Azərbaycana qara yaxmaq müxalifətin ideologiyasına çevrilib
24.02.2012 [01:19]
Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovdur:
- Əli müəllim, son vaxtlar müxalifətin anti-Azərbaycan təbliğatı güclənib. Bunun səbəbləri barədə nə deyə bilərsiniz?
- Azərbaycanın son illərdə iqtisadi və sosial yüksəlişi göz önündədir. Cəmi bir neçə il bundan əvvəl 1 milyard dollarlıq büdcəsi olan Azərbaycan indi 20 milyard dollarlıq büdcəyə malikdir. İnsanların rifahı köklü surətdə dəyişib. İldə bir neçə dəfə əməkhaqları və pensiyalar artırılır. ölkəmizin 9 milyonluq əhalisi var ki, bu da təxminən 2-2,2 milyon ailə deməkdir. Şəxsi istifadədə olan avtomobillərin sayı isə demək olar ki, bir milyona çatıb, bəlkə də artıq bu rəqəmi ötüb. Bu o, deməkdir ki, Azərbaycanda təxminən hər iki ailədən birinin şəxsi avtomobili var. Vaxtilə zənginlik əlaməti olan avtomobil artıq bu statusunu itirib, çox ailələrin imkanı daxilində olan məişət vasitəsinə çevrilib. Cəmiyyətin həyat səviyyəsi artdıqca, insanların həyat modeli dəyişir. Dediyim kimi, vaxtilə zənginlik əlaməti olan avtomobil indi çoxlarından ötrü məişət vasitəsinə çevrilib. Yaxud başqa bir misalı çəkə bilərəm. Son vaxtlarda insanların mənzil tələbatlarında da ciddi dəyişikliklər baş verib, bunun da nəticəsi özünü mənzil tikintisinin, o cümlədən, fərdi mənzil tikintisinin sürətlə artmasında göstərir. Bakının timsalında fərdi mənzil tikintisinin vüsəti haqqında təsəvvür yaratmaq mümkündür. Vaxtilə boş olan ərazilərdə indi böyük qəsəbələr meydana gəlib, hətta artıq Bakının sürətlə böyüməsinin yaratdığı çətinliklərdən danışılmağa başlanıb.
Bir sözlə, qısa vaxt ərzində ölkəmizdə insanların həyatının həm səviyyəsi, həm keyfiyyəti, həm də dəyərləri dəyişib və bütün bu dəyişikliklərin hamısı müsbət işarəlidir. Əvvəllər ölkə iqtisadiyyatının və insanların həyat səviyyəsinin aşağı olmasını Azərbaycan hakimiyyətinin günahı kimi əldə bayraq edən müxalifətin artıq həmin arqumenti işləmir. Ancaq onların hakimiyyəti tənqid etmək istəkləri qalmaqdadır. Və onlar ağıllı bir şey tapıb cəmiyyətə çatdıra bilmədiklərindən, ənənəvi üsullarına üz tuturlar. Hakimiyyəti tənqid etmək üçün tutarlı faktlar tapa bilmədiklərindən bütövlükdə anti-Azərbaycan təbliğatına baş vururlar.
- Anti-Azərbaycan təbliğatı bir qayda olaraq hakimiyyətdən daha çox ölkəyə qarşı çevrilir. Onun nəticəsi bütünlükdə Azərbaycanın imici üzərinə kölgə salmaqdır. Müxalifət bundan nə qazanır?
- Bəli, doğrudan da belədir. Müxalifətin bu gün həyata keçirdiyi anti-Azərbaycan təbliğatından zərər çəkən əsas etibarı ilə ölkəmizin imicidir. Lakin bunu müxalifətin başa düşmədiyini deməyə çətinlik çəkirəm. Əslində, həmin kampaniya bilərəkdən aparılır.
Vaxtilə bolşeviklər “Rusiya üçün nə qədər pis olsa, bolşeviklərə o qədər yaxşıdır” təfəkkürünə istinad edərək özlərinin siyasi mübarizə taktikalarını qurmuşdular. Həmin ziyanlı siyasi mübarizə taktikasını indi Azərbaycan müxalifətinin bir hissəsi mənimsəyib və hesab edir ki, Azərbaycana nə qədər problem yarada bilsələr o qədər yaxşı olar. Ona görə də, çox iyrənc üsullardan istifadə edərək böhtanlar atır, qarayaxmalar edirlər. Azərbaycanın imicinə xələl vura biləcək nə varsa, hamısını edirlər. Həqiqət ondan ibarətdir ki, Azərbaycana qara yaxmaq indi müxalifətin ideologiyasına çevrilib. Bu sahədə daha çox “çalışan” isə Əli Kərimlidir. Narahatlıq doğuran budur ki, Əli Kərimlinin “çalışqanlığı” Azərbaycanın hüdudları ilə bitmir. Onun ölkənin imicinə xələl vurmağa yönəlmiş bəyanatları, uydurduğu yalanlar qəribə bir asanlıqla ayrı-ayrı ölkələrin mətbuat səhifələrinə yol tapır və beləliklə də, Əli Kərimlinin təqdimatında təhrif olunmuş, tanınmaz hala salınmış Azərbaycan xarici ölkələrdə müzakirə predmetinə çevrilir.
Açığını deyim, Əli Kərimlinin bu cür hərəkətləri, təhrif olunmuş, uydurulmuş Azərbaycan problemlərini xarici ölkələrdə müzakirəyə çıxarmaq cəhdləri nəticə etibarı ilə həmin ölkələrin Azərbaycanın daxili işlərinə qarışmasına zəmin hazırlayır. Hər hansı bir dövlətin Azərbaycanın daxili işinə qarışması isə yolverilməzdir. Hər bir Azərbaycan vətəndaşı öz imkanları daxilində belə hallara qarşı çıxmalıdır. Lakin təəssüf ki, Əli Kərimli kimi bəzi müxalifətçilər dəridən-qabıqdan çıxır ki, Azərbaycan yalançı, uydurma ittihamlarla xarici ölkələrin mətbuatında və ya maraqlı dairələrində müzakirə predmetinə çevrilsin.
- “Eurovision” mahnı müsabiqəsi ölkəmizin mədəni həyatında və tarixində əhəmiyyətli hadisədir. Amma müxalifət sanki buna sevinmir və özlərinin anti-Azərbaycan təbliğatında ondan istifadə etməyə çalışır. Bu nə dərəcədə vətənpərvərlik anlayışı ilə bir araya sığa bilər?
- Təəssüflə bildirməliyəm ki, bəzi müxalifətçilərin vətənpərvərlik anlayışı ciddi qüsurlara malikdir. Xatırlayırsınızsa, bir neçə il əvvəl bir müxalifətçi oğlu ilə birlikdə gecə yarısına qədər oturub gözləmişdi ki, “Evrovision” mahnı müsabiqəsində erməni ifaçıya səs versin. Və bunu da Azərbaycan iqtidarına nifrəti ilə əlaqələndirirdi. Bu, bəzi müxalifətçilərin “vətənpərvərliyini” dərk etmək üçün kifayət qədər ibrətamiz faktdır, deyilmi? Yaxud, 2006-cı ildə Ruslan Bəşirli adlı bir gənc müxalifətçi Gürcüstanda erməni kəşfiyyatçısı ilə Azərbaycana qarşı fəaliyyət planlarını müzakirə edərkən, ifşa edildi. Göründüyü kimi, bir sıra müxalifətçilərin vətənpərvərliyi bundan ibarətdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, onların hər ikisi Əli Kərimliyə yaxın adamlardır.
O ki, qaldı Avropanın ən mötəbər mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar bir sıra müxalifət partiyalarının etirazlarına, bunu qətiyyətlə pisləyirəm. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan ifaçılarının qalib gəlməsi və onun nəticəsi olaraq növbəti müsabiqənin Bakı şəhərində keçirilməsi təkcə mühüm tarixi-mədəni hadisə deyil. Bu həm də gənc Azərbaycan dövlətinin mədəni özünütəsdiqidir. Azərbaycanın tarixini, mədəniyyətini Avropaya və bütün dünyaya geniş miqyasda təqdim etmək, özünü daha yaxşı tanıtmaq şansıdır. Hər bir Azərbaycan vətəndaşı məsələyə belə yanaşır və imkanı daxilində öz köməyini əsirgəmir. “Eurovision”da qələbə və növbəti Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsi, əslində, indiki halda azərbaycanlıların milli qürur mənbəyinə çevrilib. Açığını demək istəyirəm ki, “Eurovision”un Bakıda keçirilməsinə qarşı çıxan iki qüvvə tanıyıram. Onun biri Azərbaycanı istəməyənlər, ona düşmənçilik edənlərdir ki, onların adını hamı bilir. İkincisi isə, təəssüf ki, Azərbaycan müxalifətinin bəzi dəstəsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

