KTMT Ermənistanda baş verənlərə müdaxilə edəcəkmi?
04.06.2024 [10:40]
Təşkilatın məqsədləri arasında sabitliyin möhkəmləndirilməsi məsələsi də yer alır
Son bir ayda Ermənistanda baş verən hadisələrin əsas hədəfi bəllidir - regionda sülhə mane olmağa çalışan xarici təsirlər bu kimi vasitələrlə hazırkı situasiyaya müdaxilə etmək istəyirlər. Xüsusilə, Qərbin canfəşanlığı ilə müşayiət olunan proseslərin adi “kilsə etirazı”ndan dövlət çevrilişi cəhdinə qədər uzanması isə məsələnin planlaşdırılmış şəkildə inkişaf etməsindən xəbər verir. Son günlərdə arxiyepiskop Baqrat Qalstanyanın daha da fəallaşması nəzərə çarpır ki, bu da yeni “rəngli inqilab” planından danışmağa əsas yaradır. Təsadüfi deyil ki, Qalstanyan ötən həftənin yekunlarını və yaxın gələcək üçün planlarını təqdim etmək məqsədi ilə tərəfdarlarını İrəvanın mərkəzindəki Müqəddəs Anna kilsəsinə toplayıb. Müxalifətin mitinqi yerli xəbər portalları tərəfindən yayımlanıb. Qalstanyan tərəfdarlarını Müqəddəs Xaç kilsəsinin həyətinə toplaşaraq Ermənistan İstintaq Komitəsinə doğru hərəkət etməyə çağırıb. Xatırladaq ki, mayın 31-i polis Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında 28 aksiya iştirakçısını saxlayıb, onlardan 27-si hələ də buraxılmayıb.
Nizamnaməyə görə...
Təbii ki, regionumuzda baş verən bu hadisə bütün sferalarda diqqətlə izlənir - xüsusilə, Ermənistanın üzv olduğu regional təşkilatlar proseslərin gedişatı ilə bağlı zaman-zaman dəyərləndirmələr ortaya qoyurlar. Bu arada, Ermənistanda baş verənlərin xüsusi hal alacağı, başqa sözlə, qarşıdurmaya çevriləcəyi təqdirdə prosesə müdaxilə imkanları da müzakirə edilməkdədir. Məsələn, 2022-ci ildə baş vermiş Qazaxıstan hadisələri zamanı bu dövlətin üzvü olduğu KTMT məsələyə müdaxilə etmişdi. Düzdür, hadisələrin motivi analogiya daşımasa da, mahiyyət və təhlükəsizlik məsələsini göz önünə alaraq bu iddia siyasi ekspertlər tərəfindən istisna olunmur. Əsas kimi isə KTMT Nizamnaməsinin 7-ci maddəsi göstərilir - maddəyə əsasən üzv dövlətlər kollektiv təhlükəsizlik və müdafiə sisteminin formalaşdırılması üçün birgə tədbirlər görürlər. Təşkilatın formalaşması üçün əsas götürülən “Daşkənd paktı”na əsasən isə təşkilatın elan edilmiş məqsədləri arasında müttəfiqlik “sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv əsasda qorunması, üzv dövlətlərin siyasi vasitələrə nail olunmasında prioritet” kimi xarakterizə olunur. Məhz bunlara əsaslanaraq, Ermənistanda baş verənlərin təhlükəli miqyas alacağı təqdirdə KTMT-nin mümkün müdaxiləsi məsələsi müzakirə predmetinə çevrilir.
Digər bir məsələ isə, Ermənistanın son 1 ildə KTMT-nin bəzi görüşlərinə, ümumiyyətlə, qatılmamasıdır. Məsələn, ötən ayın sonunda KTMT ölkələrinin müdafiə nazirliklərinin Almatıda keçirilən görüşünə Ermənistan tərəfi qatılmadı. KTMT Katibliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yuri Şuvalov bildirib ki, Ermənistan nümayəndəsi tədbirdə iştirak etmir, lakin Ermənistan məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir”.
Ermənistan Qazaxıstana silahlı birlik yollamışdı...
Ölkə rəhbərliyi bu ilin fevralında Ermənistanın təşkilatda iştirakının dondurulduğunu bəyan edib və Ermənistan 2024-cü ildə KTMT-ni maliyyələşdirməkdən imtina edib. Qeyd edək ki, İrəvan daha əvvəldən KTMT tədbirlərində iştirakdan imtina edib.
Düzdür, mayın 8-də Ermənistan rəsmi şəkildə KTMT-dəki üzvülük haqqı maliyyələşməsini yerinə yetirməyəcəyi haqda bəyanat versə də, bu amil onların qurumu tərk etməsi anlamına gələ bilməz - hətta bu iddia, təşkilatın Nizamnaməsinin 25-ci maddəsini birbaşa pozur. Həmin maddəyə görə, dövlət haqları ödəməyə borcludur və o, ödəniş etməsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən bu dövlətə qarşı müvafiq tədbirlər görülə bilər - lakin bunun üçün 2 il gözləmək tələb olunur. Yəni Ermənistan istəsə belə KTMT-dən çıxmaq onun üçün o qədər asan iş deyil.
İkinci bir tərəfdən, 2022-ci ilin yanvarında Qazaxıstan hadisələri baş verən zaman KTMT-yə sədrlik edən Ermənistan da 70 nəfərdən ibarət qrupu kontingentin tərkibində Qazaxıstana göndərmişdi. Həmin vaxt bu məsələ Ermənistanda mühüm müzakirələrə yol açmışdı. Bu gün də sosial şəbəkələrin erməni seqmentində bu məsələ əsas kimi göstərilir - bildirilir ki, vaxtilə başqa bir dövlətin daxili işinə qarışan Ermənistan hər an bu addımı gözləyə bilər. Sadəcə olaraq, KTMT-nin gəlişi üçün Nikol Paşinyanın müraciəti lazımdır...
102-ci hərbi baza amili...
Burada üçüncü məqam isə KTMT-nin aparıcı hərbi gücü sayılan Rusiyanın 102-ci bazasının Ermənistanda olmasıdır. Siyasi ekspertlərin fikrincə, məsələyə müdaxilə üçün Qərbə “ağız açmağa” çəkinən Ermənistan bunun həm hüquqi əsasını yarada bilmir, həm də düşünür ki, bu addım regionda yeni qarşıdurma yaratmaq ehtimalını ortaya atır. Belə demək mümkündürsə, onsuz da Qərbin müəyyən mənada “Aİ müşahidə monitorinq qrupu” adı altında Ermənistanda silahlı dəstəsi mövcuddur. Sadəcə olaraq, onların aktivləşdirilməsi Fransa başda olmaqla bu planı cızanların mənafeyinə uyğun deyil və həmin qüvvələr özlərini bu qədər asan şəkildə deşifrə etmək niyyətində deyillər.
102-ci baza isə qarşılılıqlı imzalanan protokola əsasən Gümrüdə fəaliyyət göstərir - istər Rusiya-Ermənistan hüquqi müqaviləsi, istərsə də KTMT üzərindən öhdəlikləri indiki məqamda Ermənistanı bu qoşunları “zərərləşdirmək” üçün imkan yaratmır. Düzdür, Rusiya məsələlərə qarışmadığını və müşahidə etdiyini rəsmi şəkildə bəyan edib - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə İrəvandakı hadisələri dəyərləndirərkən bildirib ki, Rusiya Ermənistandakı siyasi prosesləri bu ölkənin daxili işi hesab edir.
SADİQ
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

