Azərbaycanda sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir
09.04.2012 [23:30]
- Sevinc xanım, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?
- ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib, eləcə də, ötən il pensiya islahatları nəticəsində 800 min insanın təqaüdləri əhəmiyyətli dərəcədə artdı. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Millət vəkili seçildiyiniz Gədəbəy rayonunda bu baxımdan vəziyyət necədir? Əhali görülən işləri necə dəyərləndirir?
- Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində millət vəkili seçildiyim Gədəbəy rayonunda da xeyli işlər görülüb. Təkcə ümumtəhsil məktəblərilə bağlı faktı desəm, görülən işlərin miqyasını təsəvvür etmək mümkündür. Rayonda 85 məktəb fəaliyyət göstərir. Bunlardan cəmi dördü layihə əsasında tikilmişdi, heç biri isə sanitar qaydalara cavab vermirdi. Son illər ərzində Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun hesabına artıq 70-dək məktəbdə tikinti və yenidənqurma işləri aparılıb, müasir tələblər səviyyəsində yeni avadanlıqlarla təchiz olunub. Eyni zamanda, səhiyyə, mədəniyyət və digər sahələrdə də analoji işlər görülüb. Eləcə də, rayonumuza gedən magistral yol yenidən qurulub. Əvvəllər Gədəbəy yalnız aqrar rayon kimi tanınırdısa, artıq rayonumuzda sənaye sahələri inkişaf edir. Belə ki, Gədəbəydə qızıl istehsal edən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin zavodu fəaliyyət göstərir. Bu da ölkəmizin qızıl ehtiyatlarının formalaşmasında müstəsna rol oynayır. Bu müəssisədə 476 nəfər, xeyli sayda rayon sakini işləyir. Rayonun 106 yaşayış məntəqəsinin 16-sı qazla təmin olunub. Bunlardan 6-sına keçən il qaz xətti çəkilərək təbii qaz verilib. Gədəbəy həm sərhəd, həm də dağlıq bölgədir. Qaz təchizatı ilə bağlı işlər görülür, “Azəriqaz” İB-dən verilən məlumatlara görə, 2012-ci ildə daha 12 yaşayış məntəqəsi, digərləri isə növbəti illərdə qazlaşdırılacaq. Eyni zamanda, rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsi sahəsində də ciddi işlər görülüb. Hesab edirəm ki, regionların sosial-iqtisadi inkişafı sahəsində aparılan işlərin səmərəliliyinin daha da artırılması üçün dağlıq rayonlarda, ələlxüsus təhsil və səhiyyə sahələrində gənc kadrların çalışmaları üçün stimullaşdırıcı tədbirlər görülməlidir.
- Sevinc xanım, bəs Gədəbəyin turizm potensialından səmərəli istifadə olunurmu? Turizmin inkişafı üçün hansı işlər görülür?
- Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb. Gədəbəy rayonu da füsunkar təbiətə və qədim tarixə malik olan bölgələrimizdən biridir. Bura gözəl meşələr, çaylar, içməli və müalicəvi bulaqları ilə çox məşhurdur. Son illər rayonda turizmin inkişafı üçün çox böyük işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 oktyabr 2005-ci il tarixli Sərəncamına əsasən rayonumuzda bu sahə üzrə də işlər aparılıb. Rayon ərazisində bir neçə turizm istirahət obyektləri fəaliyyətə başlayıb.
ümumiyyətlə, görülən işlər turistlərin rayona axınını sürətləndirir. Hesab edirəm ki, turizm potensialından səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz dünyanın ən məşhur turizm məkanlarından birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

