Azərbaycan musiqisinin sorağı bütün dünyadan gəlir
25.05.2012 [00:27]
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il may ayının 28-də Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Bülbül adına orta-ixtisas musiqi məktəbinin fortepiano sinfində aldıqdan sonra o, ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra bəstəkar müxtəlif musiqi janrlarına müraciət edib və maraqlı əsərləri ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb edib. O, “Qarabağnamə” operasının, “Ağatlı haqqında əfsanə” bir aktlı operasının, “Boş beşik” baletinin, “ölümsüzlüyə səyahət” oratoriyasının, instrumental konsertlərin, müxtəlif tərkibli kamera ansamblları üçün bir sıra əsərlərin müəllifidir.
1983-cü ildə müasir musiqinin ənənəvi “Varşava payızı” festivalında Firəngiz Əlizadənin “Habilsayağı” əsəri böyük müvəffəqiyyət qazanıb. 1989-cu ildə ABŞ-ın Los-Anceles şəhərində bəstəkarın müəllif konserti keçirilib. 1993-cü ildə Türkiyənin Mersin şəhərində “Boş beşik” baleti tamaşaya qoyulub.
Son illər Avropanın bir sıra ölkələrində, xüsusilə, Almaniyada geniş fəaliyyət göstərən Firəngiz Əlizadənin yaradıcılığı yüksək qiymətləndirilir. O, 1999-cu ildə Almaniyanın “Akademie der Künste”nin təqaüdçüsü, İsveçrənin Beynəlxalq Lüsern Festivalının birinci qadın bəstəkar-rezidenti, 2001-ci ildə Bonn şəhərinin “Bethovenxalle” orkestrinin bəstəkar-rezidenti seçilib.
Firəngiz Əlizadə bəstəkarlıqla yanaşı virtuoz texnikaya malik, yüksək səviyyəli pianoçudur. Onun ifasında ilk dəfə Messianın, Keycin, Krambın əsərləri səslənib. Firəngiz Əlizadə habelə geniş pedaqoji fəaliyyət göstərir. O, müxtəlif illərdə Bakı Musiqi Akademiyasında, həmçinin, Türkiyənin Mersin şəhərinin Konservatoriyasında pedaqoji fəaliyyət göstərib.
Firəngiz Əlizadənin musiqi tənqidçisi, publisist kimi fəaliyyəti də diqqətəlayiqdir. O, “Qara Qarayev” və “Azərbaycan simfonik musiqisi” kitablarının, 150-dən artıq məqalənin müəllifidir. Görkəmli bəstəkar, pianoçu, ictimai musiqi xadimi, respublikanın Xalq artisti, “Şöhrət” ordenli professor Firəngiz Əlizadənin yaradıcılığı milli musiqi mədəniyyətimizin dünya miqyasında tanınmasında mühüm rol oynayır.
2007-ci ildə Firəngiz Əlizadəyə UNESCO tərəfindən “Sülh naminə incəsənət xadimi” fəxri titulu verilib. Beləliklə, Firəngiz xanımla görüşüb, yubiley ərəfəsində bəzi suallara cavab aldıq.
- İlk olaraq sizi yubileyiniz münasibətilə qəzetimiz və çoxminli oxucularımız adından təbrik edirik. Arxada qoyduğunuz illərə nəzər salanda daha çox xatirinizdə iz buraxan hansı hadisələri yada salırsınız?
- Əslində, mən özümü çox xoşbəxt insan sayıram. çünki ötən dövrlər ərzində planlaşdırmadığım, ağlımdan belə keçirmədiyim məsələlər reallaşıb. Halbuki heç onları arzu belə edə bilməzdim. Bilirsiniz ki, bizim uşaqlıq illərimiz heç də asan dövrə təsadüf etməyib. Uşaqlığımız SSRİ-nin mövcudluğu zamanına təsadüf edib və hətta Sovet İttifaqının da müxtəlif dövrləri olub. Məsələn, informasiya qıtlığı, represiya dövrü və s. Mənim uşaqlığım müharibədən sonrakı dövrə təsadüf edib. Eyni zamanda, təhsil aldığımız vaxt ən çox əziyyət çəkdiyimiz “dəmir pərdə” rejimi mövcud idi. Yəni, SSRİ-nin sərt rejimi ucbatından xarici aləmlə bağlı yetərincə informasiyamız yox idi. Bu, bizi çox üzürdü. çünki xaricdə olan mütərəqqi ədəbiyyat, musiqi və digər sənət nümunələri ilə tanış olmaq imkanından məhrum idik. Dünyaca məşhur bir çox xarici bəstəkarların əsərlərinin SSRİ-də səsləndirilməsi yasaq olunmuşdu ki, bu da bizi çox üzürdü. Lakin başqa tərəfdən bu qadağalar bizi musiqi sənətini daha dərindən öyrənməyə sövq edirdi. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, SSRİ-nin qadağalar dövründə belə, Bakıda, konservatoriyada mühit çox gözəl olub. üzeyir Hacıbəyli gözəl bir musiqi mühiti yaratmışdı və bizdə danoslar, həmçinin, digər bu kimi mənfi hallar keçərli deyildi. Buna görə də, biz Azərbaycan musiqiçisi olaraq xoşbəxt insanıq. üzeyir Hacıbəyli daima Azərbaycan musiqisini, Azərbaycan bəstəkarlar məktəbini qorudu, onlara geniş yaradıcı şərait yaratdı. Şəxsən mən baxmayaraq ki, uzun illər əcnəbi ölkələrdə yaşamışam, ancaq heç bir zaman milli ruhdan uzaq düşmədim, daima üzeyir bəy musiqisinə sadiq qaldım. Bu baxımdan, düşünürəm ki, üzeyir Hacıbəylinin musiqisini, onun dahiliyini, nailiyyətlərini inkar etmək mümkün deyil.
Ondan sonra Bəstəkarlar İttifaqına sədrlik edən Səid Rüstəmov da həmin xoş ənənəni davam etdirdi. Onu da deyim ki, üzeyir Hacıbəyli Xalq çalğı Alətləri Orkestrini yaradaraq, ona rəhbərliyi Səid Rüstəmova verdi. üzeyir Hacıbəylidən sonra bu orkestr üçün ən gözəl əsərləri məhz Səid Rüstəmov yazıb. Bu orkestr bizim çox böyük xəzinəmizdir.
Başqa tərəfdən, bizim gənclik illərimiz ötən əsrin 60-70-ci illərinə təsadüf etdi. çox gözəl illər idi. Azərbaycanda sanki intibah dövrü idi. Gözəl əsərlər yaranırdı. Biz Opera və Balet Teatrında, Filarmoniyada və Konservatoriyanın konsert salonlarında olurduq. Qeyd etmək istəyirəm ki, Bakı həmin vaxtda da çox mədəniyyətli bir şəhər kimi diqqət mərkəzində idi. SSRİ-yə qastrola gələnlər mütləq Azərbaycana gəlirdi. Bununla belə, bir daha demək istəyirəm ki, o zamanın “dəmir pərdə”si bizə xarici aləmlə təmaslar qurmağa imkan vermirdi. İndi çox xoşbəxtik ki, bizim müstəqil dövlətimiz var. Azad şəkildə istədiyimiz xarici ölkəyə gedə, istədiyimiz bəstəkarın əsərini dinləyə bilirik. Eyni zamanda, bizim gənc bəstəkarlarımız dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır, çoxsaylı müsabiqələrdə iştirak edərək, yüksək yerləri tuturlar. Azərbaycan musiqisinin sorağı bütün dünyadan gəlir.
- Maraqlıdır, o dövrün qadağası, daha dəqiq desək, qorxu və istək fonunda hansı əsəriniz yaranıb?
- Bu suala cavab olaraq elə konservatoriyada yazılan əsərləri qeyd etmək olar. Misal üçün mən üçüncü kursda oxuyanda çox qəliz və yeni bəstəkarlıq texnikasında fortepiano üçün sonata yazmışdım. çox nadir haldır ki, həmin vaxt yazılan o əsər bu gün Fransada kompakt diskə yazılıb. Bu çox istisna bir haldır. ümumiyyətlə, mən məktəb illərindən hər zaman öz ətrafımda, öz çevrəmdə tanınmışam və fərqlənmişəm.
- Fərqlənmədən söz düşmüşkən, sizin irəli çıxmağınızda, musiqiyə daha dərindən bağlanmağınızda valideynlərinizin rolu olubmu?
- Bizim çox gözəl ailəmiz vardı. Mənim atam lənkəranlıdır, anam isə şəkili. Atam Əliağa Əlizadə çox ziyalı bir insan idi. İxtisasca hidromeleriator olsa da, vaxtı ilə tarda gözəl musiqilər ifa edib. Onu da deyim ki, Müslüm Maqomayev Qori seminariyasını bitirdikdən sonra, onu Lənkərana göndərirlər. O da Lənkəranda tar çalan oğlanlardan ibarət bir qrup yaradır ki, mənim atam da həmin qrupun tərkibinə daxil olur. Hətta həmin vaxt Müslüm Maqomayev “Leyli və Məcnun”dan kiçik səhnəciyi tamaşaya qoyur və mənim atam da İbn Sina rolunu oynayır. Yəni, demək istəyirəm ki, atamın musiqiyə böyük marağı olub. Mənim atamın babası azan oxuyanda hamı ona qulaq asmaq üçün məscidin ətrafına yığılırmış. Atam biləndə ki, mən 5 yaşında ikən qonşuya gedərək, orada pianino çalıram “deyəsən bu qız musiqiçi olacaq” demişdi. Eyni zamanda, atam işi ilə bağlı Leninqradda (indiki Sankt-Peterburq) ezamiyyətdə olanda dostlarından biri “qonşuda bir qadın var o, “Bekker” firmasının istehsal etdiyi köhnə royalını satır. Həmin royal vaxtı ilə çaykovskinin xalasının evində olub və çaykoviskinin barmaqları həmin royala dəyib” deyir. Atam da dərhal həmin royalı mənim üçün almağa qərar verir. Onu da deyim ki, hazırda bu royal Şəkinin Musiqi kollecindədir və orada lövhədə “Bu royalı kollecə Firəngiz Əlizadə hədiyyə edib” sözləri yazılıb.
- Firəngiz xanım, Azərbaycan Şərqdə ilk operanın ərsəyə gəldiyi ölkədir. Eyni zamanda, Şərqin ilk qadın bəstəkarı da azərbaycanlı olub. üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev kimi dahi sənətkarları da dünya mədəniyyətinə məhz Azərbaycan xalqı bəxş edib. Bəs bu zəngin irsin, xəzinənin üzərində bərqərar olan Azərbaycan musiqisi bu gün varislik missiyasını uğurla yerinə yetirə bilirmi?
- Sualınıza cavab verməzdən öncə deyim ki, Azərbaycan musiqisi dünyada ən gözəl musiqidir. Ona görə ki, bizim üzeyir Hacıbəylimiz var. Bizim muğamımız, aşıq sənətimiz var. Bundan başqa, XX əsrdə Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli kimi musiqiçilərin fəaliyyətini qeyd etmək istərdim ki, onların hər biri Azərbaycan musiqisinə öz töhfəsini vermiş musiqiçilərdir. XX əsrdə bütün Şərqin ilk operası olan “Leyli və Məcnun” operasının yaranması və bu gün də səhnədə nümayiş olunması bir daha sübut edir ki, Azərbaycan musiqisi hər dövrdə yeni-yeni nümunələri ilə dünyaya örnək göstəriləcək gücdədir. Konkret olaraq sualınıza gəlincə, mən buna müsbət cavab verərdim. Ona görə ki, müasir bəstəkarlarımız bu varisliyin uğurla davam etdiriləcəyini deməyə əsas verir. Ən əsası isə bizim bəstəkarlarımız ölkəmiz və xalqımız üçün ən çətin dövrdə, yəni, ötən əsrin 90-cı illərində, ermənilərlə müharibənin qızğın çağında sınaqdan uğurla çıxdılar. Dövrün tələbinə uyğun olaraq neçə-neçə yeni, hətta deyərdim gözəl sənət əsərləri meydana gəldi ki, bu da çox önəmli bir məsələdir. Bu sırada bir sıra əsərlərin adını çəkmək olar. Məsələn, Azər Rzayevin “Bakı-90” simfoniyası, mərhum bəstəkarımız Məmməd Quliyevin Xocalıya həsr olunmuş “Xocalı harayı” əsəri, Sevda İbrahimovanın Şuşaya həsr olunmuş “Tar və orkestr üçün konsert”i və s. Bunlar çox gözəl əsərlərdir və biz həmin əsərləri təbliğ etməliyik. Təvazökarlıqdan uzaq olsa da mənim “İntizar” operam da bu mövzuya həsr olunub.
- Yeri gəlmişkən, musiqi bilicilərinin qənaətinə görə, siz öz əsərlərinizdə xalqımızın mədəniyyətini təbliğ etməklə yanaşı, eyni zamanda, yaşayan tarixi şəraiti də əks etdirməyə çalışırsınız. İlk dəfə 2007-ci ildə səhnəyə qoyulan “İntizar” operası da məhz bu qəbildəndir...
- Qeyd etmək istəyirəm ki, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan bu əsərdə Xeyir və Şər arasında daimi mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti, Azərbaycan təbiətinin gözəlliyi kimi fəlsəfi duyğular öz əksini tapır. Bu mövzular musiqi dili ilə vəhdət təşkil edir. Onu da deyim ki, Heydər Əliyev Fondu tərəfindən beynəlxalq musiqi layihəsi çərçivəsində “İntizar” operasının yeni quruluşda premyerası oldu. Düzdür, operanın ilk tamaşası çox uğurlu olmuşdu. Burada rejissor Cənnət Səlimova, dirijor Sankt-Peterburqdan dəvət olunan Arkadi Şteynluxt və digər yaradıcı heyət ciddi çalışaraq əsərin dolğun təqdim olunmasını təmin etdilər. Amma birinci tamaşa öz həyəcanı ilə mükəmməl ola bilməz. Odur ki, ilk tamaşadan sonra mən yenə də öz axtarışlarımı davam etdirdim. Bu yeni quruluşda, zənnimcə, tam mənada əsərdə görmək istədiklərimə nail oldum. Beynəlxalq bədii heyət tərəfindən hazırlanmış yeni quruluş müasir Avropa teatr prinsiplərinə əsaslanır. Tamaşanın tərtibatında ən müasir bədii-texnoloji vasitələr, yeni hərəkətli səhnə, videoinstallasiya, mürəkkəb işıq partiturası tətbiq olunur. Bu da yaradıcı heyətlə birgə razılaşmalarımıza əsaslanır ki, həm mən, həm də Nərgiz xanım bu quruluşdan çox məmnun qaldıq. Odur ki, tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti, professor Dmitri Bertmana, dirijor Vladimir Ponkinə, xoreoqraf Edvald Smirnova və əsərin digər yaradıcı heyətinə öz dərin təşəkkürümü bildirirəm. ümumiyyətlə xormeystr, Xalq artisti Gülbacı İmanovanın və operada bütün partiyaları ifa edən musiqiçilərin hamısının zəhmətini çox yüksək qiymətləndirirəm.
- Hazırda üzərində işlədiyiniz, yaxud tamamladığınız əsər varmı?
- Bilirsiniz, 2011-ci il mənim üçün çox məhsuldar bir il oldu. ötən il ərzində mənim iki böyük premyeram oldu. Onlardan biri Amsterdamda yanvarın 30-da baş tutdu. Mayın 21-də isə Hyustonda “Mənim adım dənizdir” adlı yeni operamın premyerası oldu. Bu il də yubiley ili olduğu üçün bütün dünyada müəllif konsertlərim keçir. Artıq Norveçin bir neçə şəhərində bu cür konsertlər olub. Yayda isə İtaliyaya gedəcəm və yeni əsərimin premyerası olacaq. İyulun 11-də Tokioda konsertim olacaq. Sonra oktyabr və noyabr ayları ərzində İsveçrə və Almaniyada bu cür konsertlər olacaq. Noyabrın sonundan dekabrın 7-nə kimi isə Fransada yubiley konsertlərim olacaq.
- Firəngiz xanım, ümumiyyətlə, Azərbaycan operasının dünənini və bu gününü necə xarakterizə edərdiniz?
- Avropa musiqisinin ən mürəkkəb və möhtəşəm janrı operadır. Azərbaycan professional musiqisinin, yəni bəstəkar yaradıcılığının məhz operadan başlanması da bizim üçün çox yüksək əhəmiyyət kəsb edir. Yaxşı xatırlayıram, 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 5-ci qurultayında Ulu öndər Heydər Əliyev böyük bir məruzə ilə çıxış edərək musiqinin müxtəlif janrlarından ayrı-ayrılıqda geniş söhbət açdı. O, dəfələrlə vurğuladı ki, irihəcmli janrları, xüsusən də operanı inkişaf etdirmək lazımdır. Bu dahi şəxsiyyətin musiqi sənətimiz üçün gərəkli olan tövsiyələri sayəsində professional musiqimiz daha da inkişaf etdi. Amma təəssüf ki, opera janrı, bir qədər geridə qaldı. O vaxtdan indiyə qədər çox az opera yazılıb. Bunlardan M.Quliyevin “Aldanmış ulduzlar”, S.Ələsgərovun “Solğun çiçəklər”, V.Adıgözəlovun “Natəvan” operasının adını çəkə bilərəm. Mən bəstəkarlarımızı yaxşı başa düşürəm. Opera mürəkkəb və böyük zəhmət, axtarışlar tələb edən bir janr olduğundan ona müraciət etmək nə qədər çətin olsa da çalışmaq lazımdır ki, bu janr inkişaf etsin.
- Siz xaricdə Azərbaycan xalqını, mədəniyyətimizi çox yüksək səviyyədə təmsil edirsiniz. Eyni zamanda, Avropa mədəniyyətini, Qərb musiqisini onlarla birgə yaşayaraq, mənimsəmisiniz. Bu mənada Azərbaycan və Avropa, Qərb mədəniyyətinin oxşar və fərqli cəhətlərini nədə görürsünüz?
- Qərbdə ənənələrdən imtina müşahidə edilir. Daha dəqiq desək, Qərbdə ənənəvi musiqi o qədər də əhəmiyyət kəsb etmir. Onlar artıq bəstəkarlıqda ənənəvi musiqidən bəhrələnmirlər. Bizdə isə əksinə. Biz musiqiçi olaraq daha çox muğama, aşıq musiqisinə, xalq mahnılarına, yəni, ümumilikdə milliliyə müraciət edirik. Bu millilik Azərbaycan musiqisinin çox böyük özəlliyidir. Biz bu gün də həmin ənənələrin yaşadığını görürük və bu, bizim xoşbəxtliyimizdir. Bildiyiniz kimi, mən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalının bədii rəhbəri olmuşam. Mən bədii rəhbər olaraq Qərbdən gələn qonaqlara musiqimizin ən gözəl nümunələrini təqdim edəndə, onlar heyrətə gəldilər və “bu, böyük xəzinədir. Bunu necə qoruyub-saxlaya bilmisiniz”- deyə, soruşdular. Azərbaycan muğamı öz ahəngi, gözəlliyi ilə heç bir muğama bənzəmir.
- Bəs ölkəmizdə gənc bəstəkarların yaradıcılığını necə dəyərləndirirsiniz?
- Bizim gənc bəstəkarlara qibtə etmək olar. çünki onlar gözəl bir şəraitdə yaşayıb yaradırlar. Dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Bütün dünya onlar üçün açıqdır. İstedadı olan hər bir gənc dövlətin dəstəyi sayəsində dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsil ala, müxtəlif sənət mərkəzlərində ixtisaslarını artıra bilərlər. Təbii ki, bunun da kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mədəniyyətə, musiqiyə dövlət qayğısı siyasəti dayanır. Hazırda bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən yeni keyfiyyətdə davam etdirilir ki, bunun da bəhrəsini sənət adamları, o cümlədən, gənc bəstəkalarımız da görürlər. Təsəvvür edirsinizmi, məhz bu diqqət və qayğının sayəsində 2007-ci ildən etibarən gənc bəstəkarlara Prezident təqaüdü verilir. Bizim Bəstəkarlar İttifaqının 220 üzvü var ki, onlardan da 40 nəfəri Prezident təqaüdü alır. Təbii ki, bu da gənc bəstəkarlarımızı daha da məhsuldar və fəal olmağa sövq edir. Eyni zamanda, mədəniyyətə, musiqiyə diqqət və qayğıdan danışarkən mən Heydər Əliyev Fondunun, şəxsən bu Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı, aşıq sənəti, Azərbaycan xalçaları və Novruz bayramı UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq Muğam festivalları isə mədəniyyətə, musiqiyə göstərilən diqqət və qayğı ilə yanaşı, mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilib, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq edib, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə olub. Bu festivallar bütün Türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut edib. Bu festivallarda iştirak edən əcnəbilər bizə həsəd aparır və “heyif ki, bizim belə qayğıkeş birinci xanımımız yoxdur. Biz bir tədbiri keçirmək üçün çoxlu sayda sponsorların qapısını döyməli oluruq. Siz isə bu problemlərdən azadsınız” deyirlər. Əslində, onları başa düşmək çətin deyil. Bu cür beynəlxalq tədbirləri keçirmək üçün çoxsaylı sponsorlar lazımdır. Bizim isə bu məsələdə problemimiz yoxdur. çünki həmin işləri Fond həyata keçirir və bizə sadəcə bu tədbirlərə daha məsuliyyətlə, daha keyfiyyətli şəkildə hazırlaşmaq qalır. Bundan başqa, Heydər Əliyev Fondu daima mədəniyyət və musiqi xadimlərimizin sağlamlığının da qeydinə qalır. Məsələn, bizim musiqiçilərimizdən bəziləri xəstələnib və onun təcili xaricdə əməlliyat olunması lazım gəlib. Biz dərhal Heydər Əliyev Fonduna müraciət etmişik və sağ olsunlar hər dəfə bizim müraciətləri müsbət cavablandırıblar.
Bir daha qeyd edirəm ki, ölkəmizdə Prezident İlham Əliyev, həmçinin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət və musiqi sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Bizlər də bu diqqət və qayğını lazımi şəkildə dəyərləndirərək, ortaya yeni-yeni sənət əsərləri qoymalıyıq.
- Nəhayət, məlum olduğu kimi, bu günlərdə ölkəmiz “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edir. Azərbaycanın bu müsabiqəyə hazılıq səviyyəsini necə dəyərləndirirsiniz? Eyni zamanda, bəzi xarici və daxili qüvvələr bu müsabiqəni siyasiləşdirməyə cəhd göstərdilər. Bir sənət adamı kimi mədəniyyət hadisəsini siyasiləşdirməyə cəhd göstərənlərə nələri demək istərdiniz?
- Azərbaycanın bu müsabiqəyə hazırlığını çox yüksək dəyərləndirirəm. ölkəmizə gələn xarici qonaqların hamısı etiraf edirlər ki, Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə olduqca mükəmməl ev sahibliyi edir. Eyni zamanda, müsabiqə ərəfəsində salınan yollar, tikilən “Bakı Kristal Zalı”, işıqlandırma sistemləri və s. bizim üçün yaradılıb. Yəni, sabah müsabiqə sona çatacaq. Amma bunlar bizə qalacaq. Kimsə onu götürüb özü ilə aparmayacaq. Sualınızın ikinci hissəsinə gəlincə, mən bu cür halları təəssüf hissi ilə qarşılayıram. Bu gözəlliklərə, tədbirə bu cür yüksək səviyyədə hazırlaşmağa göz yummaq, yaxud da ona qarşı əsassız fikirlər səsləndirmək ən azı ədalətsizlikdir. Mən deyirəm, ar olsun o insanlara ki, ölkəmizin uğurlarına kölgə salmaq istəyirlər. Xüsusən də bu mədəniyyət yarışmasının siyasiləşdirilməsinə cəhd göstərmək ümumiyyətlə qəbuledilməzdir. çünki indiyə qədər heç bir ölkədə “Eurovision” mahnı müsabiqəsi siyasiləşməyib. Elə isə nə üçün məhz Azərbaycanda, Bakıda keçirilən mahnı müsabiqəsini siyasiləşdirməyə cəhd göstərirlər? Mənə elə gəlir ki, bu addımı atmağa çalışanlar bizim uğurumuza paxıllıq edən qüvvələrdir. Lakin hər zaman olduğu kimi, bu dəfə də ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi bütün çətinliklərin, ortaya atılan əsassız maneələrin qarşısını almağa qadirdir və alır.
Nadir AZƏRİ
P.S. “Yeni Azərbaycan” qəzeti olaraq görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəni yubileyi münasibətilə bir daha təbrik edir, ona can sağlığı, uzun ömür və daha böyük uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

