Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mübariz Qurbanlı: İsa Qəmbər siyasi şou yaratmaq istəyir

Mübariz Qurbanlı: İsa Qəmbər siyasi şou yaratmaq istəyir

28.04.2011 [10:52]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “Media forum” saytına müsahibəsində gündəmdə olan bir neçə məsələni dəyərləndirib:
- Müsavat Partiyasının başqanı İsa Qəmbər aprelin 22-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi məktubla müraciət edib. Məktubda mitinqlərə münasib yer ayrılması məsələsində razılığa gəlinməsi üçün meriya rəsmiləri ilə İctimai Palatanın Koordinasiya Şurasının nümayəndələri arasında danışıqların aparılması təklif olunur. Bakı şəhər İcra Hakimiyyəti məktuba cavab verməyib. Müraciəti necə qiymətləndirirsiz və belə danışıqlara ehtiyac varmı?
- İstənilən vətəndaş hakimiyyətə, dövlətin müvafiq qurumlarına müraciət edə bilər. Burada qeyr-adi heç nə yoxdur. Amma İctimai Palatanın, Müsavat Partiyasının siyasi aksiya keçirmək üçün xüsusi müraciət etməsinə ehtiyac görmürəm. çünki siyasi aksiyaların keçirilməsi ilə bağlı müraciət edildikdə Bakı şəhər İcra Hakimiyyəti buna cavab verir və müvafiq yer təklif edir, xüsusi müraciət etməyə nə ehtiyac var?
Bakı şəhərində siyasi aksiyaların keçirilməsi üçün yerlər ayrılıb, həmin yerlər bəllidir. Müraciət olunanda aksiyanın harada keçirilməsinin məqsədəuyğun olduğu məktubla təşkilatçılara bildirilir. İsa Qəmbər merə xüsusi müraciətlə mövzunu gündəmə gətirmək, bunun ətrafında siyasi şou yaratmaq istəyir. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti çox normal hərəkət edir və lazım olanda siyasi aksiyalarla bağlı açıqlamalarını dəqiq və məntiqli formada ictimaiyyətin diqqətinə çatdırır.
- Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu aprelin 26-da Müsavat Partiyasının qərargahında axtarış aparıb. Bunu necə qiymətləndirirsiz?
- Hüquq mühafizə orqanlarının şübhə doğuran məsələləri araşdırmaq üçün məhkəmənin qərarı ilə istənilən yerdə axtarış aparmaq səlahiyyəti var. Müsavat Partiyası olmur, başqa partiya olsun - hər yerdə bunu etmək olar. Hər şey qanun çərçivəsində edilir. Qanun çərçivəsində hansısa axtarış aparmaq olar.
İctimai Palatanın 2 aprel mitinqində qanunazidd əməllər törədilib. Hüquq mühafizə orqanları bununla bağlı cinayət işi qaldırıb. Cinayət işinin istintaqının gedişində hansısa məsələlərin aydınlaşdırılmasına ehtiyac yaranıb. Ona görə də məhkəmənin verdiyi sənədə uyğun olaraq istintaq üzrə məsul olan şəxslər Müsavat Partiyasının qərargahında hansısa sənədlərlə bağlı araşdırma aparıblar. Müsavat Partiyası bunu yenə də özünə qarşı xüsusi basqı kimi göstərməyə cəhd edir. Heç bir basqıdan söhbət getmir. Həqiqəti araşdırmaq üçün lazım olanda belə hüquqi və inzibati xarakterli addımlar atıla bilər.
- Bir necə gənclər təşkilatı aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisənin ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirməyə hazırlaşır. Polis ötən il anım tədbirinin keçirilməsinə imkan verməmişdi. Sizcə, gənclərin anım tədbirinə icazə verilməlidirmi?
- Belə bir anım tədbirinə ehtiyac yoxdur. Dövlət Neft Akademiyasında baş verən hadisə, faciə araşdırılıb, istintaq nəticəsində bu hadisəni törədənlər, orada iştirak edənlər müəyyənləşdirilib, məhkəmə olub və onlar cəzalandırılıblar. Dövlət Neft Akademiyasında həlak olanların xatirəsinin yad olunması ilə bağlı tədbirlər keçirilir. Hesab edirəm ki, bunu xüsusi olaraq siyasiləşdirib anım günü adı altında müəyyən yürüşlər, qanunazidd hərəkətlər etmək doğru deyil. Bu, həlak olan insanların ruhuna hörmətsizlikdir. Bəzi adamlar hər şeydən sui-istifadə etmək, faciədən də siyasi dividend qazanmaq istəyirlər. Anım tədbiri radikal müxalifətin bu hadisədən yararlanmaq cəhdindən başqa bir şey deyil. Anım tədbiri keçirmək üçün edilən çağırışlar yersizdir. Həmin çağırışı edənlərin kimlər olduqlarını araşdırmaq lazımdır. Araşdırma aparılsa bəlli olacaq ki, həmin insanların Dövlət Neft Akademiyasına heç bir aidiyyəti yoxdur, orada təhsil almırlar, ya da vaxtilə orada təhsil alıblar, bu gün isə hansısa siyasi qüvvələrlə bağlıdırlar və sair. Dövlət Neft Akademiyasının gəncləri həmin çağırışa qoşulmayacaqlar.

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30