Azərbaycan mətbuatı yüksək inkişaf mərhələsini yaşayır
20.07.2012 [00:38]
Sosial-iqtisadi inkişaf göstəricilərinə görə, hazırda dünyada öncül yerlərdən birini tutan Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, demokratiyanın inkişafı, vətəndaş cəmiyyətinin və ictimai institutların davamlı inkişafına nail olunması istiqamətində də ciddi addımlar atılmaqdadır. Bu mənada, demokratik inkişafın əsas atributlarından biri olan kütləvi informasiya vasitələrinin, milli mətbuatımızın müasir standartlara uyğun olaraq fəaliyyətinin stimullaşdırılması və təmin olunması yönündə də proqressiv nailiyyətlər əldə olunmaqdadır.
Bu günlərdə Azərbaycan milli mətbuatının yaranmasının 137 ili tamam olur. ötən dövr ərzində keşməkeşli yol keçən Azərbaycan mətbuatı bu gün özünün inkişaf dövrünü yaşayır. Qeyd edək ki, bütün sahələrdə olduğu kimi mətbuatının inkişafı, ona qayğı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici haldır ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuata böyük diqqət və qayğı göstərir. Dövlət başçısının mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir. Prezident İlham Əliyevin 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illiyi münasibətilə ölkənin aparıcı jurnalistlərini dövlətin ali mükafatları ilə təltif etməsi, “Əməkdar jurnalist” fəxri adının bərpa olunması, aparıcı qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının ayrılması, həmçinin, bu sahədə imzaladığı digər Fərman və sərəncamlar dövlət başçısının mətbuata diqqət və qayğısının bariz nümunəsidir.
Eyni zamanda, mətbuatın, eləcə də, bütövlükdə KİV-in fəaliyyətini stimullaşdırmaq məqsədilə, həmçinin, jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq Prezident İlham Əliyev 2005-ci il iyul ayının 21-də “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Dövlət başçısının Azərbaycan mətbuatının 130 illik yubileyinin qeyd edilməsi haqqında 2005-ci ildə imzaladığı Sərəncamda müstəqil milli mətbuatımızın üzərinə düşən məsuliyyət ifadə olunur. Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncamını isə Ulu öndərin mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması yönündə həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirmək olar. Sərəncama əsasən, qəzetlərin nəşriyyata olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Xatırladaq ki, qəzetlərin borclarının dondurulması haqqında mütərəqqi qərar hələ 2001-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən verilmişdi. Dövlət büdcəsinin gəlirlərinin artması və respublikamızın maliyyə imkanlarının yaxşılaşması borcların büdcə hesabına birdəfəlik ödənilməsinə şərait yaratdı. Qeyd edək ki, borcları ödənilən qəzetlər içərisində müstəqil və müxalifyönlü qəzetlər üstünlük təşkil edib. Bu isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən asılı olmayaraq, ölkədə bütün mətbuat orqanlarına dövlətin münasibəti, diqqət və qayğısı eynidir və onların azad fəaliyyətinə heç bir maneə yoxdur.
Yeri gəlmişkən, mətbuatın maddi durumunun yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamlarını göstərmək olar. Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncam isə mətbuatın inkişafı yönündə görülən işlərin sistemli və davamlı xarakter daşıdığını təsdiqləyən daha bir addım oldu. Əksər ekspertlərin də qeyd etdikləri kimi, bu Sərəncam “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda öz əksini tapan məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından böyük önəm kəsb edir.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyun ayında milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı da xüsusi vurğulanmalıdır. Sərəncamla əlaqədar müxtəlif tədbirlər keçirilməkdədir. Artıq Zərdab rayonunda Həsən bəy Zərdabinin 170 illik yubileyi qeyd olunub. Gəncədə isə iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Mətbuat Şurasının və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatımızın tarixindən və müasir mərhələdə inkişafından bəhs edən geniş məruzə ilə çıxış edib. Azərbaycan milli mətbuatının çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçdiyini vurğulayan Əli Həsənov deyib ki, 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşrinə başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirib, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.
Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda fikir və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb.
Bir sözlə istər bu tip tədbirlərin keçirilməsi, istərsə də dövlət başçısının son illər ərzində milli mətbuatımızla bağlı digər imzaladığı sərəncamlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və yeni keyfiyyətdə davam etdirilməsini növbəti dəfə təsdiqləyir. Məlumat üçün deyək ki, həmin sərəncamlarla bir qrup mətbuat işçisinə fəxri adlar və mükafatlar verilib, bir sıra KİV orqanlarına birdəfəlik maliyyə yardımları edilib. Həmçinin, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə dövlət başçısının Sərəncamı əsasında 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Yəni, bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə inkişaf etməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32

