Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə yeni modelini yaradacaq
18.05.2024 [10:40]
G7 ölkələrinin QHT-lərindən ölkəmizə dəstək
QHT-lər ölkəmizdə keçiriləcək COP29-un dövlətlər arasında əhəmiyyətli əməkdaşlığa töhfə verəcəyinə inanırlar
Nardar BAYRAMLI
Dünyada böyük nüfuza sahib olan Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Buna misal olaraq Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və s. nümunə göstərmək olar. Belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gələn Azərbaycan COP29-un təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək. İki həftə ərzində dünyanın nəbzi Bakıda döyünəcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Bu tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək.
Nəzərə almaq lazımdır ki, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da güclənməsini özündə ehtiva edəcək. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək.Təbii ki, bütün bunlar beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividentlər qazandıracaq.
Artıq beynəlxalq birlik tərəfindən COP29-un keçirilməsi ilə bağlı ölkəmizə ciddi dəstək ifadə olunur. Bu dəstək, həm dövlətlər səviyyəsində, həm də müxtəlif təşkilatlar müstəvisində özünü göstərir. Yeri gəlmişkən, bugünlərdə İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər COP29 ölkəsi kimi Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı 30 QHT imzalayıb. Onların arasında Fransa QHT-sini və UNESCO-nu təmsil edən şəxslər də var. Bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları dünya birliyini dayanıqlı gələcəyə doğru aparmaq kimi vacib missiya daşıyan, COP29 sədrliyini üzərinə götürən və tədbirə ev sahibliyi edən Azərbaycanı dəstəkləyirik. Planetimizin üzləşdiyi iqlim dəyişmələri probleminin ekoloji təsirləri ilə bağlı dərin narahatlıq keçirir və iqlim böhranını aradan qaldırmaq üçün atılan hər bir addımı yüksək qiymətləndiririk”.
Bəyanatda vurğulanıb ki, Azərbaycan dünya dövlətlərinə əməkdaşlıq, təcrübə mübadiləsi aparmaq və alyanslar yaratmaq üçün platforma təmin edir, iqlim dəyişmələrinin təsirlərini azaltmaq istiqamətində kollektiv səylərin təşviqində nümunəvi liderlik nümayiş etdirir: “Vətəndaş cəmiyyəti təşkilatları ilə konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verən Azərbaycan COP29-dakı müzakirələri zənginləşdirəcək, inklüzivliyə töhfə verəcək və nəticədə Paris Sazişinin məqsədlərinə çatmaq üçün kollektiv səyləri inkişaf etdirəcək. Bu nailiyyət Azərbaycanın çoxtərəfli səmərəli diplomatiya bacarığını nümayiş etdirir və onun gələcək nəsillər üçün dayanıqlı gələcəyin formalaşmasında həlledici rolunu vurğulayır”.
“İnanırıq ki, COP29 dövlətlər arasında əhəmiyyətli əməkdaşlığa töhfə verəcək, iddialı vədləri artıracaq və konsensusa aparacaq. Biz, COP29-a sədrlik edən Azərbaycanın və dünyanın digər vətəndaş cəmiyyəti qrupları ilə iqlim dəyişmələrinin qarşısını almaq və planetimizə gələcək vəd edən səylərimizlə həmrəylik üçün birləşirik”, -deyə bəyanatda bildirilib. Xatırladaq ki, son vaxtlar nüfuzlu xarici QHT-lər COP29 ölkəsi kimi Azərbaycana ardıcıl dəstək bəyanatları yayır. Bir müddət öncə BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edən xarici QHT-lərdən bir qrupu - 128 xarici QHT də Azərbaycanın qlobal iqlimlə bağlı fəaliyyətini alqışlayan bəyanat yaymışdı. Bu bəyanatlar Azərbaycanın hamı üçün faydalı qlobal təşəbbüslərinin dünyada yüksək maraqla qarşılanmasını nümayiş etdirir.
Ümumiyyətlə, təkzibedilməz reallıqdır ki, iqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır. Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Bu səbəblərə görə deyə bilərik ki, iqlim dəyişmələri məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçiriləcək COP29 mühüm beynəlxalq platformaya çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

