Beynəlxalq birlik Xocalı soyqırımına hüquqi qiymət verməlidir
25.02.2011 [08:50]
- Bəxtiyar müəllim, fevralın 26-da Xocalı soyqrımının 19-cu ildönümü tamam olur. İstərdik, ilk olaraq 19 il öncəyə nəzər yetirək və bu dəhşətli soyqırımı faktı haqqında danışaq...
- XX əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliam olan Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar hazırda həm ölkəmizdə, həm də dünya dövlətlərində tədbirlər keçirilir. Bu gün bu faciə haqqında danışmaq çox çətindir. çünki həmin faciənin qurbanlarının-xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetirilənlərin, bətni yarılaraq körpəsi qətlə yetirilənlərin, övladı göz açmamış vəhşicəsinə öldürülən anaların, tanınmaz vəziyyətə salınan ağsaqqalların, ağbirçəklərin faciəsinin şahidi olmuşuq. İnsanların diri-diri yandırılması, tankların tırtılları ilə əzilməsi qan yaddaşımıza köçüb. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib. XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, bəşəriyyətin qanını donduran soyqırımın baş verməsi ağlasığmazdır.
- Bu qanlı hadisəyə Azərbaycan dövləti siyasi qiymət verib. Bəs faciəyə hüquqi qiymətin verilməsi istiqamətində hansı addımlar atılmalıdır?
- Qeyd etdiyiniz kimi, Azərbaycan dövləti tərəfindən bu qətliama siyasi qiymət verilib. Həmin hadisəni törədən cinayətkarlar da məlumdur. Onların bir neçəsi bu gün Ermənistan dövlətinin rəhbərliyində təmsil olunur. Ona görə də, təsadüfi deyil ki, terrorizm Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatlarında ifşa edilmiş mütəşəkkil erməni cinayətkar dəstəsi də məhz həmin soyqırım hadisəsini törədənlərlə əlaqəli olmasın. Bunların arasında əlaqə var və o geniş bir şəbəkədir. Amma nədənsə dünya ictimaiyyəti bu məsələyə çox biganə yanaşır və bu da ona gətirib çıxarır ki, artıq dünyanın bir çox regionlarında hər gün xeyli sayda terror aktları nəticəsində insanların həlak olmasını müşahidə edirik. Sanki bu hadisələr artıq adiləşib. Amma beynəlxalq təşkilatlar Xocalı soyqırımına xüsusi diqqət yetirsəydi, bu cinayəti törədənlərə qarşı beynəlxalq hüquq çərçivəsində tədbirlər görülsəydi, düşünürəm ki, Dağlıq Qarabağ problemi həll olunardı, Azərbaycanın ərazi bütövlüyü təmin edilərdi. Eyni zamanda, bir çox regionlarda baş verən terror aktlarının qarşısı alınmış olardı. Ona görə də, hesab edirəm ki, biz Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində haqq səsimizi daha da ucaltmalıyıq. Xocalı soyqırımının XX əsrin sonunda, XXI əsrin astanasında bəşəriyyətə qarşı baş vermiş ən dəhşətli soyqırımı kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına nail olmalıyıq. Beynəlxalq təşkilatlarda, dünya parlamentlərində bu məsələ müzakirə olunmalıdır, bu soyqırımı siyasi qiymətini almalıdır. Bununla paralel olaraq, məsələyə beynəlxalq məhkəmələrdə baxılmalı və qətliamı törədənlər cəzalarını almalıdırlar. çünki cinayət cəzasız qalanda o daha böyük fəlakətlərə gətirib çıxarır.
- Son vaxtlar dünyanın bir sıra böyük dövlətləri öz vətəndaşlarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməməyi məsləhət görürlər. Sizcə, bu fakt artıq beynəlxalq birliyin işğalçı Ermənistana qarşı başlanmış təzyiq kampaniyası kimi dəyərləndirilə bilərmi?
- Azərbaycan dövlətinin həyata keçirdiyi qətiyyətli və ardıcıl siyasətin nəticəsidir ki, beynəlxalq aləmdə bu siyasətin bəhrələri görünməyə başlayıb. Artıq bir çox dövlətlər xarici işlər nazirlikləri səviyyəsində öz vətəndaşlarına, hüquqi və fiziki şəxslərə, QHT-lərə xəbərdarlıq edirlər ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə səfər etməkdə ehtiyatlı olsunlar və ümumiyyətlə, səfər etməsinlər. Bunun iki mənası var: birincisi, bu artıq etiraf etməkdir ki, dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər, ərazi bütövlüyümüzü bu çərçivədə tanıyırlar, ikincisi, işğal faktını dolayı yolla bir daha vurğulayırlar. Hesab edirəm ki, yaxın zamanlarda istər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, istər Avropa Şurasının, istər ATƏT-in, istər də Avropa Parlamentində qəbul edilmiş sənədlərin həyata keçirilməsi mərhələsinə başlanacaq. Hansı ki, o sənədlər Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir, Ermənistanın silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və yeddi rayonun işğal olunmasını bildirir və işğalçı qoşunların o ərazilərdən çıxarılmasını tələb edir.
Bu gün Azərbaycanın qüdrətli ordusu var. Ali Baş Komandan, cənab Prezident ordu quruculuğuna xüsusi diqqət yetirir və Azərbaycan ordusu gücləndikcə düşmənlə danışmaq da asanlaşır. Biz istəmirik ki, yenidən müharibə alovlansın. Amma Ermənistanın bugünkü siyasi rəhbərliyində olan cinayətkarlar yenə də Azərbaycanı təhdid edirlər, Azərbaycana qarşı hərbi bəyanatlarla çıxış edirlər. Təbii ki, sülh danışıqları nəticə verməsə, başqa yolumuz yoxdur. Bu gün Azərbaycan ordusu elə bir gücə malikdir ki, nəinki işğal olunmuş ərazilərimizi azad edə bilər, hətta vaxtilə ermənilərə dövlət qurmaq üçün bəxşiş edilmiş Göyçəni, Zəngəzuru və digər yerləri azad etmək iqtidarına malikdir.
- Son illər Xocalı soyqırımı ilə bağlı Azərbaycan dövləti, eləcə də, diaspor təşkilatlarımız xaricdə böyük tədbirlər keçirirlər. Bu baxımdan, həmin tədbirlər faciənin beynəlxalq müstəvidə həqiqi qiymətini alması üçün nə dərəcədə rol oynaya bilər?
- Bu tədbirlərlə biz beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən obyektiv olmağı, erməni vəhşiliyinə münasibət bildirməyi tələb edirik. İstər Xocalı soyqırımının dünyada tanınması, istər Azərbaycanın torpaqlarının işğaldan azad olunması, istərsə də qaçqın-köçkünlərimizin hüquqlarının bərpası məsələsi dövlətimiz tərəfindən başlıca məsələ kimi diqqətdə saxlanılır və bu problemlərin həlli yönündə siyasət davam etdirilir. Təbii ki, bu prosesdə diaspor təşkilatlarımız da son illər fəallaşıblar.
Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Moskva nümayəndəliyinin rəhbəri, Rusiyadakı AMOR təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsləri təqdirəlayiqdir. Onun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası dünyada geniş əks-səda doğurub. İstər Şərq, istərsə də Qərb ölkələrində bu hərəkat geniş vüsət alıb. Bu kampaniya vasitəsilə beynəlxalq təşkilatlarda, dövlətlərdə keçirilən tədbirə qatılan insanlar Xocalı faciəsinin acısını duya biliblər. Və bu iş çox gözəl təşkil olunub, insanlıq baxımından bu məsələyə qiymət verilib və diqqətə çatdırılıb ki, insanlar laqeyd qaldıqca bəşəriyyətə qarşı həyata keçirilən bu qətliam yenə də təkrar oluna bilər. Biz çalışmalıyıq ki, Xocalı faciəsi dünyada öz həqiqi qiymətini alsın ki, gələcəkdə bəşəriyyət ikinci bir faciə ilə qarşılaşmasın. Leyla xanım Əliyevanın bu işinə geniş dəstək verməliyik. Biz hadisələrin şahidi olmamış yetişməkdə olan gənc nəsli düzgün məlumatlandırmalıyıq. Beləliklə də, bu hadisələri tarixin ibrət dərsi kimi dəyərləndirib beynəlxalq ictimaiyyəti hadisələrə düzgün yanaşmağa sövq etməliyik.
- Bəs Azərbaycanda bu məsələlərin təbliğ olunmasında kütləvi informasiya vasitələrinin fəaliyyətini necə qiymətləndirmək olar?
- ölkəmizin mətbuatı bu yöndə iş aparır. Vaxtaşırı olaraq KİV-lərimiz faciələrimizlə bağlı mövzulara yer verir. Amma hesab edirəm ki, KİV-lər bu məsələyə diqqəti daha da artırmalıdır. Təəssüflə deməliyəm ki, bəzi televiziyalarımız üçün Azərbaycan sanki müharibə vəziyyətində olan ölkə deyil, sanki belə dəhşətli bir faciənin ildönümü ərəfəsində deyilik. Elə şou proqramlar təşkil edirlər ki, onlar bilavasitə milli mənəviyyatımıza ziddir, xalqımızın adət-ənənələrinə hörmətsizlikdir. Və bu da son nəticədə Azərbaycan xalqı, Azərbaycan dövləti haqqında mənfi imic formalaşdırmağa xidmət edir. Belə bir mühitdə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq çətinliyi yaranır, onların vətənpərvərlik ruhu öldürülür. Bu çox təhlükəli bir tendensiyadır. Təsəvvür edin ki, Xocalı faciəsində elə ailə var ki, onun bütün üzvləri canını qurban verib, amma torpağından bir addım da olsun geri çəkilməyib. Bəzi telekanallarda isə Azərbaycan ailəsi gülünc vəziyyətə salınır, məsxərə obyektinə çevrilir və dünyanın ən çox dəyər verdiyi Azərbaycan ailəsi eybəcər sosial institut kimi təqdim olunur. Hansı ki, bu ailə çox möhkəm və sağlam ailədir.
Telekanallardakı mənfi tendensiyanın nəticəsidir ki, Azərbaycan ailələrində də problemlər yaranır və gənclərdə düzgün olmayan təsəvvürlər formalaşır. Bu isə başımıza gətirilən faciələrə biganəlik yaradır. çox arzu edərdim ki, bizim televiziyalarımızda faciələrimizə kampaniya kimi deyil, xüsusi diqqət yetirilsin. Bu faciələrin baş vermə səbəbini araşdırmalıyıq, qarşısının alınması üçün hansı işlər görülməli, qan yaddaşımızın qorunub saxlanılması, tarixdən ibrət dərsləri götürmək yolları aranıb axtarılmalıdır. İstərdim ki, televiziyalarımız gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, Azərbaycan ailəsində sağlam mühitin formalaşması, adət-ənənələrimizin yaşaması, Azərbaycanda gedən uğurlu quruculuq işlərinin tərənnüm edilməsi, ölkəmizin firavan bir ölkəyə çevrilməsinin təbliğatçısına çevrilsinlər.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

