bilmişdir.
Tarixi müraciətdən ötən dövrdə təhsil ictimaiyyətimizin uğurlarından danışarkən isə fəxrlə, iftixarla yada salmaq istədiyimiz məqamlar çoxdur. Təhsillə bağlı 16 Dövlət Proqramı təsdiq olunub və uğurla icra edilir. Respublikamızda məktəb tikintisi postsovet məkanının heç bir ölkəsində olmayan bir sürətlə davam etdirilir. Azərbaycan təhsil müəssisələrində informasiya-kommunikasiya vasitələrinin tətbiqinə görə regionda lider ölkəyə çevrilib və sairə.
- Biz sualı bir qədər konkret vermişdik. Siz kifayət qədər ümumiləşdirilmiş şəkildə cavablandırdınız.
- Bilirsinizmi, Azərbaycanın uğurları konkret olaraq mənim, sizin və ən ucqar kənddə yaşayan istənilən soydaşımızın uğurlarıdır. Bu uğurlara o adam şərik çıxmaq istəməz ki, o, ölkənin problemlərinə, cəmiyyətin dərd-sərinə şərik olmağı da özünə sığışdırmır. Həmin düşüncə tərzi tamamilə qəbuledilməzdir. Azərbaycanın bütün problemlərini öz şəxsi problemi kimi qəbul edib ürəyində gəzdirə bilməyən insan tutaq ki, ölkəmizin kosmosa rabitə peyki çıxarmasına, Şanxaydan Londona qədər uzanan nəhəng iqtisadi layihənin - nəqliyyat dəhlizinin Azərbaycandan keçərək reallaşmasına, yaxud ən ucqar kəndlərin belə abadlaşdırılmasına qətiyyən sevinə bilməz. Yəni, Prezident İlham Əliyevin uğurlu idarəetməsi nəticəsində dövlətimizin əldə etdiyi bütün uğurlar sizin, bizim və hər birimizin uğurlarıdır. Bu barədə açıq ürəklə hesabat verə bilərsiniz.
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasından ötən beş ildəki nailiyyətləri nədən ibarətdir?
- Bir az da dəqiqləşdirək. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı il mart ayıının 31-də Bakı şəhərindəki RTŞ-lər ləğv edildi. Həmin Sərəncama müvafiq olaraq Nazirlər Kabinetinin 28 iyul 2006-cı il tarixli, 189 nömrəli Qərarı əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı.
İdarə formalaşdırılanda qarşımıza qoyulan məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, demokratik idarəetmənin təkmilləşdirilməsi, tədrisin müasir standartlar səviyyəsində yenidən qurulması, orta ümumtəhsil müəssisələrinin gündən-günə inkişaf edən Azərbaycanın adına layiq tərəqqi tendensiyası səviyyəsinə qaldırılması və bir çox başqa məqamlardan ibarət idi. Həm dövlətin, həm də cəmiyyətin dəstəyi ilə həmin vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində kifayət qədər işlər görülmüşdür. Aparılan islahatlar nəticəsində təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, tabeliyimizdə olan təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və başqa sahələrdə əldə etdiyimiz nailiyyətlər həm Təhsil Nazirliyi, həm də digər qurumlar tərəfindən daim yüksək qiymətləndirilib.
- Ancaq ekspertlərin fikrincə, bu gün təhsil müəssisələrində ən önəmli vəzifə İnformasiya Kommunikasiya Texnologiyalarının daha geniş şəkildə tətbiq olunmasıdır.
- Bəli, bu istiqamət Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Xüsusən, ölkənin əsas ziyalı və intellektual təbəqəsinin mərkəzləşdiyi paytaxtda həmin məsələ daha böyük önəm kəsb edir. Ona görə də Azərbaycan Respublikası Prezidentinin hələ iki il yarım əvvəl imzaladığı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” həyata keçirilir. İndi həllinə çalışdığımız mərhələ təhsil ocaqlarında İnformasiya Kommunikasiya Texnologiyaları infrastrukturunun qurulması mərhələsidir. Artıq hər 29 şagirdə 1 komyuter nisbətini təmin etmişik. Bu nəticə dərslərin keyfiyyətinin artırılmasına və məktəbin elektronlaşdırılması işində sürətli inkişafa səbəb olub. 23 nömrəli məktəbdə uğurla sınaqdan çıxan “Elektron məktəb” layihəsində indi 20 və 220 nömrəli məktəb-liseylər, eləcə də 7, 8, 23, 60, 134, 160 və 245 nömrəli məktəblər də iştirak edir. Hazırda məktəblərimizin 139-u genişzolaqlı internet şəbəkəsinə qoşulub. Tətbiq etdiyimiz elektron dərsliklər layihəsinin uğurlu icrası nəticəsində Azərbaycan tarixi, kimya, biologiya və fizika fənləri elektron dərsliklər əsasında tədris olunur. Əminəm ki, davam edən dərs ilinin sonuna qədər daha bir neçə yeniliyimiz qeydə alınacaq.
- Tutaq ki, çoxsaylı yeni məktəb binalarımız da var, informasiya-kommunikasiya vasitələrimiz də. Amma məktəblərin hansındasa istilik sistemi yoxdur. Onda təhsilin keyfiyyətindən necə danışmaq olar? üstəlik, alimlər proqnoz verirlər ki, bu il qış çox sərt keçəcək.
- Əvvəla, çoxsaylı yeni məktəblərin tikilməsi və onların İKT ilə təmin olunması barədə cümlədə “tutaq ki” şərt işarəsi qoymayaq. çünki məktəblərin tikilməsi və təminatı həqiqətdir. O da həqiqətdir ki, bu qədər yeni məktəb tikən dövlət və Heydər Əliyev Fondu həmin məktəblərin istilik sisteminin yaradılması qayğısına da qalır. İndi Bakıda istilik sarıdan çətinlik çəkən məktəb yoxdur. İkinci, alimlərin növbəti qışın ən soyuq və ya ən mülayim şəkildə keçəcəyi barədə proqnozundan asılı olmayaraq, biz hər il “məktəblərin payız-qış mövsümünə hazırlığı” məsələsini diqqətdə saxlayır, tərtib olunan tədbirlər planı əsasında bütün bağça, məktəb və məktəbdənkənar tədris müəssisələrinin hansı şəkildə qızdırılacağını, bu işə məsul olan şəxslərin öz vəzifə borclarının öhdəsindən hansı səviyyədə gələ biləcəyini ciddi nəzarətə götürürük. Bu gün Azərbaycan Respublikası, xüsusən, paytaxt Bakı başdan-başa sosial-iqtisadi tərəqqi ilə əhatə olunubsa, məktəb yaşlı uşaq nə üçün soyuq otaqda dərs keçməlidir? Belə otaqlarda dərs keçən məktəbin olması mümkün deyil. Ancaq bütün sahələrdə olduğu kimi bu məsələlərdə də fövqəladə hallar istisna olunmur.
- Yeri gəlmişkən, bütün dünyada gedən qlobal istiləşmə prosesi ilə əlaqədar son illər planetin hər yerində fövqəladə hallar çoxalır. Təbii ki, bizim ölkəmiz də heç nədən sığortalanmayıb. Bu gün ölkədə həm sayca, həm də əhatə dairəsinə görə ən böyük müəssisələr şəbəkəsi olan təhsil ocaqlarında belə gözlənilməz hallara hazırlıq işləri aparılırmı?
- Əlbəttə. Həm idarəmiz yaranandan bəri, həm də son dərs ilində fövqəladə hallar zamanı baş verəcək hadisələrdən kifayət qədər az zərər çəkilməsi üçün müəyyən işlər görülmüşdür. Təbii ki, fövqəladə hallara qarşı heç kəs mübarizə apara bilməz. İnsanlar ancaq həmin hadisələrin fəsadlarının azaldılmasına nail ola bilərlər. Bu məqsədlə Mülki Müdafiə qərargahlarının fəaliyyətinin yaxşılaşdırılması kifayət deyil. Hər bir müəllimin və şagirdin belə hallar zamanı özünü necə aparacağından çox şey asılıdır. Ona görə də təhsil müəssisələrinin yanğından mühafizə vasitələri ilə təmin edilməsi və lazımi avadanlaqların quraşdırılması ilə yanaşı, geniş maarifləndirmə işlərinin aparılmasına da ehtiyac var. Bu məqsədlə il ərzində 60 nəfər məktəb direktoru, 35 nəfər direktor müavini və 50 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mərkəzi Mülki Müdafiə kurslarında təlim keçiblər. Yeri gəlmişkən, ötən ay Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə Tahir Həsənov adına 23 nömrəli orta məktəbdə keçirdiyi maarifləndirmə tədbirləri və təcrübi yanğınsöndürmə əməliyyatları orada iştirak etmiş şagird və müəllimlərin yadından heç zaman çıxmayacaq. Bu qəbildən olan tədbirlərimizi davam etdirəcəyik.
- Nailə xanım, idarənizin yaradılmasının beşinci ildönümünü necə qeyd edəcəksiniz?
- Əlbəttə, bu günə qədər gördüyümüz işləri, həyata keçirdiyimiz tədbirləri daha səmərəli şəkildə davam etdirməklə. Ancaq bəzi konkret tədbirlərimiz də olacaq. Yadınızdadırsa, biz bu ilin aprelində “Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər” mövzusunda dəyirmi masa keçirmişdik. Təhsil nazirinin, deputatların, ölkənin mətbuatla bağlı təşkilatlarının təmsilçilərinin, məktəb direktorlarının və çoxsaylı jurnalistlərin iştirakı ilə reallaşdırılan həmin tədbir ümumi işimizin irəliləməsinə kifayət qədər səmərə verib. Eləcə də, may ayında keçirdiyimiz “Təhsil, zaman və biz” adlı ilk təhsil sərgisi də bizim uğurlarımızın qiymətləndirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli idi. Aparılan təhlillər göstərdi ki, bu iki tədbir paytaxt təhsilinin inkişaf sürətinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Ona görə də idarəmizin beş illiyi ərəfəsində həmin qəbildən olan, bəlkə də bir az fərqli şəkildə tədbirləri yenidən təşkil edəcəyik. Başqa tədbirlərimiz də olacaq və təbii ki, bu barədə hamıdan tez mətbuat nümayəndələrinin məlumatı olacaq. Əsas odur ki, paytaxt təhsilinin inkişafı üçün hamımızın səylərini birləşdirə bilək. Dövlət və dövlət başçısı da bizdən bunu tələb edir.
- Nailə xanım, təəssüf ki, təhsil sistemi tez-tez müxtəlif ittihamların və iftiraların ünvanına çevrilir. Məsələn, şagirdlərin hicab məsələsi kimi...
- Neyləsinlər? ölkənin tərəqqisini bütün dünya təqdir edir, istənilən seçki qarışıqlıq, anarxiya yaranmadan başa çatır, xalq öz dövlətinə inanır, Qarabağ məsələsində danışıqlar intensivləşir və sairə. Yəni, xaricdəki bədxahlarımızın diqtəsi ilə işləyən bəzi qüvvələr yapışmağa heç nə tapa bilməyəndə belə məsələlərlə nəyəsə nail olmağa çalışırlar. Amma əbəs yerə. Mən dünyanın müxtəlif qütblərini təmsil edən üç ölkəni yada salmaq istəyirəm - İsveçrə, Yaponiya və Amerika Birləşmiş Ştatları. Bu ölkələrdə Valideyn-Məktəb Assosiasiyaları təhsil sistemində xüsusi söz sahibi kimi qəbul olunurlar. Bu assosiasiyalar dövri olaraq - təbii ki, ümumi işin xeyrinə olan təkliflərlə çıxış edirlər və həmin təkliflər əsaslı şəkildə müzakirə edildikdən sonra həyata vəsiqə alır.
Bizdə də Valideyn-Müəllim Assosiasiyaları var. Həmin qurumların çoxsaylı iclaslarında dəfələrlə müzakirə edilən məsələlərdən biri də şagirdlərin dərsə gələrkən geyindiyi məktəbli forması ilə bağlı olub. Belə ki, ölkədə bazar iqtisadiyyatı dönməz xarakter aldıqca, sahibkarlıq subyektləri çoxaldıqca, xüsusən, özəl bölmənin inkişafına dövlət dəstəyi artdıqca imkanlı adamların sayı çoxalır. Ancaq hamı eyni səviyyədə imkanlı deyil. Həmin imkan fərqi məktəblilərin geyimində özünü göstərir və hansısa şagirddə daxilən, psixoloji cəhətdən küskünlük, ruhdan düşmə prosesi başlayır. Valideynlər təklif edirlər ki, gələcəyimiz olan uşaqları həmin mənfi təzahürlərdən prosesindən qorumaq üçün şagirdlərin hamısı məktəbə eyni formada gəlsin. Təhsil qurumları da bu təklifi bəyənir və rəsmiləşdirir. Biz sinifdəki 13-14 qızdan məktəbə eyni formada gəlməsini tələb etdiyimiz halda, sinifdə müxtəlif dəbli geyimdə olan qız görünür. Yaxud qeyri-ənənvi geyimdə olan oğlan uşaqları. Məktəb rəhbərləri həmin şagirdlərin dərsə məktəbli formasında gəlməsini tələb etməkdə tamamilə haqlıdırlar. çünki qəbul edilmiş qərar, qayda, qanun hamı üçündür. Ona görə də biz məktəbli formasının hamı üçün vacib olmasını bildiririk və onu təmin edirik.
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında duran əsas vəzifələrdən biri də kadrların yerləşdirilməsi və tənzimlənməsi məsələsi idi.
- İndi artıq o məsələləri həll etmişik. Xüsusi kadr bankımız var. Məktəb rəhbərlərinin təyinatı məsələsi Təhsil Nazirliyi ilə razılaşdırılmış mexanizm əsasında həyata keçirilir. Müəllim kadrlarına isə - Gənclərin çağırışaqədərki Hazırlığı və Fiziki tərbiyə fənnini tədris edən müəllimlər istisna olmaqla, ciddi ehtiyac yoxdur. Tez-tez gündəliyə gətirilən yaşlı müəllimlərin tutduğu vəzifədən kənarlaşdırılması üçün yaş senzi müəyyən edilməsə də, həmin məsələdə bəzi məqamlar ortaya çıxır. Məsələn, bir çox fənlərin elektron vasitələrlə tədrisini təşkil etmişik. Adi texniki vasitələri işə sala bilməyən 70-75 yaşlı müəllimin həmin fənni tədris etməsi hansı nəticəni verəcək? Doğrudur, bəzi Avropa ölkələrində informasiya-kommunikasiya vasitələri ilə işləyə bilməyən müəllimlər üçün ayrıca proqram tərtib olunur. Bizdə isə hələlik maarifləndirmə işləri ilə kifayətlənməli oluruq. Fakt odur ki, informasiya - texnologiya vasitələri daim yeniləşir və özünə qarşı daha çevik münasibət tələb edir.
- Təhsilin keyfiyyəti sahəsində qazandığınız uğurları konkret rəqəmlərlə necə ifadə etmək olar?
- ötən illərlə müqayisədə 2010/2011-ci dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artmış, məzunlarımızın 44.83 faizi tələbə adını qazanıb. Nəzərinizə çatdırım ki, keçən il bu rəqəm 41.99 faiz olub. Təhsil İdarəsi yarandığı ildə, 2006-cı ildə bu rəqəm 34,79 faiz olub. Bu isə 4 ildə Bakı məktəbləri üzrə qəbulun 10 faizdən çox artması deməkdir. Məzunların orta balı keçən ilkinə nisbətən 9,5 faiz artaraq 241-dən 264.383-ə yüksəlib.
Təhsilin keyfiyyət göstəricisi adətən 500 və 600-dən yuxarı bal toplayanların faizi ilə müqayisə olunur. Bu il 600-dən yuxarı bal toplayanların sayının keçən illə müqayisədə 404-dən 563-ə, 500-dən çox bal toplayanların sayı 1727 nəfərdən 2061-ə yüksəlib. Daha da konkretləşdirsək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti (2006-2010-cu illər) dövründə ali məktəblərə qəbul 10, 04 faiz, məzunların orta balı 13,7 faiz, 500-dən yuxarı bal toplayanlar 2,27 faiz , 300-dən çox bal toplayanlar 6,53 faiz artıb, 100-dən aşağı bal toplayanların sayı 8, 35 faiz azalıb. Bu rəqəmlər təhsilin keyfiyyətinin yüksəliş göstəricisi və fəaliyyətimizin nəticəsidir. Əlbəttə ki, bu nailiyyətlərin qazanlılmasında müəllimlərimizin kifaəyt qədər əməyi olub.
- Həmin müəllimlərin qazandığı nailiyyətlər öz qiymətini alırmı?
- Bəli. Təhsil sistemində qabaqcıl təcrübəni öz fəaliyyətlərində tətbiq edən, yeni təlim texnologiyalarından, şagirdlərin qavrama bacarığının inkişafında əvəzsiz rol oynayan interaktiv təlim metodundan dərslərində istifadə etməklə uğur qazanan müəllimlərimizin sayının gündən-günə artması ürəkaçandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində Bakı şəhəri məktəblərinin və müəllimlərinin uğurlu nəticələri bizi çox sevindirir. Məlumat üçün bildirim ki, keçirilən müsabiqədə qalib gəlmiş 50 məktəbdən təkcə 28-i Bakı şəhərinin məktəbləridir. “Ən yaxşı müəllim” müsabiqəsində isə Bakı şəhəri məktəblərinin 50 nəfər müəllimi bu şərəfli ada layiq görülüb. Müqayisə üçün onu da qeyd edim ki, 2009-cu ildə bu göstərici müvafiq olaraq 24 və 41 olub.
- Bayaq qeyd etdiyiniz kimi, müxtəlif sərgilər, konfranslar da yaddaqalan olmuşdur. Bu tədbirlər haqqında daha ətraflı məlumat verməyiniz mümkündürmü?
- Əvvala qeyd edim ki, biz Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə maraqlı tədbirlər keçirmək ənənəsini yaratmışıq. Artıq mütəmadi olaraq şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən, onların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və inkişaf etdirilməsi sahəsində ciddi əhəmiyyəti olan belə tədbirlərimiz çox olub. Xüsusən Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş 2008-ci ildə “Biz Heydər Əliyev irsini öyrənirik”, 2009-cu ildə “Azərbaycan dünyam mənim”, 2010-cu ildə “Heydər Əliyev zəkasının işığında” adlı müsabiqələr bu mənada böyük məna və əhəmiyyət kəsb edib.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

