Senzuranın ləğvi müstəqil Azərbaycan mətbuatı tarixində əlamətdar hadisə idi
04.08.2012 [19:31]
Azərbaycanda milli, müstəqil mətbuatın inkişaf tarixi, peşəkar medianın yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Onu da deyək ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında rus dili ilə yanaşı, Azərbaycan dili də dövlət dili kimi təsbit olundu. Bununla yanaşı, Azərbaycan mətbuatında uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən bəhs edən yazılar yazılmağa başlanıldı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zamanın Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı
Qeyd etmək yerinə düşər ki, 1991-ci ildə müstəqilliyimizin ikinci dəfə əldə olunmasının ardından mətbuat sahəsindəki vəziyyət də digər sahələrdə olduğu kimi ürəkaçan deyildi. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, ölkənin silahlı qruplaşmaların mübarizə meydanına çevrilməsi və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir plüralizmi kimi məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan “reket jurnalistikası” da məhz o günlərdən bizə qalan “yadigar”dır. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı.
Amma mətbuatın inkişafının qarşısını alan, onu dar çərçivədə məhdudlaşdıran antidemokratik siyasətə ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə son verildi. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı. ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması isə ölkə mətbuatının inkişaf tarixində əsl inqilab xarakteri daşıyırdı və bu müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayılır. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü.
1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. ümummilli liderimiz Heydər Əliyev 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla Azərbaycanda demokratik prinsiplərin, azad sözün qorunması istiqamətində bir tarix yaratdı. Məhz bu tarix azad mətbuatın inkişafında müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycanda senzuranın ləğv olunması haqqında Fərmanın imzalanması həmin dövr üçün inanılmaz addım idi. Bu çox böyük siyasi iradə tələb edirdi. Belə bir missiyanı məhz Ulu öndər Heydər Əliyev həyata keçirdi. Ulu öndər Heydər Əliyev bu qərarı verməklə böyük siyasi iradə nümayiş etdirdi. Bununla da Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən sonra jurnalistlərin öz peşələrinə münasibətdə məsuliyyəti də artdı. çünki senzura yaradıcı insanlar üçün bir buxov idi. 6 avqust Fərmanı həm də o dövrdə postsovet məkanında ilk olaraq Azərbaycan mətbuatının dövlət nəzarətindən çıxmasına şərait yaratmışdı. Yəni, bu məzmunlu Fərman yeganə olaraq Azərbaycanda verilmişdi.
Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının daha da genişləndirilməsinə xidmət edən addımlar, o cümlədən, mətbuatın inkişafı istiqamətində göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Belə ki, məhz Prezident İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silindi, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olundu, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi və bu gün də edilir.
Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur. Bu məsələyə toxunan dövlət başçısı “Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər” - deyib.
Yeri gəlmişkən, qəzetimizə açıqlama verən tanınmış mətbuat nümayəndələri də senzuranın ləğvi və ölkəmizdə KİV-ə dövlət qayğısından danışıblar. Məsələn, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanda müstəqil mətbuatın tarixi prinsipial olaraq senzunranın ləğvi ilə başlanır. Azərbaycanın müstəqillik əldə etdikdən sonrakı müəyyən bir müddətdə ölkədə müstəqil mətbu orqanların nəşr edilməsinə baxmayaraq, mediada Sovet idarəetmə üsulunun qaldığını önə çəkən baş redaktor qeyd edib ki, bununla yanaşı, media üzərində nəzarət saxlanılırdı: “Senzuranın ləğvi ilə media azadlığına mane olan əsas faktor kimi bu nəzarət aradan qaldırıldı. Bu isə faktiki olaraq müstəqil mətbuatın inkişafına səbəb oldu. Bu baxımdan həmin hadisə tarixi bir hadisədir. Digər tərəfdən, bu, təkcə Azərbaycan üçün deyil, həmin dövrdə bütövlükdə postsovet məkanı üçün çox önəmli bir hadisə sayılırdı. Nəzərə almaq lazımdır ki, həmin qərarın verildiyi, senzuranın ləğv olunduğu dövrdə Azərbaycan müharibə vəziyyətində olan bir ölkə idi və ölkənin iqtisadiyyatı da bir o qədər inkişaf etməmişdi. Enerji layihələrinin həyata keçirilməsi istiqamətində praktiki addımlar atılmamışdı, ölkə özünün informasiya təhlükəsizliyini təmin etməmişdi. Belə bir zamanda bu cür cəsarətli qərarın verilməsi mühüm bir hadisə oldu. Hesab edirəm ki, məhz senzuranın ləğvindən sonra Azərbaycan mətbuatının həyatında yeni bir mərhələ başlandı. Mətbuat özünün müstəqilliyini təmin etdi və bu gün də həyata keçirilən siyasət, dövlətin mətbuat orqanlarının fəaliyyətinə dəstək verməsi Azərbaycan iqtidarının mətbuatının inkişafı prosesinə konseptual yanaşmasını sübut edir. Xüsusi olaraq vurğulamaq gərəkir ki, bu yöndə həyata keçirilən siyasət də məhz ümummilli lider Heydər Əliyevin vaxtilə atdığı addımların davamıdır”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da senzuranın ləğvini Azərbaycan tarixində çox böyük hadisə adlandırıb və bu qərarın mətbuatın inkişafında çox böyük rolunun, əhəmiyyətinin olduğunu dilə gətirib. Onun sözlərinə görə, Sovet dönəmində mətbuatda çalışanlar senzuranın nə olduğunu daha yaxşı xatırlayırlar: “Bəzən jurnalistin bir ehtiyatsızlığı çox ciddi problemlər yarada bilirdi. Ulu öndərin senzuranın ləğvi ilə bağlı Sərəncamı Azərbaycan mətbuatının, müstəqil medianın inkişafında yeni bir mərhələ açdı və çox böyük bir addım oldu. Əslində, bu gün bir məqamı dərk etmək lazımdır ki, senzuranın ləğvi o demək deyil ki, istənilən jurnalist istədiyini yazmalıdır. Burada söhbət ondan gedir ki, bəzi məsələlər qanunla tənzimlənməməlidir, sadəcə, jurnalistin özünün daxilində bir senzura olmalıdır. Jurnalistlər hər zaman nəyi necə yazmağın fərqində olmalıdırlar. Bu isə, ümumiyyətlə, jurnalistin peşəkar olmasından irəli gələn bir keyfiyyətdir. Peşəkar jurnalistlər dünyanın harasında olmasından asılı olmayaraq, nəyi necə yazmağın və nəyi necə ifadə etməyin fərqindədirlər. Bu mənada, senzura mətbuatımızın inkişafına əngəl olan əsas problemlərdən biri idi ki, artıq aradan qaldırılıb”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə bildirib ki, senzuranın ləğvi ilə bağlı qərarı ABŞ-da səfərdə olduğu zaman eşidib: “Həmin ilin avqustunda biz bir qrup jurnalist ABŞ-da səfərdə idik və elə səfər çərçivəsində dövlət sirlərini mühafizə edən baş idarənin ləğvi ilə bağlı Sərəncamın verildiyin eşitdik. Bu idarə uzun bir dövrdə, hətta çar Rusiyası dövründə belə fəaliyyət göstərib. Senzuranın ləğvi ilə isə mətbuatda yeni bir mühit yarandı. Düzdür, həmin dövrdə bizlər hələ buna tam alışmamışdıq və müəyyən zamanlarda media ilə hansısa məmurlar arasında gərginliklər yaransa da, sonrakı proseslər bu qərarın tarixi əhəmiyyətli qərar olduğunu göstərdi. ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə atdığı bu addım Azərbaycanın müstəqil mediasına yeni nəfəs bəxş etdi. Bu qərarın mətbuatımızın inkişafında müstəsna rolu oldu. Bununla bağlı həm də “KİV haqqında” Qanunda xeyli dəyişikliklər baş verdi və xüsusilə vuğulamaq istərdim ki, Azərbaycanın “KİV haqqında” Qanunu olduqca demokratik bir qanundur, ölkəmizdə qəzet təsis etmək çox asan bir prosesdir. ölkəmizdə fikir plüralizmi hökm sürür və fərqli düşüncələrin sahibləri öz düşüncələrini rahat şəkildə cəmiyyətə çatdıra bilirlər. Bunların da bir çoxunun əsası məhz 1998-ci ilin 6 avqustunda qoyuldu”.
APA-nın baş direktoru Vüsalə Mahirqızı bildirib ki, o zaman bu Sərəncamın imzalanması olduqca müsbət bir hadisə idi. Heç bir jurnalistin senzura altında işləmək istəmədiyini önə çəkən V.Mahirqızı ümummilli lider Heydər Əliyevin bu qərarla müstəqil mətbuatımızın inkişaf yolunu açdığını söyləyib: “İkinci dəfə müstəqillik əldə edən Azərbaycan mətbuatı əsl müstəqilliyə məhz senzuranın aradan götürülməsi ilə qovuşdu. Düzdür, senzuranın aradan götürülməsi ilə müəyyən problemlər də ortaya çıxdı, bəziləri verilən azadlıqdan sui-istifadə etməyə çalışdı, hətta “sarı mətbuat” meydana gəldi, sonradan mətbuat özünün idarə qurumunu-Mətbuat Şurasını yaratdı. Amma nəzərə almaq lazımdır ki, mütləq şəkildə, yıxıla-dura olsa belə müstəqil mətbuat formalaşmalı idi və bu problemlər yaşanmalıydı. Artıq yavaş-yavaş zaman keçdikcə hər şey öz yerini alır və ortada yenə də peşəkar mətbuat qalır. Senzuranın ləğvindən ötən bu müddətdə, fikrimcə, bizim müstəqil mətbuatımız formalaşıb və ciddi mətbuatın sərhədləri ilə qeyri-ciddi mətbuatın sərhədləri ayrılıb. Hətta bizim Mətbuat Şurası modeli bir sıra ölkələrdə nümunə olaraq götürülür. Bir məsələni də qeyd etmək istərdim ki, senzura ləğv olunduğu dövrdə ölkəmiz müharibə şəraitində yaşayırdı və indi də yaşayır. Bu mənada arzulayardım ki, jurnalistlərimiz cəbhə bölgəsi və ya həmin ərazidəki gərginliklər barədə yazarkən öz daxili, vicdan senzurasına qulaq versin. Bu, mütləq lazımdır. çünki bu, bizim üçün olduqca həssas məsələdir və burada hansısa qanunvericiliyə yox, vətəndaşlığa söykənməliyik”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

