Görülən işlər nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı daha da artacaq
12.05.2011 [09:53]
- Əli müəllim, Azərbaycanda aqrar sahənin inkişafında “Aqrolizinq” ASC-nin özünəməxsus rolu var. İstərdik ki, öncə bu təşkilatın yaranması zərurəti haqda fikirlərinizi bildirəsiniz. Cəmiyyət yarandıqdan sonra bu sahədə dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
- Bildiyiniz kimi, Azərbaycan müstəqillik qazanana qədər respublikanın kənd təsərrüfatının maşın-traktor parkının əsas hissəsini sovetlər dövründən qalmış texnikalar təşkil edirdi. Aydın təsəvvür yaratmaq üçün göstərmək kifayətdir ki, 1998-2004-cü illər ərzində ölkəmizə cəmi 798 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən, 233 ədəd taxılyığan kombayn, 212 ədəd traktor və başqa kənd təsərrüfatı texnikaları gətirilib.
Bundan əvvəlki illərdə isə alınmış kənd təsərrüfatı texnikalarının istismar müddəti başa çatmış, köhnələrək sıradan çıxmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçıları məcburiyyət qarşısında qalaraq fiziki və mənəvi cəhətdən köhnəlmiş, əslində isə istismara yararsız texnikalardan istifadə edərək aqrotexniki tədbirlərin yerinə yetirilməsi tələblərinə riayət edə bilmirdilər, köhnə texnikaların tez-tez sıradan çıxması nəticəsində böyük xərclər çəkirdilər, becərdikləri məhsulun böyük bir hissəsini itirirdilər.
Kənd təsərrüfatı texnikalarının çatışmazlığı səbəbindən şum, torpağın səpin qabağı hazırlanması, səpin, biçin və s. illərlə gecikdirilir, həm də keyfiyyətsiz aparılırdı. Kombaynlar köhnə olduğundan yığım mövsümündə 10-15 faiz məhsul itkisinə yol verilirdi, nəticədə məhsul istehsalçıları külli miqdarda vəsait itirirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış vəziyyətdən çıxış yolunun “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında, onun fəaliyyətinin genişləndirilməsində və lazımi miqdarda maliyyə vəsaitinin ayrılmasında görmüş və həyata keçirilməsi üçün bunların müvafiq mühüm əhəmiyyətə malik olan “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamı əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Dövlət başçısının sonrakı sərəncamları ilə Cəmiyyətin fəaliyyət dairəsi daha da genişləndirilib, ona yeni funksiyaların yerinə yetirilməsi həvalə edilib.
- Fəaliyyət dairəsi genişləndirildikdən sonra Cəmiyyət daha hansı vəzifələri yerinə yetirməkdədir?
- Bunlar kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etməkdən ibarətdir.
- ölkəmizdə kənd təsərrüfatı istehsalçılarının lazımi texnikalarla təminatı hansı səviyyədədir? Aqrar sahənin inkişafında bu amilin əhəmiyyətini nəzərə alsaq, Cəmiyyətin bu məsələ ilə bağlı fəaliyyəti haqqında məlumat verməyiniz maraqlı olardı...
- Cəmiyyətin əsas funksiyalarından biri alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizinqə verilməsi və ya lizinq yolu ilə satılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq, dövlət büdcəsi hesabına alınmış “Aqrolizinq” ASC-yə məxsus kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verilir və ya lizinq yolu ilə satılır.
İndiyə kimi minlərlə müxtəlif markalı kənd təsərrüfatı texnikaları alınıb. Burada əsas yeri kənd təsərrüfatı texnikaları tutur, eləcə də, soyuducu kameralar, süd zavodu avadanlığı, qarışıq yem zavod avadanlığı və s. lizinqə verilib və lizinq yolu satılıb.
Cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların sifarişləri əsasında sərfəli tariflə əkin, səpin, məhsul yığımı, ot biçini və sair ümumilikdə 20 addan çox müxtəlif növ xidmət işləri həyata keçirir. Onu da qeyd etmək istəyirəm ki, hər il dövlət büdcəsindən Cəmiyyətə orta hesabla 35 milyon manat vəsait ayrılır. Bu vəsait hesabına “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikaları alıb gətirir, həmin texnikaların bir hissəsi lizinqə, bir hissəsi isə rayon aqroservislərinə verilir. Rayon aqroservisləri də həmin texnikalar vasitəsilə yuxarı instansiyalar tərəfindən təsdiq olunmuş tariflər əsasında kənd təsərrüfatı istehsalçılarına pullu xidmətlər göstərirlər.
- Bəs hazırda kənd təsərrüfatı texnikaları yerli istehsalçıları tam təmin edirmi?
- Qeyd etmək istəyirəm ki, hazırda Sovet dövründən qalan texnikalar da istifadə olunur. Bundan əlavə, biz ölkəyə 11 min kənd təsərrüfatı texnikaları gətirmişik. Onun 990-nı taxılyığan kombayn, 3 min 100 ədədi müxtəlif gücə malik traktordur, yerdə qalanları isə asılan və qoşulan kənd təsərrüfatı texnikalarıdır. ümumiyyətlə, tələbat daim ödənilməlidir. çünki Sovet dönəmindən qalan texnikalar köhnələrək tədricən sıradan çıxırlar. Onların yerinə yeni texnikalar alınmalıdır. Yəni, maşın, mexanizm parkı daim yenilənməlidir.
- ümumiyyətlə, “Aqrolizinq” ASC qeyd etdiyiniz məsələlərlə bağlı hansı ölkələrlə əməkdaşlıq edir?
- Bizim xarici əlaqələrimiz genişdir. Dünyanın bir sıra ölkələri ilə sıx əməkdaşlıq edirik. Bunların sırasına ABŞ, Rusiya, çin, Qazaxıstan, Finlandiya, İngiltərə, Polşa, Belarus, Ukrayna, İtaliya, Almaniya, Avstriya, Türkiyə, İran, Yaponiya, özbəkistan və digər ölkələr daxildir.
Kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar və ehtiyat hissələri əsasən Rusiya, Belarusiya, Finlandiya, çin, Yaponiya, Türkiyə kimi ölkələrdən, superfosfat gübrəsi Ukraynanın Sumi Kimya kombinatından, azot gübrəsi Rusiyanın kimya kombinatlarından qismən də Qazaxıstan və özbəkistan dövlətlərindən, kimyəvi preparatlar Almaniyadan, buğda toxumları Rusiyanın Krasnodar vilayətindən, cins damazlıq heyvanlar Almaniya və Avstriyadan idxal olunub.
- Kənd təsərrüfatı istehsalçılarına mineral gübrələrin satılmasında nə kimi güzəştlər mövcuddur?
- Xatırladım ki, “Aqrolizinq” ASC yaradılana qədər mineral gübrələrdən və bitki qoruyucu dərman preparatlarından demək olar ki, çox cüzi miqdarda istifadə edilirdi, bu da torpağın münbitliyinin azalmasına səbəb olur və nəticədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı ildən-ilə aşağı düşürdü. Bu isə kənd təsərrüfatı məhsulları istehsalçılarının marağını azaltmaqla yanaşı, torpağa bağlılığını zəiflədir və kənd əhalisinin şəhərlərə axınının artmasına səbəb olurdu.
Dövlət tərəfindən bu cəmiyyət yaradıldıqdan sonra bu sahədə də ciddi yeniliklər baş verdi. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən mineral gübrələrin satışı aparılır. Mineral gübrə almaq istəyən məhsul istehsalçıları yerli ərazi komissiyasına müraciət edirlər. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan əkin sahəsini təsdiqləyən sənədləri ərizə ilə birlikdə “Aqrolizinq “ ASC-nin yerli qurumlarına təqdim edir. Sənədlər tam qaydasında olduqda mineral gübrə istifadəçiyə 50 faiz güzəştlə satılır.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına alınan superfosfat gübrəsi buğda hər hektar əkin sahəsinə görə 300 kq olmaqla 70 faiz güzəştlə satılır.
- Əli müəllim, bu günlərdə dövlət başçısı Saatlı rayonunda “Aqrolizinq” ASC-nin yerli filialının açılışında iştirak etdi. Necə hesab edirsiniz, cəmiyyətin yerli filiallarının yaradılması bütövlükdə ölkəmizdə aqrar sahənin inkişafında nə dərəcədə rol oynayır?
- Bəli, qeyd etdiyiniz kimi, cənab Prezident bölgələrə səfəri çərçivəsində bu yaxınlarda Saatlı rayonunda “Aqrolizinq” ASC-nin yerli filialının aılışında iştirak etdi və qurumun fəaliyyət istiqamətləri ilə tanış oldu. Onu bildirmək istəyirəm ki, cəmiyyətimizin bir sıra rayonlarda filialları var. Hazırda beş rayonda da aqroservis tikilir ki, bu ilin sonuna qədər istifadəyə veriləcək. Növbəti illərdə vəsait ayrıldıqca digər rayonlarda da güclü maddi-texniki bazaya malik olan aqroservislər tikilib istifadəyə veriləcək. Bütün bunlar isə kənd təsərrüfatı istehsalçılarının xidmətində olacaq. Əlbəttə ki, bu proses bütövlükdə Azərbaycanda aqrar sahənin inkişafına xidmət edir. Görülən bu işlər nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı daha da artacaq.
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15

