/ / Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir
Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir
24.01.2012 [00:44]
- Kamilə xanım, 2011-ci il Azərbaycanın, bütövlükdə cəmiyyətimizin həyatında hansı yeniliklərlə yadda qaldı?
- 2011-ci il Azərbaycanın həyatında bir çox nailiyyətlərlə yadda qaldı. İlk olaraq, bildirim ki, ötən ildə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın mövqelərini, dövlətimizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirdi. Uğurlu şəkildə yürüdülən həm daxili, həm də xarici siyasət Azərbaycanın modern dövlət kimi sürətli inkişafını şərtləndirdi.
Vurğulanmalıdır ki, ötən il də iqtisadiyyatın inkişafı dinamik şəkildə müşahidə olundu. Sosial sahədə də ciddi addımlar atıldı. Dünyanın nüfuzlu, güclü dövlətləri maliyyə və iqtisadi böhranın yaratdığı çətinliklərdən çıxış yolu axtardığı bir zamanda, Azərbaycan dövləti vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılması, rifah halının yüksəldilməsi üçün praktik qərarlar qəbul etdi. ötən il əvvəlcə pensiyalar 40 faiz artırıldı, sonra isə dekabr ayından başlayaraq, Prezident İlham Əliyevin sərəncamlarına əsasən müxtəlif sahələrdə çalışanların əmək haqları artırıldı.
Digər sahələrdə də əhəmiyyətli irəliləyişlər oldu. Mədəniyyət, incəsənət, idman, təhsil və digər sferalarda böyük işlər görüldü, əhəmiyyətli nailiyyətlər əldə edildi. Həmçinin, Azərbaycanın regionlarının inkişafı da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, insanların rifah halının yüksəlməsi, istirahət məkanlarının inşa edilməsi və s. bölgələrimizin simasını tamamilə dəyişdi. Buna misal olaraq, Zaqatala, Balakən rayonlarını göstərə bilərəm. Təbii ki, Azərbaycanın bütün bölgələri uğurlu inkişaf yolu keçir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonlarda görülmüş işlər bir daha Azərbaycanın ümumi sürətli inkişafını göstərir.
Əlbəttə ki, ümumi xarakterizə etsək, 2011-ci il ölkəmiz üçün uğurlu il kimi yaddaşlara yazıldı. Nümunə üçün müxtəlif tarixi nailiyyətlərimizi də qeyd edə bilərik.
Belə ki, ilk olaraq, ötən il Azərbaycan müasir dövlət kimi bütün dünyanın, eləcə də, Avropanın diqqətində oldu. ölkəmizin mədəniyyət təmsilçiləri qitədə məşhur olan “Eurovision-2011” mahnı müsabiqəsində birinci yeri qazandı. Bu müsabiqədə Azərbaycanın qalib gəlməsi isə Avropanın, bütövlükdə avropalıların ölkəmizə olan marağından, inamından irəli gəlirdi. Azərbaycan artıq dördüncü dəfə idi ki, bu müsabiqədə iştirak edirdi və iştirakçılarımız hər dəfə də parlaq ifaları ilə seçilirdilər. Yəni, bu fakt göstərir ki, Avropada Azərbaycanın zəngin mədəniyyətinə, incəsənətinə maraq var. Azərbaycanın polietnik və çoxkonfessiyalı ölkə kimi tarix və müasirliyi özündə birləşdirməsi, ümumbəşəri ideallara sadiqlik nümayiş etdirməsi, ölkəmizi daha da cəlbedici edir. Bu mənada, hətta, sadə avropalılar belə, Azərbaycanla daha yaxından tanış olmağa, Şərq və Qərb mədəniyyətinin sintezini əyani şəkildə görməyə can atırlar. Düşünürəm ki, bu il “Eurovision” yarışmasının tarixinə düşəcək Bakı müsabiqəsi hər bir avropalıya ölkəmizlə yaxından tanış olmağa real imkanlar yaradacaq.
Azərbaycanın ikinci tarixi nailiyyəti müstəqilliyimizin 20-ci ildönümündə ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilməsilə bağlıdır. Məlum olduğu kimi, ötən ilin oktyabr ayının 24-də Azərbaycan 155 dövlətin dəstəyilə BMT-nin ali orqanına üzv seçildi. Təbii ki, bu da təsadüfi bir uğur deyil. çünki, 193 dövlətin 155-nin səsini qazanmaq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan, eyni zamanda, etibarlı tərəfdaşlığı və əməkdaşlığı ehtiva edən xarici siyasət yürütməsindən irəli gəlir.
- ötən il təhsil sferasında hansı uğurlara imza atıldı? 2011-ci təhsil ictimaiyyəti üçün yaddaşlarda necə qaldı?
- Məlum olduğu kimi, hər bir xalqın, dövlətin gələcək inkişafı məhz, onun təhsilinin səviyyəsindən asılıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin tərəqqi yoluna nəzər saldıqda görürük ki, təhsil, elm, elmi-texniki tərəqqi həmin dövlətlərdə əsas yeri tutmuşdur. Azərbaycan da perspektiv inkişafını bu yolla qurub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti Azərbaycanın perspektiv inkişafı üçün sağlam təməl formalaşdırıb. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev neft kapitalının intellektual kapitala çevrilməsi strategiyasını elan edib. Bu siyasət çərçivəsində həm ölkədə təhsilin səviyyəsi qaldırılır, bu sferada infrastruktur, maddi-texniki baza möhkəmləndirilir, həm də azərbaycanlı gənclər xaricdə nüfuzlu universitetlərdə təhsil almağa göndərilir. Bu, bir həqiqətdir ki, hazırda Azərbaycanda həm dövlətin, həm də Heydər Əliyev Fondunun dəstəyilə 3000-dən artıq məktəb inşa və təmir edilib. Dövlət Proqramı çərçivəsində 5000-dən artıq azərbaycanlı gənc dünyanın tanınmış təhsil ocaqlarında təhsil almağa göndərilib. Bununla yanaşı, ölkəmizdə elmi-tədqiqat mərkəzlərinin yaradılması, elmin, təhsilin inkişafı üçün proqramların qəbul edilməsi, bu sahədə layihələrin həyata keçirilməsi üçün fondun formalaşdırılması və s. tədbirlər göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir. Bu mənada ötən il Azərbaycanın təhsil, elm sahəsində də yaddaqalan oldu.
- Əlbəttə, indidən 2012-ci il haqqında dəqiq proqnoz vermək olmaz. Amma məsələyə futuroloji prizmadan yanaşaraq, 2011-ci ildə əldə olunmuş uğurların əsasında cari ildə hansı yadda qalan hadisələrin olacağını bu gündən söyləmək olar?
- Anlaşılandır ki, 2012-ci il təzə başlayıb və cari ilin perspektiv uğurları haqqında dəqiq söz söyləmək mümkün olmaz. Amma, qeyd edildiyi kimi, ötən ilin uğurlarının bazası üzərində bu il hansı uğurlu hadisələrin baş verə biləcəyini müəyyən mənada qeyd etmək olar. Birincisi, ötən il “Eurovision-2011” yarışmasının qalibi olmuş Azərbaycan 2012-ci ilin may ayında növbəti müsabiqənin keçirilməsinə ev sahibliyi edəcək. Bu yarışma ərəfəsində statistik məlumatlara görə, Avropa ölkələrindən Azərbaycana 70 mindən artıq insan gələcək. Bu o, deməkdir ki, Azərbaycan bu il də Avropanın diqqət mərkəzində olacaq. Avropalılar ölkəmizin zəgin tarixi, mədəniyyəti, mətbəxi, gəzməli və görməli yerlərilə tanış olacaqlar.
İkincisi, ötən il Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və bu ilin may ayında TŞ-nin iclasına sədrlik edəcəyini əsas götürərək deyə bilərik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addım atıla bilər. TŞ BMT-nin ali orqanıdır və onun qəbul etdiyi qətnamələrin yerinə yetrilməsi məcburidir. Əlbəttə ki, bu günə qədər BMT TŞ-nin 4 qətnaməsi olsa da, onlar icra olunmayıb. Amma, düşünürəm ki, artıq vəziyyət fərqlidir və ali orqanın qərarlarından sonra torpaqlarımızı işğal etmiş Ermənistan təcavüzkar siyasətindən əl çəkməli olacaq.
Bir sözlə, düşünürəm ki, 2012-ci il də dövlətimiz, xalqımız üçün uğurlu olacaq. Cari ildə də əhəmiyyətli hadisələr baş verəcək və Azərbaycan qarşısına qoyduğu hədəflərə çatacaq. Bunun üçün Azərbaycanın bütün imkanları var: Prezident İlham Əliyevin timsalında güclü, iradəli, praqmatik düşüncəli LİDER faktoru, sürətli və stabil inkişaf edən İQTİSADİYYAT, maliyyə vəsaiti, hakimiyyəti dəstəkləyən XALQ iradəsi. Bütün bunlar Azərbaycanın perspektiv inkişafını təmin edən amillərdir.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

