1 il tez...
18.04.2024 [10:21]
Artıq proses başlayıb
Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edir
Nardar BAYRAMLI
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik siyasəti nəticəsində Azərbaycan davamlı olaraq uğurlar qazanıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə nailiyyətlərimizin zirvəsini təşkil edir. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verib, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr neytrallaşdırılıb. Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Xüsusilə də, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür.
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrinin təsdiqi
Əlbəttə ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında və Qarabağda erməni separatizminin kökünün kəsilməsində milliyi birliyimiz müstəsna rol oynadı. Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi.
44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri də Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrinin təsdiqidir. Bir sözlə, 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror tədbirlərində qazanılan qələbə dövlət başçısı tərəfindən bütün addımların zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan kimi atılmasının nəticəsidir.
Məlumdur ki, 2020-ci ildə Vətən müharibəsi 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla başa çatdı. Bu sənədə Azərbaycan, Rusiya və Ermənistan liderləri imza atmışdılar. Bəyanatda əksini tapan məqamlardan biri Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi idi.
Hikmət Hacıyev: Sülhməramlıların ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
Sülhməramlıların bölgədə qalmasının müddəti 2025-ci ildə başa çatsa da, artıq onlar Qarabağdan çıxarılmasına başlanılıb. Bir neçə gün öncə sosial mediada bununla bağlı videogörüntülər da yayıldı.
Artıq Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanması rəsmi səviyyədə də təsdiqlənib. Belə ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. Hikmət Hacıyev bildirib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.
Rusiya tərəfi də məsələni təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin rus sülhməramlılarının çıxarılması ilə bağlı sualına “Bəli, bu doğrudur” cavabını verib.
10 noyabr üçtərəfli Bəyanatının 3 və 4-cü bəndi...
Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin ərazilərimizdə yerləşdirilməsi 10 noyabr üçtərəfli Bəyanının 3-cü və 4-cü bəndlərində nəzərdə tutulurdu. Bəyanatda qeyd olunub: “...3. Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”.
Bu qərar Azərbaycanla Rusiya arasında normal münasibətlərin göstəricisidir
Göründüyü kimi, rus sülhməramlılarının Qarabağda qalma müddəti gələn il başa çatsa da, onlar vaxtından əvvəl ərazini tərk etməyə başlayıblar. Əlbəttə ki, bunun obyektiv səbəbləri var. Bu, ilk növbədə Azərbaycan-Rusiya əlaqələrinin sağlam əsaslarla qurulmasının göstəricisidir. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış müttəfiqlik haqqında bəyannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyünə dəstək və s. məsələlələr öz əksini tapır. Rus sülhməramlılarının Azərbaycandan vaxtından tez çıxması da məhz Azərbaycanla Rusiya arasında normal münasibətlərin mövcud olmasının göstəricisidir. Bu nöqteyi-nəzərdən də, iki ölkənin ali rəhbərliyi müvafiq qərar verib.
Bu qərar, həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Bu fakt bir daha təsdiqlədi ki, uzaqgörən və düşünülmüş siyasət Azərbaycana yalnız uğur qazandırır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

