Fakt və sübut: Ermənistan konstitusiyası legitim deyil
06.09.2024 [08:30]
Bölgədə əsaslı və dayanıqlı sülhün formalaşması üçün nəzərdə tutulan şərtlərin ən ümdəsi Ermənistanın konstitusiyasında zəruri dəyişikliklərdir. Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur.
Azərbaycanın isə məsələyə münasibəti birmənalıdır. Dayanıqlı sülh yalnız və yalnız Ermənistanın əsas sənədində dəyişiklik edildikdən sonra imzalanacaq. Artıq bir müddətdir ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı məsələ müzakirə olunur. Qeyd edək ki, Ermənistanın ayrı-ayrı şəxsləri bu dəyişikliyin həm zəruri, həm də vacib olduğunu dəfələrlə dilə gətirib -baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan öz müsahibələrində etiraf ediblər ki, bu məsələ öz həllini tapmalıdır.
Məsələnin isə bir həlli var - Konstitusiyada yer alan bu əsassız iddiaların aradan qaldırılması. Bunun üçün isə Ermənistanda referendum keçirilməli, həmin müddəaların düzəldilməsi gərəkir. Qeyd edək ki, artıq İrəvanda muvafiq Komissiyanın iclasları keçirilir, orada Konstitusiya İslahatları Şurasının üzvlərinin təklifləri müzakirə olunur. Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatlarından danışarkən bildirib ki, müzakirələrdə Referendumla deyil, konkret maddələrin dəyişdirilməsi təklif olunub. “Bu yeni bir ideya, yeni bir fikirdir ki, biz onu müzakirə edəcəyik. Artıq şura qərar verəcək. Konstitusiya referendumunun 2027-ci ildə keçiriləcəyi ilə bağlı ilkin qavrayış var.
O vaxta qədər hər şeyi ətraflı şəkildə, ictimai müzakirələr, peşəkar ictimaiyyətlə iş vasitəsilə etmək üçün kifayət qədər vaxtımızın olması vacibdir. Şuranın özü müxtəlif layihələrə cəlb olunmuş insanlardır, onlar hər şeyi sakit və ətraflı şəkildə təhlil edə biləcəklər.
Artıq səs verdiyimiz və müzakirə etdiyimiz məsələlər var, lakin hələ çox iş görülməlidir. Demək olar ki, yaxın zamanda yeni konstitusiyanın müzakirəsinə start veriləcək”, - deyə Minasyan bildirib.
Nəzərə alsaq ki, dəyişiklik bir sıra müddəalardan, xüsusilə də, preambuladan ibarətdir, prosesin referendumla deyil, fərqli yollarla tənzimlənmə mexanizmi varmı?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, dünyanın istənilən ölkəsində, Konstitusiyaya əsaslanan istənilən idarəçilikdə Konstitusiya dəyişikliyi və ya düzəlişi ümumxalq səsverməsi - referendumla öz həllini tapır: “Konstitusiya dəyişikliyi deyiləndə təbii ki, bu sənəddə yer alan müəyyən maddələr nəzərdə tutulur və mövcud sənədin üzərində iş aparılır. Bu iş aparılarkən yeni siyasi-ictimai şərtlər, çağdaş faktorlar nəzərə alınır. Bütün hallarda bu proses referendumla öz həllini tapır. Dövlətin rəhbərinin səlahiyyətləri daxilində Konstitusiya dəyişikliyi etmək kimi bir imtiyaz yoxdur. Sadəcə olaraq, təkliflər irəli sürülə bilər ki, yekun olaraq bu təkliflər də ümumxalq səsverməsi ilə öz həllini tapar”.
Y.Hacıyeva Ermənistanın hazırda vaxt qazanmaq üçün çalışdığını dilə gətirib. Referendumun keçirilməsinin müəyyən zaman alacağını söyləyən politoloqun fikrincə, referendum zamanı hüquqi aspektlərin dəyərləndirilməsindən daha vacib olan məsələ ictimai legitimliyin qazanılmasıdır: “İnformasiya təminatı həyata keçirilməli, cəmiyyət məlumatlandırılmalıdır. Ermənistanın nümunəsində cəmiyyət bu dəyişikliyi həzm etməlidir. Proseslər onu göstərir ki, Ermənistianda cəmiyyət konstitusiyanın dəyişilməsinə hazır deyil. Buna təktərəfli qaydada baş nazir də qərar verə bilməz”.
Bütün bunlarla yanaşı isə Ermənistandakı vəziyyət öz analogiyalarından fərqlənir. “Bu göstəricilər ümümxalq iradəsi olan ölkələr üçün keçərlidir. Ermənistanda isə ümumxalq iradəsi yoxdur. Çünki bu xalq seçkidə yalnız müharibə mesajları verən şəxsi dəstəkləyir, sonradan həmin adam müharibəni uduzur, uduzan şəxs müharibəni bitirməklə bağlı mesajlar verir və xalq onu yenidən dəstəkləyir. Bir sözlə, Ermənistan cəmiyyəti özünün sərbəst fikri və iradəsi olmayan cəmiyyətdir. Nikol Paşinyan referendum keçirmədən Konstitusiya dəytişikliyi etsə belə, ona qarşı güclü dirəniş olmayacaq”, - deyən Y.Hacıyeva əlavə edib ki, istənilən ölkənin Konstitusiyasının preampulasında vacib oriyentirlər yer alır. Məhz Konstitusiya buradan yola çıxaraq preambulada göstərilən vektor, hədəf üzrə dövlətin idarəçilik sənədinə çevrilir: “Ermənistanın Konstitusiyasının preambulasında isə 1988-ci ildə “müstəqilliyini” elan etmiş qondarma rejimin “bəyannaməsi” əlavə edilib. Bu qondarma rejim isə 2023-cü ilin sentyabrında ləğv edilib, onun “başçısı” xuntanın ləğvini bəyan edib. Bu, fakt artıq Ermənistan konstitusiyasını qeyri-legitim edir. Hazırki dövrdə Ermənistan Konstitusiyası Nikol Paşinyan istəsə də, istəməsə də, təklif etsə də, etməsə də, dəyişməlidir. Çünki legitim konstitusiya deyil”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

