İkili standartın yeni nümunəsi
15.06.2024 [10:30]
Hüquq müdafiəçiləri İrəvanda baş verənləri niyə “görmür”?
İllərdir “beynəlxalq hüquq” anlayışını manipulyasiyaya uğradaraq insan hüquq və azadlıqları kontekstini özünün təzyiq vasitəsinə çevirən bəzi təşkilatların iş prinsipi sirr deyil. Proseslərə heç də beynəlxalq hüquq və ya konvensiyalar rakursundan yanaşmayan bu təsisatların əsas istinad nöqtələri özlərinin və ya təmsil etdikləri gücün maraqları, mənafeyidir. Bu mənada Qərb təsisatları xüsusilə seçilir - bu və ya digər şəkildə Qərbin əsas siyasi dairələrinin rıçaqına çevrilmiş həmin təşkilatlar eyni məsələlərə fərqli yanaşmalar sərgiləməklə əsl üzlərini ifşa edirlər. Başqa sözlə, “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar ideoloji silaha çevrilərək Qərb arzularının, Qərb məramının tərənnümçüsü kimi çıxış edir.
Qarşıdurma, zorakılıq, səs bombaları...
Son bir ayda Ermənistanda baş verənlərə diqqət yetirdikdə yeni ikili standartlı yanaşmanın şahidi oluruq. Azərbaycanla sərhədlərin delimitasiyasına “etiraz”ı əlində bayraq edən, əsl məqsədi isə real sülh şəraitini təhdid etmək olan keşiş Qalstanyanın başçılıq etdiyi “Vətən naminə Tavuş” adlı qondarma hərəkat aksiyalar keçirir. Onlar hətta baş nazir Nikol Paşinyanın istefası tələbi ilə də çıxış edirlər. Baqrat Qalstanyanın “çağırışı” ilə paytaxt İrəvanda mitinqlər təşkil olunur, itaətsizlik aksiyaları keçirilir. Bu aksiyalarda isə hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Aprel ayından bu yana aksiyalarda xəsarət alan, saxlanılan insanların sayı yüzlərlədir. Son günlərdə, xüsusilə aksiyaların paytaxt küçələrinə transferinin ardından iştirakçılara qarşı polis müqaviməti daha aydın şəkildə hiss edilməyə başlayıb. İyunun 12-də baş verənlər isə daha kritik mənzərə yaradıb. Belə ki, Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Keşiş Baqrat Qalstanyanın tərəfdarları parlament binası yaxınlığında polislərin müdafiə səddini yarmağa çalışıb. Polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə edib. Eyni zamanda, parlamentin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 86 nəfər saxlanılıb. Toqquşma zamanı polis işçiləri də xəsarət alıb - azı 17 polis əməkdaşı yaralanıb. İrəvan polis idarəsinin rəisi, general-mayor Sevan Koçaryana istinadən yayılan məlumatda bildirilir ki, tibb mərkəzlərinə ümumilikdə 79 mülki şəxs və polis əməkdaşı müraciət edib.
Qeyd edək ki, aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə qarşı da zorakılıq edilib, bəziləri hətta saxlanılıb.
Qərb təsisatları nədən gizlənir?
Diqqəti cəlb edən bir məsələ var - Qərbin “insan hüquqları təşkilatları”nın, fərqli departamentlərinin, missiyalarının və ya beynəlxalq təşkilatların ofislərinin bu qarşıdurmalara reaksiyası yox səviyyəsindədir. Dünyanın heç bir nöqtəsində baş verənlərə bu qədər “səbrlə” yanaşmayan Qərbin Ermənistanda baş verənlərə münasibətdə olduqca “təmkinli” görünməsi birmənalı qarşılana bilməz. Yəni, baş verən “hüquq pozuntuları”, “zorakılıq faktları”, “polisin qeyri-qanuni müdaxiləsi” və ya səs bombasından istifadə “Human Rights Watch”, “Amnesty İnternational”, “Fredoom House” kimi özünü dünyanın əsas insan hüquqlarının müdafiəçisi elan edən təşkilatların, eləcə də beynəlxalq jurnalist təsisatlarının, ən əsası isə Avropanın beynəlxalq yarlıqlı qurumlarının gözündən “yayınır”. Hətta Avropa İttifaqının Ermənistandakı missiyasının belə məsələyə reaksiyası yoxdur - onlar da susmağa üstünlük verir. Qərb institutları baş verənləri görməzdən gəlir - hətta media nümayəndələrinə qarşı edilən zorakılıq faktları ilə bağlı bir cümlə belə fikir irəli sürülmür. Vurğulandığı kimi, son qarşıdurmada artıq radikal addımlara əl atılıb. Baş verənlərin, polisin aksiyaçılara qarşı zor tətbiq etməsi ilə bağlı teleqram kanallarında videokadrlar yayımlanmaqdadır. Amma nə ABŞ Dövlət Departamenti və onun nəzarətində olan “Freedom House” kimi təşkilatlar, nə Fransa və rəsmi Parisin maliyyələşdirdiyi, siyasi ruporu olan TV-lər, nə də digər Avropa ölkələrinin səfirlikləri baş verənlər haqqında açıqlama yaymaq fikrində görünmürlər. Axı, onların təbirincə desək, ortada “insan hüquqlarının pozulması və ya məhdudlaşdırılması” faktları mövcuddur, aksiyaçılara qarşı səs bombasından istifadə olunub. Nümayiş etdirilən sükut nəyin təzahürüdür?
Gürcüstan niyə hədəfə alınmışdı?
Ermənistana nəzərən ikili standarta müraciət edilməsi faktının daha aydın şəkildə görünməsi üçün bir paralel aparaq - Cənubi Qafqazın bir digər ölkəsi olan Gürcüstanda da artıq bir müddətdir ki, siyasi qaynarlıq müşahidə olunur. Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə ölkədə QHT sektorunda maliyyə şəffaflığını təmin etməyə hesablanan “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu, hətta prezidentin buna veto qoymasının belə effektsiz olması Tbilisidə də müəyyən qarşıdurmalara yol açdı. Etiraz aksiyalarında yerli vətəndaşlarla yanaşı, xarici vətəndaşlar, hətta ayrı-ayrı Avropa ölkələrinin parlamentariləri həm iştirak, həm də çıxışlar edirdilər. Bu aksiyalarda baş verənlər isə o qədər diqqətlə izlənirdi ki, - qanunlara tabe olmayan insanlara qarşı görülən tədbirlər “qeydə alınır”, hesabatlar yayılır, canlı yayımlar verilirdi. Avropa İttifaqının ayrı-ayrı strukturları, ABŞ Dövlət Departamenti, AŞPA, hətta digər beynəlxalq strukturlar belə Gürcüstanda polisin qanuni tələbini saya salmayaraq qarşıdurma yaradanları müdafiə edirdilər. Baş nazir Kobaxidzenin ölümlə təhdid edilməsindən, Gürcüstanın Aİ üzvlüyünə namizədliyinin dayandırılmasından tutmuş, bu ölkəyə qarşı sanksiyaların tətbiqinə qədər məsələ dərinləşdirilmişdi. Amma ortada olan mahiyyətlə bağlı heç kim danışmaq istəmirdi. Qərb dinləmək belə istəmirdi ki, qəbul edilmiş yeni qanun Gürcüstanın dövlət maraqları ilə uzlaşır - yeni qanuna əsasən gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. Əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Amma Qərb özünün “demokratik rıçaqlarını” işə salmaqla ölkənin daxili işlərinə belə əl uzadır - bunu “insan hüquq və azadlıqlarının” müdafiəsi kimi yozurdu. Gürcüstanda baş verənlərə aktiv münasibətin fonunda Ermənistanda baş verənlərə “kor” və “kar” olması Qərbin əsl mahiyyətini üzə çıxarır...
Gözə dəyməyənlər...
Beləliklə, Qərbin “demokratik üzü”nün Ermənistandan dönməsinin səbəbi aydın olur - bu, ikili standartın yeni nümunəsinə çevrilir. İnsan hüquqlarından, söz azadlığından, demokratik dəyərlərdən mühazirə oxuyan, “reytinq cədvəlləri quran” bu kimi təşkilatların, QHT-lərin davranışları selektiv yanaşma şəklində ortaya çıxır. Özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın və ABŞ-ın müvafiq təşkilatlarının bu misalda əsl siması(simasızlığı) ortaya qoyulur. İkili standart faktı açıqdır - Ermənistanda mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisələr və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar danışmır, baş verənləri görməzdən gəlirlər. Axı, dünyanın istənilən nöqtəsində bunun analogiyası baş versəydi, həmin təşkilatlar uzun-uzadı qətnamələr qəbul edər, çağırışlar səsləndirər, hətta həmin dövlətlərə qarşı sanksiya tələbləri irəli sürərdilər. Amma Ermənistana münasibətdə bunların heç biri “gözə dəymir”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

