Əli Kərimli-siyasi avantürist və ya "günahsızlığın" yaratdığı narahatlıq
05.09.2012 [22:23]
Artıq bir müddətdir ki, keçmiş prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi müzakirə olunur. Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi barədə Bakı şəhər Prokurorluğu tərəfindən müvafiq şəkildə cinayət işi açılaraq araşdırma aparılır.
Əslində, bu məsələnin artıq hüquqi müstəvidə araşdırıldığını nəzərə alaraq, istintaqın nəticəsini gözləmək ən doğru hal sayılmalıdır. Amma bu məsələni siyasiləşdirərək müvafiq şəkildə geniş müzakirə predmetinə çevirməyə çalışan məhz radikal müxalifətin nəzarətində olan mətbuat orqanlarıdır. Belə ki, müvafiq cinayət işi ilə bağlı araşdırma başlanandan bəri bu araşdırmanı siyasi müstəviyə transfer etməyə çalışan radikal düşərgə, hətta bundan öz xeyri üçün dividend qazanmağa çalışır. Qeyd etmək yerinə düşər ki, Əbülfəz Elçibəyin zəhərləndirilməsi ilə bağlı cinayət işinin qaldırılmasını belə absurd sayan (?!) radikal düşərgə iddia edir ki, prokurorluq bu məsələni ciddiyə almamalı və bu cinayət işini qaldırmamalı idi...
Əli Kərimli ilə bir komandada nazir işləyən birisi nəyə görə “qeyri-ciddi” hesab edilir?
Radikal düşərgə iddia edir ki, məsələ ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət edən şəxs-Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyri-ciddi adam olduğu üçün bu məsələnin üstündən keçilməli idi. Bu cür iddianın səsləndirilməsi ya radikal düşərgənin həqiqətən özünün savadsızlığından, ya da qəsdən məsələni yayındırmaq istəyindən xəbər verir.
Birincisi, bir insanı qeyri-ciddi elan edərək onun iddiasının ciddiyə alınmamasını tələb etməyin özü ən böyük qeyri-ciddilikdən xəbər verir. Bu, elan edən şəxsin və ya siyasi partiyanın özünün hüquqi dövlət anlayışına verdiyi qiyməti ortaya qoyur. İnsanları ciddi və ya qeyri-ciddi kimi xarakterə bölərək hüquqi münasibət sərgiləmək 1992-ci ildə hakimiyyətdə olan və bu gün isə radikal müxalifət düşərgəsində təmsil olunan “siyasətçilərin” hüquq anlayışından xəbər verir. 20 il ərzində dəyişməyən təfəkkürlə yaşayan, mənafelərinə xidmət edən hər sözü “ciddi”, maraqlarını təmin etməyən fikirləri isə “qeyri-ciddi” adlandıran radikal düşərgə bir məqamı unudur ki, qeyri-ciddi elan etdiyi, iddiası ilə prokurorluğun cinayət işi başlanmasını düzgün saymadığı şəxs elə AXC-Müsavat hökuməti dövründə ən yüksək dövlət postlarından birində təmsil olunan Hafiz Hacıyevdir. Onda, əks arqument özü yaranır: Əgər Hafiz Hacıyev qeyri-ciddi adam idisə, nə üçün ona böyük bir vəzifə tapşırılmışdı... Yaxud eyni prezidentin sərəncamı ilə vəzifəyə təyin edilən Ə.Kərimli niyə ciddi adam hesab edilməlidir?!
Digər tərəfdən, prokurorluq mütləq şəkildə bu iddianın araşdırılması üçün cinayət işi başlatmalı idi. çünki irəli sürülən iddiada adıçəkilən şəxs-mərhum Əbülfəz Elçibəy qanunla status almış keçmiş prezidentdir. Bu baxımdan, onun həyatı ilə bağlı verilən informasiya, qaldırılan iddia mütləq şəkildə araşdırılmalı və nəticə əldə edilməlidir. Dünyada bu cür analogiyalar mövcuddur və bir sıra dövlətlərdə dövlətin tanınmış simalarının və ya dövlət başçılarının vəfatı ilə bağlı hər hansı bir müəmma mütləq şəkildə araşdırılır, Türkiyə Cümhuriyyətində mərhum prezident T.özal, FAT-ın rəhbəri Y.Ərəfat haqqında da ölüm səbəblərini aydınlaşdırmaq üçün həmin ölkələrdə müvafiq hüquqi prosedurlar başladılmışdı. Bu məsələdə hər hansı bir ayırım yoxdur. Yəni, bu müraciət hər hansı bir sadə vətəndaşla bağlı edilsə belə, prokurorluq mütləq şəkildə bu addımı atmalıdır, çünki prokurorluğun birbaşa vəzifəsi məhz bu tip araşdırmaların aparılmasına və həqiqətin üzə çıxmasına xidmət göstərir. Və bu mənada nəzərə alanda ki, Əbülfəz Elçibəy status almış keçmiş prezidentdir, onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilən, irəli sürülən, müzakirələrə səbəb olan hər hansı bir iddianın araşdırılması, nəticədə həqiqətin üzə çıxması ən təbii proses sayılmalıdır.
Nəticə etibarı ilə, radikal düşərgə tələb edir ki, hüquqi dövlət olan Azərbaycanda keçmişdə prezident olmuş bir şəxslə bağlı müraciət araşdırılmamalı, keçmişdə nazir olmuş, indi siyasi partiya sədri olan bir insanın müraciətinə isə “qeyri-ciddi” olduğu üçün baxılmamalıdır? çünki hadisənin bu cür inkişafı, həqiqətin ortaya çıxarılması Əli Kərimliyə sərf etmir.
İndi isə bu məsələyə bir də əks prizmadan baxaq. Yəni, cinayət işi qaldırılmasaydı radikal düşərgə danışmağa fərqli mövzu tapacaqdı. Onlar iddia edəcəkdilər ki, Elçibəy haqqında irəli sürülən iddiaya hakimiyyət qəsdən baxmır. Məsələ ilə bağlı bir müddət öncə KİV-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bildirmişdi ki, əgər Elçibəyin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürülən iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman bundan narazı qalan insanlar yenə bizim üzərimizə gələcəkdilər və deyəcəkdilər ki, baxın hakimiyyət məsələni siyasiləşdirir, Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışır: “Biz cinayət işini açmasaydıq da bunlar belə bir kampaniya aparacaqdılar. Məsələni tam araşdırmaq üçün cinayət işi açmışıq, yenə də bizə qarşı kampaniya aparırlar”.
Həqiqətən də bu gün araşdırmanın dayandırılmasını tələb edən, iddiaçını “qeyri-ciddi” elan edən şəxslər əks halda da qeyd olunan şəkildə ittihamçı rolunda çıxış edəcəkdilər. Və bu faktın özü bir daha göstərir ki, özünü “Elçibəyin davamçısı” sayan bəziləri öz iddialarında səmimi deyillər və onların nədən sığortalanmaq istədiyi də bəlli deyil. Hətta Əli Kərimlinin müəyyən mənada bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışması da gözdən yayınmır. Belə olanda məntiqi sual ortaya çıxır “günahsız” niyə narahatdır, görəsən?!
Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin qaldırılması “yuxuları ərşə çəkib”...
Yuxarıda qeyd etdiyimiz kimi, bu gün Elçibəyin ölümünün araşdırılmasına maneçilik törətməyə çalışanların bu məsələdən siyasi məqsədləri üçün istifadə etməyə çalışdıqları ortadadır və nədənsə onlar hüquqi araşdırmadan narahatdırlar. Məhz istintaq işini aparan hüquq-mühafizə orqanına qarşı aparılan kampaniya da bu narahatlıqdan xəbər verir. Əli Həsənovun da qeyd etdiyi kimi, bu kampaniya məhz Elçibəyin həyatı, ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılmasının onun keçmiş silahdaşlarına qətiyyən sərf etməməsindən qaynaqlanır: “Ehtiyat edirlər ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər, müəmmalı bir şey ortaya çıxar”.
Radikal düşərgə məsələdən nə üçün narahatdır? Təbii ki, məsələnin əsl məğzi məhz bu sualda cəmləşib. Keçmiş sədrlərinin, liderlərinin ölümü ilə bağlı müəmmanın açılması bu düşərgədə nə üçün problemlər yaratmalıdır? Problemin yarandığını, narahatlığı isə verilən açıqlamalardan, bunu siyasi müstəviyə çəkmək cəhdlərindən açıq-aşkar görmək mümkündür. Artıq bir müddətdir ki, bu araşdırmanın məhz radikal düşərgədə təmsil olunduğu üçün Əli Kərimliyə hədəfləndiyi, onun “zərərsizləşdirilməsinə” yönəldildiyi istiqamətində kampaniyalar aparılır. Hətta cəmiyyətin müəyyən informasiyasız təbəqəsini də öz kampaniyalarında istifadə edərək bunu siyasi şouya çevirmək istəyirlər. Açıq şəkildə görünür ki, Əli Kərimli bununla nəticədə ola bilsin ki, açılacaq hansısa həqiqətlərdən sığortalanmaqla yanaşı, məsələdən təbliğat məqsədi ilə birbaşa istifadə etmək fikrindədir də.
Məsələyə başqa aspektdən yanaşaq. Heç kəsə sirr deyil ki, özünü İP-də “müttəfiq” elan edən İsa Qəmbərlə Əli Kərimlinin tarixin bütün dönəmlərində bir-birinə qarşı patoloji nifrəti mövcud olub. Bunun arxasında bir sıra fərqli səbəblər dayanır ki, bu, başqa mövzudur. Amma nəticə etibarı ilə bu nifrət hissi birinin o birisinin qarşısına keçməsi üçün əsl lokomotivdir. İlk növbədə, Elçibəyin zəhərləndirilməsi ilə bağlı açılan cinayət işindən ona qarşı istifadə edildiyini iddia edən Əli Kərimli bununla guya düşərgəsinin vahid namizədi olması iddiasını ortaya qoyur. Amma proseslər bunun əksini göstərir. Yəni, düşərgəsinin vahid namizədliyinə şansı belə olmayan birisi üçün bu kampaniya niyə hazırlanmalıdır? Əli Kərimli özü də dərk edir ki, bu gün onun əlacı özünün özü haqda rəy yaratmağa, təbliğat aparmağa qalıb, çünki heç kim üçün -hətta artıq 5-3 tərəfdaşı üçün də Kərimli maraq kəsb etmir.
Elçibəyin zəhərlənməsini 1999-2000-ci illərdə “yurd”çular özləri gündəmə gətirmişdilər
Bundan başqa, bir fakta nəzər yetirmək lazımdır ki, hələ Elçibəyin dünyasını dəyişdiyi dövrdə belə, həmçinin, ondan sonrakı vaxtlarda da zaman-zaman onun öldürülməsi, silahdaşlarının ona xəyanət edərək sədrliyi əldə etmək üçün hansısa tədbirlərin görüldüyü ilə bağlı məsələlər yazılıb, müzakirə olunub. Bu barədə müxtəlif qəzetlərə müsahibə verən o zaman AXCP-də təmsil olunan şəxslər etiraf ediblər ki, qeyri-rəsmi də olsa bu məsələ müzakirə predmetinə çevrilib. Yəni, Elçibəyin zəhərləndirilməsi ilə bağlı belə deyək, söz-söhbət bir günün, bir ilin məsələsi deyil. Bunun kökü hələ Elçibəyin Türkiyədə xəstəxanada yatdığı dövrə söykənir. Hətta Elçibəy öldüyü dövrdə onun yaxınlığında olan şəxslər (partiya asılılığı olmayan, bu gün zəhərlənmə məsələsində əsas “istinad edilən” simalar) bildirirdilər ki, “Yurd”çuları təmsil edən konkret şəxslərlə bağlı konkret ittihamlar irəli sürmək olar, Cəbhədə Elçibəyə xəyanət edən adamlar çoxdur”. Həmin şəxslər iddia edirdilər ki, bəzi müavinləri (sonradan Elman Türkoğlu həmin adamın Əli Kərimli olduğunu söylədi) Cəbhənin mətbəxində hazırladığı Elçibəylə bağlı çirkin yazıları bəlli qəzetlərdə dərc etdirirlər. Bu isə yuxarıda qeyd olunanları təsdiqləyir və Elçibəyə qarşı olan öz komandasının onu oyundan kənarda qoyması üçün hər hansı bir yola əl atmasını da istisna etmir. Demək ki, Elçibəyə qarşı hansısa oyunlar elə onun öz mətbəxində gedirmiş və zəhərlənmə ilə bağlı müzakirələr Elçibəyin ilk olaraq ətrafındakı şəxslərin müzakirə predmetinə çevrilib. Nəticə etibarı ilə də bu məsələnin hüquqi müstəvidə araşdırılmasını tələb edən şəxs məhz Əli Kərimli ilə eyni komandada təmsil olunan keçmiş dövlət rəsmisinin, bu günün partiya sədrinin iddiasıdır. Prosesə nəzər salsalar görərlər ki, məhz bu iddianın ardından açıqlamalar verən şəxslər də Elçibəyə yaxın şəxslərdir. Demək ki, bu açıqlamaların hamısı “qeyri-ciddidir”? Kərimli bunumu iddia etmək fikrindədir???
Yeni iddialar... Bu dəfə iddiaçılar Kərimlinin öz düşərgəsindən olan ciddilərdir
Bəli, ortada bir iddia mövcuddur və iddiaçı şəxs də Əbülfəz Elçibəyin kim tərəfindən zəhərləndirildiyini düşündüyünü açıqlayıb. Bir daha vurğulamaq lazımdır ki, mənafeyinə uyğun olduğu zamanda və ya əks zamanda insanları “ciddi” və ya “qeyri-ciddi” elan etmək hansısa bir məsələyə düzgün yanaşma sayılmamalıdır. çünki bu məsələ ilə bağlı gedən müzakirələrdə Əli Kərimlinin kifayət qədər ciddi saydığı insanlar da öz münasibətini sərgiləyib ki, həmin insanlar da məsələnin siyasi müstəviyə çəkilməsinin düzgün olmadığını və bunun hüquqi müstəvidə araşdırılmasının vacibliyini qeyd ediblər.
Xüsusi olaraq bir məqamı dönə-dönə qeyd etmək lazımdır ki, bu araşdırmanı 2013-cü il seçkiləri ilə əlaqələndirməyə çalışanlar çox uğursuz bir “səbəb” müəyyənləşdirirlər. çünki bu arqumenti Əli Kərimlinin əlindən alan şəxs elə İP-dəki müttəfiqləridir. İP-in vahid namizədliyi məsələsində Əli Kərimliyə güzəşt edilməyəcəyi artıq hər bir mənada bəllidir və hətta İ.Qəmbərin vahid namizəd olmayacağı təqdirdə belə, Müsavatın Əli Kərimlini dəstəkləməyəcəyi dəqiqləşdirilib.
Bu iddianın da absurd olduğunu diqqətə alsaq, Ə.Kərimlinin narahatlığının əsl səbəbi üzə çıxır. Bu narahatlığın üzə çıxmasında isə Ə.Kərimlinin özünün “ciddi” saydığı keçmiş dostlarının açıqlamalarının da rolu var. Belə ki, Ə.Kərimlinin hər zaman siyasi avantüralarla gündəmə gəlməyə çalışdığını önə çəkənlər bildirirlər ki, Elçibəyin ona qarşı münasibəti də birmənalı olmayıb. Hətta Elçibəyin Əli Kərimlini “komsomol” deyə çağırdığını söyləyənlər birincinin “Yurd” qruplaşması rəhbərinin hansı siyasi oyunlardan çıxdığının, ona qarşı xəyanətkar mövqe seçərək partiya sədrliyinə gəlmək istədiyini bildiyini də deyib.
“Zəhərlənməni Ə.Kərimli təşkil edib”...
Bununla belə, konkret araşdırma motivi-zəhərlənmə ilə bağlı ən çarpıcı açıqlamanı radikal düşərgədə “bayraqdar” kimi tanınan Elman Türkoğlu verdi. Əli Kərimlinin bütün kartlarını açan, istintaqa daha çox şeyləri söyləyəcəyini deyən E.Türkoğlu mətbuata bildirib ki, zəhərlənmə işində əsas rolu Əli Kərimli oynayıb. O qeyd edib ki, bu oyunun içində bir sıra insanlar vardı. Həmin vaxt partiyada Əli Kərimliyə yaxın qüvvələrin hər vəchlə Elçibəyi rəhbərlikdən uzaqlaşdırmağa, onu AXC-nin rəhbəri postuna gətirməyə çalışdıqlarını söyləyən E.Türkoğlu Əbülfəz Elçibəyin Əli Kərimlinin ad günündə - 1999-cu ilin 28 aprelində zəhərləndiyini bəyan edib: “Zəhəri bir nəfər gətirmişdi. Onun da adını açıqlayacağam. Əgər məni istintaqa çağırsalar, həmin şəxsin kim olduğunu deyəcəm (artıq söhbətin Qənimət Zahiddən getdiyi cəmiyyətə bəllidir). Amma gərək bu iş başa çatdırılsın - Əli Kərimli layiq olduğu cəzanı alsın. Hafiz Hacıyev düz deyir, ad günü mərasimində. Amma Elçibəyin yox, Əli Kərimovun doğum günü tədbirində. Zəhərlənmə Əli Kərimovun evində baş verdi. çünki onu hansısa şadlıq sarayında, restoranda həyata keçirmək çətin idi. Əgər şadlıq sarayında baş tutsaydı, işə aşpaz da qatılmalı idi. Bu isə, sirrin açılması baxımından təhlükəli idi. Amma planı ev şəraitində həyata keçirmək daha məqsədəuyğun idi. Zəhəri İrandan gətirmişdilər. Onun uzunmüddətli dozası var”.
Bəli, göründüyü kimi, iddia tək Hafiz Hacıyevdən qaynaqlanmır. Elman Türkoğlu da öz açıqlamasında konkret cinayət faktı ilə bağlı məlumatlar səsləndirir. AXCP sədri və onun ətrafındakılar isə hələ də hansısa nağıllarla Əli Kərimliyə dividend qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Amma bütün bunlar yeni suallar meydana çıxarır. Nə üçün, Əli Kərimli və ya adları çəkilən digərləri Elman Türkoğlunun iddiası qarşılığında susurlar? Nə üçün, Əli Kərimli ona şər atdığı üçün Elman Türkoğlunu məhkəməyə vermir? Yenə də “ciddiyə” almır, yoxsa başqa həqiqətlərin meydana çıxmasından çəkinir? Axı, Elman Türkoğlu konkret olaraq Ə.Kərimlini cinayətdə suçlayır... Bu sükut nəyin göstəricisidir? (...Yazı çapa hazırlanarkən aydın oldu ki, artıq sükut pozulub və E.Türkoğlu vəhşicəsinə döyülüb. Onun açıqlamasına görə, Ə.Kərimli ona Asif Yusiflinin əli ilə təzyiqlər göstərir, təhdidlər edir...)
Azərbaycan hüquqi dövlətdir... Günahsızların narahatlığına heç bir səbəb yoxdur
Bəli, kimin nə deməsindən asılı olmayaraq, artıq Əbülfəz Elçibəyin ölümü ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. Bu isə, bir daha vurğulamaq lazımdır ki, məhz əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan demokratik, hüquqi ənənələrə bağlılığın Azərbaycan dövlətçiliyinə tam sirayət etməsinin göstəricisidir. Bütün iddiaların məhkəmə, qanun çərçivəsində araşdırılması mədəniyyəti, dözümlülük məhz bizə əmanət edilən anlayışlardır. Düzdür, özünü “siyasətçi” sayan bəzi kəsimin üzvləri hüquqi araşdırmanı siyasi oyunlara alət etməyə çalışsa da, öz niyyətinə çata bilmir. Araşdırmanın başladılmasında iqtidarı günahkar sayan Əli Kərimli düşünməlidir ki, ondan fərqli olaraq Azərbaycan iqtidarı heç bir zaman siyasi oyunlarla məşğul olmayıb və buna ehtiyacı da yoxdur. çünki Azərbaycan iqtidarı hər zaman xalqla eyni yolda yanaşı addımlayıb. Bəziləri üçün bu əlçatmaz bir şeydir...
Bəli, həmin siyasətbazlar özləri son 20 ildə bir addım da irəliləməsələr də, Azərbaycan xalqı və dövlətçiliyi mühüm bir yol qət edib. Bu yolun adı isə, xalq-dövlət birliyi yoludur. Bu gün Azərbaycanda qurulan hüquqi dövlət də bu yolun xalqa verdiyi ən böyük nemətlərdəndir...
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

