İsa Qəmbər yenə də özünü ifşa etdi
30.08.2012 [12:52]
Radikal müxalifət düşərgəsində yeni polemika açılıb. Sosial şəbəkələrdə Müsavat partiyasının sədri İsa Qəmbərin siyasi karyerasının uğursuzluqlardan ibarət olmasına işarə vuran bəzi insanlar onun siyasətdən getməsinin zəruriliyini vurğulayıblar.
Əslində, bu polemikanın mövzusu yeni deyil və dəfələrlə istər elə müxalifət düşərgəsindən, istərsə də müstəqil insanlar ölkədə normal müxalifətçilik təfəkkürünün yaranması, düşərgənin monopoliyadan xilas olması üçün 20 illik uğursuz müxalifət rəhbərlərinin siyasi arenanın tərk etməsinin vacibliyini səsləndiriblər. Bununla belə, hər zaman öz şəxsi ambisiyalarını, iddialarını önə çəkən radikal düşərgə rəhbərləri bu çağırışları hiddətlə qarşılayıblar. Elə İ.Qəmbərin də gedən müzakirələrə cavabı özündə hiddətdən başqa heç nəyi əks etdirmir. Onun “Azadlıq” radiosunda guya həmin müzakirələrə verdiyi cavablar çıxılmazlığın, arqumentsizliyin əsl nümunəsidir. Maraqlıdır ki, əslində cavab verməmək üçün müzakirələri öz istədiyi məcralara yönəltmək istəyən İ.Qəmbər çıxılmaz duruma düşdüyünü, mövzudan yayına-yayına özünü acınacaqlı duruma saldığının da fərqindədir...
özünü demokrat adlandıranın daxilindəki hiddətli despot
Təbii ki, siyasətçinin hansısa sualdan yayınması, cavabını özü istədiyi kimi vermək qabiliyyəti onun peşəkarlığından irəli gələn bir haldır. Amma İsa Qəmbərə-özünü siyasətçi sayan, partiya sədri olan bir şəxsə sual ünvanlayan vətəndaşa onun tərəfindən verilən cavab siyasi manevrdən çox despot hiddətinə bənzəyr. özünü demokrat adlandıran, amma cavablarında demokratik prinsiplərdən əsər-əlamət olmayan İ.Qəmbər danışa-danışa özünü daha çox batırdığının fərqinə varmır. Hətta daxilindəki hiddət o dərəcəyə çatır ki, İ.Qəmbər ona ünvanlanan suallara cavab vermək fikrində olmadığını açıq şəkildə bildirir. O, deyir ki, hər bir vətəndaşın məndən cavab tələb etmək hüququ yoxdur. Onun fikrincə, ondan bu tələbi yalnız Müsavat partiyasının üzvləri və ya onu İP-in koordinasiya şurasına seçən insanlar (əslində, onlar da Müsavat partiyasının üzvləridir, çünki AXCP üzvləri açıq şəkildə bildirmişdilər ki, İ.Qəmbərə səs verməyiblər) irəli sürə bilərlər. özünü radikal müxalifətin lideri sayan bir şəxsin bu cavabı nə qədər doğrudur? Prezidentliyə namizəd olmuş bir şəxs bildirir ki, vətəndaş ondan cavab tələb edə bilməz? Görəsən, bu şəxs seçildiyi təqdirdə insanlar arasında hansı ayrı-seçkiliyi qoyacaq? Demək, özünü siyasətçi sayan İ.Qəmbər açıq şəkildə bildirir ki, ona azsaylı Müsavat üzvlərindən başqa heç kim səs vermir və bu üzdən də o xalqın yerdə qalan hissəsinin suallarını cavablandırmaq istəmir. Bu, bir siyasətçi üçün siyasi intihardan başqa bir şey deyil. Bəs nə üçün İ.Qəmbər əlinə fürsət düşən kimi xalqın adından danışır? Demək, xalqın adından spekulyasiya etmək, yalanlar danışmaq, pafoslar səsləndirmək, milli maraqlara zidd addımlar atmaq olar, amma xalqın nümayəndəsinin sualını cavablandırmaq olmaz. Budurmu İ.Qəmbərin siyasətçi təfəkkürü?!
Digər tərəfdən, özünü demokrat adlandıran bir siyasətçinin adi bir sual qarşısında acizliyi və hiddətindən bu sualdan nəiki yayınmaq, hətta imkan olsa qaçmaq durumuna düşməsi özü onun tükəndiyinin göstəricisidir. İsa Qəmbər özü də dərk edir ki, 20 illik uğursuz fəaliyyətindən sonra tərəfdarları qarşısında cavab verməlidir. Amma “Mən bu suallara cavab vermirəm” hiddəti “demokratın” içindəki despotun göstəricisi sayılır. Bəli, İ.Qəmbər özü etiraf edir ki, verilən sualların cavabında yalnız susmaq və sakit şəkildə getmək lazımdır...
İsa Qəmbər Əli Kərimlinin bostanına “qaya” atdı...
İ.Qəmbərin sözügedən müsahibəsində diqqətimizi çəkən başqa bir məqam, onun etirafıdır. Belə ki, o, qeyd etdi ki, başqa müxalifət partiyaları bəzi QHT-lərin xarici təşkilatlardan qrant almaq prosesində və bu pulların “xərclənməsində” iştirak edir. Və dönə-dönə də vurğulayır ki, Müsavat partiyası indiyə qədər bu proseslərdə iştirakçı olmayıb.
Bu məsələyə ən sadə məntiqlə yanaşsaq, bu gün bəzi donor xarici təşkilatların əsas görüş yeri Müsavat partiyasının qərargahı və AXCP sədridir. O cümlədən, “Yeni Azərbaycan” qəzeti olaraq dəfələrlə yazmışıq ki, bəzi radikal müxalifət partiyaları uydurma, özlərinin məqsədləri üçün yaradılmış QHT-lərin əli ilə xarici təşkilatlardan maliyyələşir. Bəs, əgər bu maliyyəni Müsavat partiyası almırsa, kim alır? Bir cavab var-AXCP və bu partiyanın sədri Əli Kərimli. İ.Qəmbər “ustalıqla” Ə.Kərimlinin bostanına “qaya” atdı və cəmiyyətə xaricdən maliyyələşən təşkilatın ünvanını göstərdi. Bəs görəsən, birdən-birə eyni müsahibədə İ.Qəmbərin Ə.Kərimliyə iki zərbə endirməsinin arxasında nələr dayanır? (Bir zərbə də AXCP ilə anlaşmasının olmasına baxmayaraq, özünü namizəd elan etməsidir ki, bu ayrı bir mövzudur).
Ə.Kərimlinin maraqlı xarici dairələrdən maliyyələşməsini cəmiyyətə açıq şəkildə demək İ.Qəmbərlə AXCP sədri arasında gedən “vahid namizədlik” mübarizəsində birincinin tutarlı zərbəsi idi. Yəni, İ.Qəmbər, sadəcə, düşərgə daxilində ona potensial rəqib ola biləcək Ə.Kərimlinin bu kompramatını ortaya qoydu. Və bununla da sanki “satqın mən deyiləm, Əli Kərimlidir” mesajı verən İ.Qəmbər həm də cəmiyyət tərəfindən özünə ünvanlanan ittihamlardan sığortalanmağa çalışır. Amma görəsən, İ.Qəmbər bu faktı bilə-bilə indi niyə etiraf edir? Halbuki, vaxtilə bu məsələlər elə AXCP üzvləri (məsələn, Mirzə Sakit) tərəfindən açıqlandığı zaman İ.Qəmbər bunu inkar edirdi. Bəlkə, Ə.Kərimli artıq onun puldan düşən payını verməyib... Axı, İ.Qəmbərin “despot hiddəti” az bir zamanda hər kəsə bəlli oldu...
Xaricdən yardım almayan İsa Qəmbərin mühafizəçiləri və sürücüləri haradan maaş alır?
Amma İ.Qəmbərin xaricdən maliyyələşmə ilə bağlı dediklərində həm də bir ziddiyyət var. O baxımdan ki, İ.Qəmbər Müsavat partiyasının heç bir zaman xarici təşkilatlardan maliyyə yardımı almadığını iddia edir. O, deyir ki, başqa partiyalar QHT-lərin əli ilə xarici maliyyə əldə edir və bunun xərclənməsində iştirak edirlər, amma Müsavat partiyası heç vaxt belə işlərlə məşğul olmayıb...
Amma müsahibəsində davamlı şəkildə “mühafizəçilərim”, “sürücülərim” söyləyən İ.Qəmbər öz fikrində ziddiyyət yaradır. Əgər, Müsavat partiyası heç bir yerdən, yəni, xarici dairələrdən “yardımlar” almırsa, bu “mühafizəçilərin”, “sürücülərin” maaşları hansı pulla verilir? İ.Qəmbər iddia edir ki, illərdir ki, “pulsuz-pənəsiz” yaşayır.
Maraqlıdır ki, bu partiya artıq uzun illərdir ki, heç vaxt maliyyə hesabatını cəmiyyətə açıqlamayıb. Məsələn, Yeni Azərbaycan Partiyası hər il bunu edir, amma analoji hesabat heç bir müxalifət partiyasından verilmir. Bu özü də bəzi suallar yaradır. Əgər İ.Qəmbərin iddia etdiyi kimi Müsavat partiyası və onun özü bu illər ərzində xarici yardımlar almırsa, niyə maliyyə hesabatlarını gizlədirlər? Axı, hər xırda nüansı özünün təbliğat elementinə çevirməkdə peşəkar olan radikal düşərgə təmsilçisi bu nüansdan mütləq istifadə edərdi və hər yana yayardı ki, onlar, sadəcə üzvlük haqqı ilə partiyanı saxlayırlar. Demək ki, maliyyə məsələsində mütləq şəkildə qeyri-qanuni yardım aktualdır ki, illərdir bunun üstündən sükutla keçirlər. Sadəcə, İ.Qəmbər hər zaman olduğu kimi pafosa güc verərək Müsavatın xarici yardım almadığını deyir. Amma düşünmür ki, bu açıqlamasından da suallar doğur - bəs İ.Qəmbər öyünə-öyünə dediyi mühafizəçilərini və sürücülərini hansı pulla saxlayır?!
İsa Qəmbər Azadlıq radiosunu təhqir etdi
Müsahibəsində İ.Qəmbər qonağı olduğu “Azadlıq” radiosunu da təhqir etdi. Bir sıra elementləri geniş auditoriyası olan KİV-lərdə səsləndirmək istədiyini söyləyən İ.Qəmbər bununla da adıçəkilən radionun auditoriyasının az olduğuna işarə etdi. Maraqlıdır ki, lazımi anda “Azadlıq” radiosunu tərifləməkdən doymayan İ.Qəmbər bu dəfə ona qarşı məlum suallarla çıxış edən radionu təhqir etməkdən çəkinmədi.
İ.Qəmbərin “bəzi şeyləri geniş auditoriyası olan KİV-də açıqlamaq imkanım olmayıb” iddiası yalandır və İ.Qəmbərin, sadəcə çulunu sudan quru çıxarmağa çalışdığı yenə də ortadadır. İ.Qəmbər məhz 2003-cü il hadisələri ilə bağlı elementləri çoxsaylı auditoriyası olan KİV-lərdə (televiziyalarda) açıqlamaq istədiyini bildirir. Halbuki, ötən 9 il ərzində İ.Qəmbərin belə imkanları olub. Məsələn, 2005-ci ildə “Azadlıq” seçki blokunun deputatlığa namizədi kimi İ.Qəmbər televiziya ilə bir neçə dəfə çıxış etdi. Görəsən, nə üçün o, “önəmli detalları” həmin vaxt açıqlamadı? Daha sonrakı illərə nəzər salaq. 2008-ci ildə İ.Qəmbər özü bu şansından imtina etdi və prezident seçkilərinə qatılmadı. 2010-cu ildə deputatlığa namizəd olan İ.Qəmbər yenə də televiziya debatlarında iştirak edib, amma həmin “önəmli məsələləri” yada salmayıb. İndi isə deyir ki, mənə çoxsaylı tamaşaçısı olan KİV lazımdır. Bunu necə başa düşmək olar? Bu, İ.Qəmbərin, növbəti uğursuz manevrlərindən biri deyilmi? İ.Qəmbər sadəcə verilən suallar qarşısında o qədər çaş-baş qalıb ki, bu cür primitiv üsullara əl atmaq məcburiyyətindədir. Bu isə bir daha onun siyasətçi kimi tükəndiyini göstərir...
16 oktyabrda İsa Qəmbər yenə də yaxasını qırağa çəkmişdi
Bəli, bütün bu söylənilənlərlə yanaşı, polemikanın və müsahibənin yaranmasının əsas xətti məhz İ.Qəmbərin 2003-cü ildə tərəfdarlarının yanında olmaması məsələsi idi. Təbii ki, bunun səbəbi sualı soruşanla cavab verəcək şəxsi maraqlandırır, amma bir məsələni qısa şəkildə vurğulamaq gərəkir ki, bu sualla, hətta özünün təhqir edildiyini iddia edən, onu cəsarətsizlikdə günahlandıranları qınayan İ.Qəmbər birinci dəfə deyildi ki, belə bir addım atırdı. İ.Qəmbər iddia edir ki, hər zaman hansısa məsələdə öndə olub. Amma hər kəs xatırlayır ki, vaxtilə 1990-cı ilin 20 yanvarında da İ.Qəmbər camaatı yalın əllə rus qoşunlarının qabağına göndərsə də, özü bu kütlənin qarşısında deyildi. Nəinki İsa Qəmbər, o zamanın, Xalq Cəbhəsinin öndə gedənlərinin hər biri həmin gecə bir “manevrlə” özünü sığortalamağı və orada olmamağı bacarmışdılar...
2003-cü ildə də öz tərəfdarlarını mitinqə çağıran İ.Qəmbər evində oturub sakit şəkildə hadisələrin gedişini izləyirdi. Düzdür, İ.Qəmbər iddia edir ki, o partiya qərargahında olub, amma onun tərəfdarlarının sosial şəbəkələrdə paylaşdığı şərhlərdən də görünür ki, İ.Qəmbər həmin vaxt evində olub. Və...
Hər zaman xalqın iradəsinin əksinə gedən radikal düşərgə özünü gündəmdə saxlamaq üçün min bir vasitəyə əl atsa da, sonda bu cür aqibətlə üz-üzə durmağa məhkumdur. çünki onlar elə özlərinin açıqlamalarından göründüyü kimi, istinad nöqtələrini 20 ildir ki, gah sərhədimizdən şimalda, gah qərbdə, gah da başqa yerlərdə axtarıblar. Hər zaman xalqın adından danışmağa və yalanlarını bu yolla ört-basdır etməyə çalışan radikal düşərgə rəhbərləri heç vaxt xalqını istinad kimi görə bilməyiblər. Bunun bir səbəbi var, xalq özü həmin müxalifət təmsilçilərini öz istinadına çevirməyib. Bu gün xalqın bir istinad nöqtəsi var-Azərbaycan dövlətini inkişafa doğru aparan Azərbaycan hakimiyyəti...
P.S. Xalqdan əli üzülənlərin, illərdir xalqın adından danışıb öz əməllərini pərdələməyə çalışanların zaman-zaman naqolay suallarla üz-üzə durması labüddür. İsa Qəmbər kimi...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

