Fatih Çekirgenin şantaj xarakterli məqaləsi nəyə hesablanıb?
16.08.2012 [00:16]
Məlum olduğu kimi, Türkiyənin “Hürriyet” qəzetinin 13-14 iyul tarixlərində Fatih çekirge tərəfindən “Sen menim kim olduğumu bilir misen?” və “İşte o mühim gişi” sərlövhəli yazılar dərc olunub. Müəllif yazılarda İstanbuldan Barselonaya uçan təyyarədə Azərbaycandan bir məmurun guya stüardessanı hədələdiyini, onu işdən qovduracağını bildirdiyini, davranış qaydalarına əməl etmədiyini qeyd edib. F.çekirge həmin məmurun guya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov olduğunu iddia edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov isə “Hürriyet” qəzetində barəsində dərc olunmuş yazıya münasibət bildirib. İdarə rəisi vurğulayıb ki, o, hakimiyyət strukturlarında çalışdığı müddətdə etik davranışı ilə bağlı hər hansı irad və ya qınaq obyekti olmayıb, istənilən yerdə və şəraitdə insanların şəxsiyyətinə, ləyaqətinə hörmətlə yanaşıb, əvəzində də bunu tələb etməyə haqqı olub: “Türkiyənin “Hürriyet” qəzetinin 13 - 14.08.2012-ci il tarixli saylarında dərc olunmuş jurnalist Fatih çekirgenin yazıları ilə bağlı bildirirəm ki, barəmdə yazılanlar iftira və yalandır. Təyyarəyə 19 ədəd bilet alınması, dostlarımla birgə “biznes klass” salonunun bağladılması jurnalistin uydurmasından başqa bir şey deyildir. O ki qaldı, bəhs olunan hadisəyə, onun iştirakçısı deyil, şahidi olmuşam. Təyyarənin “biznes” salonuna bilet alıb ailəmlə məzuniyyətə gedirdim. Qonşu cərgədə başqa bir azərbaycanlı ailəsi azyaşlı uşaqları ilə birlikdə oturmuşdu. Uçuş zamanı stüardessa ilə həmin ailənin başçısı arasında xırda mübahisə yaranmış, azərbaycanlı sərnişin stüardessanın hərəkətlərindən şikayət edəcəyini bildirmişdi. Məsələnin mənə aidiyyəti olmadığından onların söhbətinə qarışmamışam və hər hansı xoşagəlməz sözlərin işlədilməsinin şahidi olmamışam. Qeyd etmək istərdim ki, həmin şəxs nə dövlət məmuru, nə siyası partiya üzvü, nə də ki mənim ailə üzvüm deyildir.
“Hürriyet” qəzetinin jurnalisti birinci cərgədə oturduğundan, arxada baş verənləri, kimin mübahisə etdiyini görmək iqtidarında olmadığından hadisənin təsvirində səhvə yol verib. Düşünürəm ki, peşəkar olduğunu sübut etmək üçün öz səhvini düzəldəcək və yazılan yalanları təkzib edəcək. öz şərəf və ləyaqətimin müdafiəsi üçün “Hürriyet” qəzetinə və Fatih çekirgeyə qarşı Türkiyə Respublikasının məhkəməsində iddia qaldırmaq hüququmu özümdə saxlayıram”.
M.Cabbarov F.çekirgeyə və “Hürriyet” qəzetinə açıq məktub ünvanlayaraq, məktubunun dərc edilməsini də tələb edib.
Qalmaqallar “qəhrəmanı”
Əslində, F.çekirgenin bu tipli yazılarına dəfələrlə rast gəlmək olar. Onun fəaliyyətinə qısa nəzər salsaq, bu yazarın obyektivlikdən uzaq olduğunu görmək asandır. Təəssüf ki, Türkiyədə demokratik mühitin mövcudluğundan istifadə edən belə “yazarlar” özlərinin məsuliyyətdən kənar olduqlarını düşünürlər. Konkret olaraq F.çekirgenin fəaliyyətində davamlı şəkildə qalmaqallar olub. Yeri gəlmişkən, bir zamanlar “Uzanlar” qrupunun nəzarətində olan “Star” qəzetinin rəhbəri kimi yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad edilən Fatih çekirge sonradan “Doğan” qrupunun nəzarətində olan “Hürriyet” qəzetində özünə yer tapıb. Lakin onun bu qəzetdəki fəaliyyəti də heç bir halda təqdir oluna bilməz.
Onu da deyək ki, zaman-zaman yazılarına görə qınaq obyektinə çevrilən bu şəxs həm də xristianlara xüsusi rəğbəti ilə də seçilir. Bunun üçün onun Türkiyədəki Ruhban okulunun açılmasını ciddi cəhdlə müdafiə edən yazılarına nəzər salmaq kifayətdir. F.çekirge dəfələrlə bu mövzuya toxunub və son dəfə iyulun 18-də və 19-da qəzetdə “Ruhban okulu üçün nəfəsimizin sonuna gəldik” və “Ruhban okulu nədən açılmalı?” başlıqlı yazılarla çıxış edib. Bu yazılar o qədər “maraqlı” olub ki, sonradan həmin yazı “Hristiyan qazete”sinin (http://www.hristiyangazete.com/2012/06/ruhban-okulu-neden-acilmali-fatih-cekirge/) səhifələrində də özünə yer tapıb.
Beləliklə, müxtəlif siyasi qalmaqallarda, həmçinin, Türkiyədəki 28 fevral dövlət çevrilişinə dair istintaq materiallarında adı keçən bu şəxs son addımı ilə heç də əsl jurnalistikaya xidmət etmədiyini təsdiqlədi. Əslində, onun Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Doğan” qrupunun tərkibində fəaliyyət göstərməsi də təsadüfi deyil.
Bu dəfə də olayların arxasından “Doğan” boylanır
Yəni, Fatih çekirgenin məlum şantaj xarakterli, Azərbaycan-Türkiyə qardaşlığına qarşı yönəlmiş məqaləsinin Türkiyənin “Doğan” qrupuna daxil olan “Hürriyet” qəzetində dərc edilməsinə sıradan bir məsələ kimi yanaşmaq olmaz. çünki “Doğan” qrupuna daxil olan media qurumları və şəxsən bu qrupun sahibi Aydın Doğan daim öz fəaliyyətlərində erməni lobbisinin sifarişlərini yerinə yetirərək ölkəmizə və Azərbaycan-Türkiyə münasibətlərinə qara yaxmaq yolunu tutublar. Məhz bunun nəticəsidir ki, “Doğan” qrupuna daxil olan media qurumlarında zaman-zaman ölkəmizin əleyhinə yönələn ifadələrə geniş yer verilib. Görünür, hadisələrə milli maraqlar çərçivəsindən deyil, maddiyyata və ermənipərəst mövqeyə əsaslanan prizmadan yanaşmaq bu qrup üçün həyat amalına çevrilib.
Məhz bu baxımdan, son olaraq “Hürriyet” qəzeti Azərbaycanın dövlət məmuruna böhtan atmaqla, əslində, antitürk mərkəzinin sifarişi ilə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağa cəhd göstərib.
“Doğan”ın Azərbaycanda biznes maraqları baş tutmayıb?!
Yeri gəlmişkən, əldə etdiyimiz bəzi məlumatlara görə, “Doğan” qrupuna məxsus mətbuat orqanlarının Azərbaycan əleyhinə sərgilədikləri münasibətin arxasında həm də sözügedən qrupun biznes maraqları dayanır. İddia olunur ki, “Doğan” qrupu ölkəmizdə hansısa biznes sahəsinə maraq göstərib və həmin sahədə fəaliyyət göstərmək istəyib. Lakin bu zaman sözügedən qrupun təmsilçiləri Azərbaycandan həyata keçirilməsi mümkün olmayan olduqca xüsusi imtiyazlar istəyiblər. Təbii ki, “Doğan” qrupunun istədiyi həmin imtiyazların verilməsinin qeyri-mümkün olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. çox güman ki, bundan razı qalmayan “Doğan” qrupu cavab olaraq özünə məxsus mətbu orqanlarda Azərbaycanı hədəfə alan materialların yerləşdirilməsinə üstünlük verir.
Köhnə taktikaya uyğun şantaj kampaniyası
Beləliklə, yenidən qayıdaq Fatih çekirgeyə və onun yuxarıda bəhs edilən şantaj xarakterli, həmçinin, Türkiyə-Azərbaycan münasibətlərinə qarşı yönəlmiş yazısına. ümumiyyətlə, qardaş ölkədə zaman-zaman bu tip, hansısa maraqlara xidmət göstərən yazılar yazılır. Təbii ki, bu yazıların nəyə hədəfləndiyi bəllidir.
Məsələ burasındadır ki, qardaşlıq müstəvisində xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünya üçün əməkdaşlıq və tərəfdaşlıq nümunəsi olaraq göstərilir. Eyni soy kökə malik olan, vahid platformadan çıxış edən, problemlərin həllində vahid istiqamətli siyasi kurs həyata keçirən Azərbaycanla Türkiyənin birliyi həm də strateji önəm daşıyır. Lakin bu birliyin sarsılmazlığından, ümumilikdə, Türk dünyasının tərəqqisinə xidmət etməsindən ciddi şəkildə narahat olan xaricdəki erməni lobbisi və ermənipərəst dairələr Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaq üçün bütün vasitələrdən, o cümlədən, təxribat xarakterli yazılardan da istifadə edirlər. Təbii ki, bu zaman məhz Fatih çekirge kimi yazarların qələmə aldıqları yazılar onların yardımına gəlir. Bu mənada, müəyyən dövrlərdə maraqlı media qruplarına tabe olan qəzetlərdə çap olunan bu tip şantaj xarakterli yazıların məqsədinin məhz dövlətlərarası münasibətlərə xələl yetirmək olduğu da istisna edilmir.
Konkret olaraq Fatih çekirgenin sözügedən yazısının məhz “TANAP” layihəsinə dair razılığın əldə edildiyi, Türkiyə-Azərbaycan münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğu bir zamanda meydana gəlməsi də təsadüfi sayıla bilməz. Ermənipərəst, anti-Azərbaycan, antitürk dairələrin bu layihəyə qarşı hansı qıcıqla yanaşdığı hər kəsə bəllidir. çünki bu layihənin reallaşmasının Azərbaycanın və Türkiyənin Avropa məkanındakı iqtisadi çəkisinin artmasında, köhnə qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol üstlənməsində böyük əhəmiyyəti var. O mənada, adıçəkilən yazının birbaşa anti-Azərbaycan və anti-Türkiyə məqsədlərinə xidmət göstərməsi də istisna oluna bilməz.
Qeyd olunduğu kimi, bu cür məqsədli yazılar zaman-zaman Türkiyə KİV-ində özünə yer tapsa da, sonda hər biri fiasko ilə nəticələnib. çünki hər zaman Türkiyənin yanında yer alan Azərbaycan dövləti milli marağımızın, ümumi mənafeyimizin ziddinə olan bütün problemlərin həll edilməsində səy göstərib və buna nail olub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu cür şantaj xarakterli yazılara baxmayaraq, xalqlarımız və dövlətlərimiz daha da yaxınlaşaraq, bir yumruq olub və birliyimizə qarşı olanlarla mübarizədə daha yüksək səviyyədə fəaliyyət nümayiş etdirib. Məhz bu üzdən də ermənipərəst maraqların xidmətçiləri hər zaman məğlub olub, Azərbaycan-Türkiyə qardaşlığından bir kərpic belə qopara bilməyərək kor-peşman kənara çəkiliblər.
“Türk Hava Yolları”nın antireklamı
Digər tərəfdən, məhz “Türk Hava Yolları”na (TNY) aid olan təyyarədə baş verənlərin fərqli yorumda, yalan və şantaj üsulu ilə müzakirəyə çıxarılması heç kimdə, ən əsası isə THY-nin əsas sərnişin potensialı sayılan azərbaycanlılarda xoş ovqat yaratmır. Bir daha xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün THY-nin əsas sərnişin ehtiyatlarından birini məhz Azərbaycan sərnişinləri təşkil edir. İctimai qınağa səbəb olan, aqressiya və yalan üzərində bərqərar olan bu cür yazılar isə həm də birmənalı olaraq THY-nin imicinə zərbədir. O mənada ki, sabah hər hansı bir azərbaycanlı və ya başqa millətdən olan tanınmış bir yolçu THY ilə uçan zaman hansısa aqressiv və qərəzli birisinin şantajından sığortalanmadığını bilir. Bu isə həm şirkətin işgüzar fəaliyyətinə təhdiddir, həm də həmin şəxsdə (kimliyindən asılı olmayaraq) diskomfort yaradır. Digər tərəfdən, bu cür yalanlarla şou yaratmaq istəyən, diqqəti üzərində cəmləməyə çalışan və bəlkə də Azərbaycanda oxucu kontingenti əldə etməyi istəyən çekirge yaratdığı diskomfortla insanların hüquqlarını pozur. Demək, artıq bu təyyarələrdə heç bir yolçunun güvəni yoxdur ki, sabah digər çekirgelerin hədəfinə çevrilməyəcək.
Son olaraq bir daha vurğulamaq yerinə düşər ki, hər zaman fərqli yalanlar üzərindən çirkin kampaniya apararaq iki qardaş xalq arasında etimadsızlığın yaranmasını arzulayanlar tapılıb. Amma hər dəfə də bir aksioma öz təsdiqini tapıb: Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz və əbədi olduğunu ortaya qoyub. Təbii olaraq bizim nailiyyətlərimizə, birliyimizə sevinməyənlər də var. Və bu, Türkiyə-Azərbaycan birliyinə qarşı olan dairələrin yeni şantajlarını meydana çıxarır.
Amma hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə qardaşlığına hədəf olan dairələrin və onların əmrlərini yerinə yetirənlərin niyyətləri, arzuları ürəklərində qalacaq. çünki onların yalanı, şantajı tez bir zamanda ifşa edildi. Necə deyərlər, bu yalan da ayaq tutub yeriyə bilmədi...
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

