Yelisey Sarayının müstəmləkəçilik siyasəti beynəlxalq səviyyədə ifşa olunur
23.10.2024 [08:59]
Bakı Təşəbbüs Qrupu BMT-nin Cenevrə ofisində silsilə tədbirlər keçirir
Öz siyasətində daim beynəlxalq hüquq normalarından və ədalət mövqeyindən çıxış edən Azərbaycanın təklifləri ilə yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın Afrikada və dənizaşırı ərazilərdə davam etdirdiyi müstəmləkəçilk siyasətinin ifşasını qətiyyətlə davam etdirir. Qurum təmsilçiləri bugünlərdə BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin davam edən (İHK) 142-ci sessiyası çərçivəsində mühüm tədbirlərə qatılıblar və Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıblar. Sessiyada Fransanın milli hesabatından bir gün öncə, oktyabrın 21-də İnsan Hüquqları Komitəsində maraqlı tərəflər üçün iclas keçirilib. İclasda Bakı Təşəbbüs Qrupu və təşkilatın xətti ilə Yeni Kaledoniya və Fransız Polineziyasının nümayəndə heyəti iştirak edib. BTQ-nin icraçı direktoru Abbas Abbasov komitədə bəyanat səsləndirib. Oktyabrın 25-də isə BTQ Fransanın dənizaşırı ərazilərində baş verən insan hüquqları pozuntularını əks etdirən “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirəcək.
BTQ-nin alternativ hesabatı
Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Fransa həmin ölkələrə yaxşı heç nə gətirməyib, əvəzində müstəmləkələrində utancverici izlər qoyub, burada hərbi cinayətlər törədib, yüz minlərlə insanın ölümünə rəvac verib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən, sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmətlə yanaşmalıdırlar. Ancaq Fransanın müstəmləkə ərazilərində davam etdirdiyi siyasət bu sənədin müddəaları ilə kəskin ziddiyyət təşkil edir. Tam qətiyyətlə deyə bilərik ki, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında məhz Fransa dayanır. Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat təqdim edib. Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib.
BTQ-nin icraçı direktoru Abbas Abbasov yaydığı bəyanatda Yeni Kaledoniyada Fransa tərəfindən keçirilmiş qeyri-qanuni referendumu qınayıb, Fransanın burada zorla seçki məcəlləsinə konstitusional dəyişiklik etmək istəyini pisləyib. Kanak xalqının etirazına səbəb olmuş Fransanın bu addımı nəticəsində Yeni Kaledoniyada 10-dan çox adamın həlak olduğunu, 400-ə yaxın insanın yaralandığını vurğulayıb.
Bundan əlavə, A.Abbasov Fransanın Polineziyada keçirtdiyi nüvə sınaqlarına görə yerli xalqın sağlamlığına ciddi ziyan dəydiyini diqqətə çatdırıb. Fransız Polineziyası xalqının müstəqillik arzusunda olduğu, Fransanın buna müqavimətinin BMT-nin 67/265 nömrəli qətnaməsinin icrasına maneçilik törətdiyi bildirilib.
A.Abbasov Fransanın əsarəti altında olan digər ərazilərdəki tarixi ədalətsizlik, iqtisadi çətinliklər və suverenliyin çatışmazlığı barədə də söhbət açıb. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri və hazırda “Troyka” üzvü kimi kolonializmə qarşı mübarizə sahəsində beynəlxalq platformalarda apardığı iş haqqında ətraflı məlumat verib.
A.Abbasov Yeni Kaledoniyada BMT-nin nəzarəti altında yeni referendumun keçirilməsinə, Fransanın bu ölkədən hərbi qüvvələrini çıxarmağa və BMT-nin Xüsusi Dekolonizasiya Komitəsi tərəfindən buradakı vəziyyəti qiymətləndirməyə çağırış edib.
O, eyni zamanda, nüvə sınaqlarına görə Fransız Polineziyasına Fransa tərəfindən kompensasiyanın ödənilməsini tələb edib, Yeni Kaledoniya və Fransız Polineziyası xalqlarının öz müqəddəratını təyinetmə hüququnu tanımağa çağırış edib. BMT-nin bu prosesə nəzarət etməsinin labüdlüyünü vurğulayıb.
Mətbuat konfransında şahidlər danışacaqlar
Bakı Təşəbbüs Qrupunun oktyabrın 25-də keçirəcəyi mətbuat konfransı Fransanın bugünədək əsarət altında saxladığı müstəmləkə ərazilərindəki ciddi insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq dəstək qazanmaq məqsədi daşıyır. Fransanın bu ərazilərdəki müstəmləkə siyasətinin nəticəsi olaraq yaranan ciddi ekoloji fəlakətlər, mədəni irsin məhv edilməsi, yerli dillərin yoxa çıxması və təhsil hüquqlarının pozulması kimi məsələlər konfransın əsas müzakirə mövzuları olacaq.
Təqdim ediləcək hesabat Fransız Polineziyasında nüvə sınaqlarını, Yeni Kaledoniyada nikel istismarını, Martinika və Qvadelupada pestisid qalmaqalı ilə bağlı ətraf mühit hüquqlarının pozulmasını, ekoterroru və Mayotun Fransa tərəfindən işğalının bir sıra nəticələrini əhatə edir. Eyni zamanda, sağlamlıq hüquqlarından məhrum edilmə, təhsil sahəsində ayrı-seçkilik, məlumat əldə etmək, seçki hüquqlarının pozulması, mədəniyyət və din azadlığı ilə bağlı pozuntular da müzakirə olunur. Üstəlik, Fransanın müstəmləkə altında saxladığı ərazilər haqqında BMT-yə məlumat göndərməsini dayandırması insan haqları pozuntuları ilə bağlı beynəlxalq müzakirələrin də dayanmasına səbəb olub.
Tədbirin əsas iştirakçıları şəxsən bu ərazilərdə baş verən insan haqları pozuntularının şahidi və qurbanlarıdır. Mətbuat konfransında bu şəxslər öz şəxsi hekayələrini və icmalarının qarşılaşdığı çətinlikləri paylaşacaq, Fransanın mədəni və siyasi hegemoniyasına qarşı mübarizələrindən danışacaqlar.
Hesabatda hekayələri işıqlandırılan şəxslər arasında Erik Simoni və “Nazione”, eyni zamanda, Martinika Ədalət Kollektivinin Prezidenti Herve Pintonun 20 ay həbs cəzasına məhkum edilməsi, Yeni Kaledoniya rəsmi şəxslərinin “Fransa bizi siyasi məhbus kimi saxlayır” deməsi, təcavüz iddialarının təsdiqi və digər məsələlər yer alır.
Tədbir BTQ tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil ediləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

