Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Biz bu il ərzində də beynəlxalq əlaqələrimizi genişləndirmək istiqamətində işlərimizi uğurla davam etdirəcəyik

Biz bu il ərzində də beynəlxalq əlaqələrimizi genişləndirmək istiqamətində işlərimizi uğurla davam etdirəcəyik

13.02.2012 [22:45]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Ramin müəllim, Yeni Azərbaycan Partiyası (YAP) geniş beynəlxalq əlaqələrə malikdir. Bu baxımdan, partiyamızın Gənclər Birliyinin 2011-ci il ərzində beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətini necə səciyyələndirərdiniz?
- Bildiyiniz kimi YAP Gənclər Birliyi müəyyən layihələr həyata keçirməkdədir. Artıq bu istiqamətdə bir sıra uğurlar qazanılıb. Qeyd etmək istəyirəm ki, YAP Gənclər Birliyi çoxşaxəli fəaliyyətini həm gənclərimizin fəallığı, həm də beynəlxalq arenada tanınması üzərində qurub. Təbii ki, Gənclər Birliyinin fəaliyyətinin inkişafını qeyd etdikdə bunu ölkə rəhbərliyinin, dövlətimizin gənclərlə bağlı apardığı siyasətin, onlar üçün yaratdığı şəraitin nəticəsi kimi dəyərləndirmək lazımdır. Cənab Prezidentin, partiyamızın Sədri İlham Əliyevin gənclərə verdyi önəm, göstərdiyi diqqət hər zaman biz gənclərə əlavə bir güc, mənəvi ruh yüksəkliyi verir. Cənab Prezidentin gənclərə göstərdiyi diqqət və qayğıdan irəli gələrək, YAP gəncləri kimi, biz də öz fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq. Bilirsiniz ki, YAP Gənclər Birliyi 2011-ci ildə müxtəlif layhələr həyata keçirib, beynəlxalq əlaqələrin genişlənməsində mühüm addımlar atıb. Beynəlxalq əlaqələrin inkişafı məsələsində biz gənclər öz fəaliyyətimizi iki istiqamətdə qurmuşuq. Birinci istiqamət gənclər sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar, həmçinin, dünyadakı gənclər təşkilatları və siyasi partiyaların gənclər birlikləri ilə əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi, Azərbaycanın dostlarının sayının artırılması yönündə işlər aparılmasıdır. İkinci istiqamət isə bu təşkilatlarda fəaliyyət göstərən və ya həmin qurumların fəaliyyətində iştirak etməyən müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının və siyasi partiyaların gənclər birlikləri ilə əlaqələrin qurulmasıdır. Sevindirici haldır ki, hər iki istiqamət üzrə müəyyən addımlar atılıb, uğurlar qazanılıb.
İkitərəfli əlaqələrin inkişafı, müxtəlif ölkələrdə fəaliyyət göstərən gənclər və siyasi partiyaların gənclər təşkilatları ilə münasibətlərin qurulması istiqamətdə də müəyyən uğurlar əldə etmişik. Bilirsiniz ki, müxtəlif təşkilatları, ölkələri təmsil edən gənclərlə ikitərəfli müqavilələrin imzalanması, o ölkələrin gəncləri ilə qarşılıqlı səfərlərin edilməsi ilə bağlı işlər aparılıb. Buna bariz nümunə kimi Rumıniyanın hakim Liberal Demokrat Partiyasının gənclər birliyinin üzvlərinin ölkəmizə səfərini qeyd edə bilərik. Eyni zamanda, biz ötən il Rumıniyada iki dəfə səfərdə olmuşuq.
- YAP Gənclər Birliyinin Avropa Xalqları Partiyasının gənclər təşkilatları ilə əməkdaşlığının perspektivini necə dəyərləndirirsiniz?
- Təbii ki, fəaliyyətimizdə ən əsas önəm verdiyimiz məsələlərdən biri Avropa Xalqları Partiyası (AXP) ilə əlaqələrdir. Bildiyiniz kimi YAP AXP-yə müşahidəçi statusda üzv olmaq üçün öz namizədliyini irəli sürüb. Bu istiqamətdə işlər aparılır və yəqin ki, bizim partiyanın o təşkilatın sıralarında uğurla fəaliyyət göstərməsinə yeni bir şərait yaradılacaq. Biz gənclər də AXP-nin tərkibində fəaliyyət göstərən bir sıra gənclər təşkilatları ilə ikitərəfli əlaqələrin qurulmasına nail olmuşuq. Bu əlaqələrin yeni bir mərhələyə qədəm qoyması üçün bir baza yaratmışıq. Bilirsiniz ki, 2011-ci ildə YAP Gənclər Birliyi AXP-nin Avropa Demokrat Tələbələr Birliyinin bir sıra tədbirlərində iştirak edib və həmin təşkilatın çərçivəsində digər ölkələrdə fəaliyyət göstərən siyasətçi gənclərlə debatlar aparılıb. Bu prosesdə iki tərəfli əlaqələrin inkişafı məsələləri də müzakirə olunub. Əməkdaşlıq etdiyimiz digər təşkilat isə AXP-nin Gənclər Birliyidir. 2011-ci ilin dekabrında Brüsselə səfər edərək həmin təşkilatın rəhbərliyi ilə görüş keçirmişik. Görüşdə 2012-ci ilin hər iki təşkilatın əlaqələrində inkişaf mərhələsi olacağı qeyd edilib. ümid edirik ki, bu ildən etibarən biz həmin təşkilatın layihələrində, tədbirlərində aktiv iştirak edəcəyik.
- Bu günlərdə Makedoniyanın Türk Demokratik Partiyasının Gənclik Forumunun nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Beynəlxalq əlaqələrin inkişafı baxımından bu səfərin əhəmiyyəti nədən ibarətdir?
- İkitərəfli əlaqələrin inkişafı istiqamətində apardımız işlərdən biri də Makedoniyanın koalisiya hökumətində təmsil olunan Türk Demokratik Partiyasının (TDP) Gənclik Forumu ilə əlaqələrin qurulmasından ibarətdir. Həmin təşkilat Makedoniyanın türk icması kimi qeydiyyatdan keçib. Makedoniyada milli azlıq olaraq türklərin siyasi arenada müxtəlif təşkilatları mövcuddur, amma TDP bu təşkilatların ən böyüyüdür və bu gün hakimiyyətdə olan Böyük Makedoniya Hərəkatının koalisiyasının üzvüdür. Bu partiya hökumətdə bir nazir, parlamentdə isə bir deputatla təmsil olunur. Təbii ki, bizə qardaşlıq zəminində yaxın olan təşkilatın gənclərini Azərbaycana dəvət etmək, onlarla bir masa arxasında fikir mübadiləsi aparmaq çox böyük önəm daşıyır. Həmin gəncləri Azərbaycanda dövlətin gənclərə göstərdiyi diqqət və qayğı ilə, onların aktiv fəaliyyətinə yaradılan şəraitlə tanış etdik. Makedoniyalı gənclərin səfəri 3 gün davam etdi. Nümayəndə heyətinə TDP-nin Gənclik Forumunun baş katibi Fuad Hacı Eyyub, onun müavinləri ümid Rəcəb və Yusif Acrulla daxil idi. Səfər çərçivəsində biz qonaqlarla birgə müxtəlif təşkilatların nüayəndələri ilə görüşdük. İlk olaraq, YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovla qonaqların görüşü keçirildi. Görüşdə cənab Əli Əhmədov YAP-ın ikitərəfli əlaqələrə verdiyi önəmdən və gənclər arasında əməkdaşlığın imkanlarından geniş bəhs etdi. YAP gəncləri ilə də görüş zamanı biz xüsusi vurğuladıq ki, TDP bizim üçün qardaş bir xalqın partiyasıdır və Makedoniyada yaşamalarına baxmayaraq biz onlarla sıx təmasda olacağıq.
Bundan əlavə, TDP gəncləri ilə ölkəmizin gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşdə də gənclər sahəsində həyata keçirilən layihələr xüsusi vurğulanıb. Qeyd edilib ki, Makedoniya Gənclər və İdman Agentliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyinin niyyət protokolu mövcuddur. ümumiyyətlə, müxtəlif görüşlərdə müəyyən müzakirələr aparılıb, təkliflər səsləndirilib. Belə bir ümumi qənaətə gəlindi ki, həm qonaqlar, həm də bizim üçün çox maraqlı və hər iki tərəfin əməkdaşlığına müsbət nəticə gətirə biləcək layihələrin həyata keçirilməsi imkanı vardır. Biz “İrəli” İctimai Birliyində görüş keçirən zaman təşkilatın rəhbəri, millət vəkili Ceyhun Osmanlı qeyd etdi ki, Makedoniyada gənc türk yazıçıların hər hansı bir monoqrafiyası, kitabı və ya elmi işinin nəşr olunmasında həm Azərbaycan dövləti, həm də gənclər təşkilatlarımız öz töfhəsini verə bilər. Bu təklif qonaqlar tərəfindən olduqca maraqla qarşılandı. çünki Makedoniyanın iqtisadi göstəriciləri elə də yüksək deyil və təbii ki, belə olan halda elmə və nəşrlərə o qədər mühüm diqqət ayıra bilmirlər. Buna görə də, bizim gənc dostlarımız belə bir fikrin səsləndirilməsinə çox sevinirdilər.
TDP gənclərinin digər bir görüşü Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və TürkPA-nın baş katibi Ramil Həsənov ilə keçirildi. Bu görüşlərdə də faydalı fikir mübadiləsi aparıldı.
ümumiyyətlə, Makedoniya gənclərinin Azərbaycana səfərini sadəcə, gənclərin adi səfəri kimi xarakterizə etmirik. Biz bu səfərin dövlətlərarası ələqələrin inkişafına öz töhfəsini verə biləcəyinə inanırıq. Hər bir gənc öz vətəninə geri döndükdə, fəaliyyət göstərdiyi təşkilat çərçivəsində Azərbaycanı tanıdacaq, ölkəmizin uğurları, inkişafı ilə bağlı fikirlərini səsləndirəcək. Bu isə öz növbəsində həmin cəmiyyətlərdə Azərbaycanla bağlı müsbət fikirlərin daha geniş spektdə yayılmasına yol açacaq. Yaxın vaxtlarda biz həmin gənclərin dəvəti ilə Makedoniyaya səfər etməyi planlaşdırırıq. Eyni zamanda, biz təkcə Makedoniya ilə deyil, yaxın gələcəkdə bir sıra Balkan dövlətlərinin gənclər təşkilatları ilə ikitərəfli əlaqələr qurcağıq və əməkdaşlığın inkişafı istiqamətində ciddi addımlar atacağıq.
- Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı YAP Gənclər Birliyinin beynəlxalq müstəvidə keçirilən tədbirlərdə iştirakı nəzərdə tutulurmu?
- Biz hər il Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiririk. Artıq partiyamızın Gənclər Birliyi “Xocalı soyqırımın tanı!” kampaniyasına start verib. Eləcə də, soyqırımla əlaqədar tədbirlərimizi həm ölkə daxilində, həm də əlaqələrə malik olduğumuz dövlətlərdə keçiririk. Bu il də istisna olmayacaq. Belə ki, 26 fevralda Türkiyənin “Taksim” meydanında Azərbaycan gənclər təşkilatlarının birgə layihəsi nəzərdə tutulur. Həmin meydanda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı yürüş keçiriləcək. Bu tədbirə bir sıra ölkələrdən də gənclər qatılacaq. Güman edirəm ki, dövlətimizin də dəstəyi nəticəsində bu aksiya yüksək səviyyədə həyata keçiriləcək. Tədbirdə YAP-ın gənclərinin də iştirakı nəzərdə tutulub. Təbii ki, biz də bu ümumgənclər aksiyasında yaxından iştirak edəcəyik.
- Ramin müəllim, bəs bu il ərzində təşkilatın beynəlxalq əlaqələr istiqamətində hansı layihələr həyata keçirəcəyi gözlənilir?
- 2012-ci ildə YAP Gənclər Birliyi beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində işlərini uğurla davam etdirəcək. Bu mənada Avropa Xalqları Partiyası çərçivəsindəki tədbirlərdə iştirak, onun gənclər təşkilatları ilə əlaqələri daha da gücləndirmək vacib məsələlərdəndir. Bu ilin 21-26 fevral tarixlərində Xorvatiyanın Zaqreb şəhərində Avropa Demokrat Tələbələr Birliyinin “qış universiteti” keçiriləcək və YAP Gənclər Birliyinin də nümayəndələri bu layihədə iştirak edəcəklər. Güman edirəm ki, bu tədbirdə partiyamızı layiqincə təmsil edəcəyik. Hesab edirəm ki, il ərzində bizim həmin təşkilatda müşahidəçi statusu almaq istiqamətində ciddi addımlar atılacaq. Onu da qeyd etmək istəyirəm ki, Balkan ölkələri ilə ikitərəfli əməkdaşlıq üzrə danışıqlarımız yekun mərhələdədir. Güman edirəm ki, aprel aynının əvvəllərində biz bu ölkələrə səfərlər edərək gənclər birlikləri arasında, siyasətçi gənclərlə ikitərəfli əlaqələr qurmaq imkanı əldə edəcəyik. 2012-ci ildə planlaşdırdığımız layihələrdən biri də gənc liderlərin iştirakı ilə çağdaş cəmiyyəti narahat edən problemlərə həsr edilmiş böyük bir beynəlxalq konfransın keçirilməsidir. Həmin konfransda mühüm müzakirələr üçün panellər qurulacaq və gənclər sadəcə müzakirələr aparmayacaqlar, orada vahid bir platformanın hazırlanması istiqamətində də işlər aparılacaq. Güman edirəm ki, bu konfransın keçirilməsi ilə biz bir daha gənclərin dünyadakı problemlərdən narahat olduğunu və bu problemlərlə məşğul olduğumuzu nümayiş etdirəcəyik.
Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30