Tarixi bilməmək, yoxsa siyasi qərəz?
26.11.2024 [08:53]
Fransa səfiri absurd paylaşımı ilə nə demək istəyib?
Səfir sıradan bir adam deyil, öz ölkəsinin başqa bir dövlətdə və yaxud beynəlxalq təşkilatda elçisi kimi rəsmi statusa malikdir. Onun müxtəlif tribunalardan ifadə etdiyi fikirlər də çox doğru olaraq təmsil etdiyi dövlətin mövqeyi anlamında qəbul olunur. Bu mənada Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin X sosial şəbəkəsində İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini paylaşması ciddi suallar doğurur. Birmənalı şəkildə demək mümkündür ki, səfirin absurd paylaşımı onun daşıdığı yüksək diplomatik vəzifəyə adekvat deyil.
Qarayaxma kampaniyasının tərkib hissəsi
Olivye Dekotini İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” şərhi ilə paylaşıb. Səfirin bu paylaşımı xoş niyyətlə deyil, siyasi qərəzlə etdiyi ortadadır. Məlumdur ki, Azərbaycan ədalət və beynəlxalq hüquq normalarından çıxış etməklə rəsmi Parisin hələ də Afrikada, dənizaşırı ərazilərdə ən eybəcər formada həyata keçirdiyi neokolonializm siyasətinə qarşı kəskin siyasi iradə ortaya qoyur. Ölkəmiz o mövqedən çıxış edir ki, müstəmləkəçilik keçmişin qalığıdır və müasir dünyada bu üzqarası siyasətindən imtina olunmalıdır. Məhz Azərbaycanın təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupunun (BTQ) səmərəli fəaliyyətinin nəticəsi olaraq rəsmi Parisin müstəmləkə ölkələri ətrafında qurduğu informasiya blokadası aradan qalxıb. Buna görə də həm də erməni lobbisinə güclü şəkildə bağlı olan Yelisey Sarayı Azərbaycana qarşı qısqanclıq, heyifçıxma zəminində qarayaxma kampaniyası aparır. Səfirin bəhs olunan paylaşımı məhz bu kontekstdə dəyərləndirilməlidir.
İrəvana səfir təyinatı alan Olivye Dekotininin regionun tarixindən bixəbər olması ağlabatan deyil. Bəhs olunan coğrafiyanın tarixi ilə bağlı faktlar internet resurslarında hər kəsə açıqdır. Səfirin də faktları öyrəndiyinə heç bir şübhə yoxdur. Ancaq o, xəritəni tarixi həqiqətlər işığında deyil, Yelisey Sarayının, şəxsən Makronun Ermənistana və Azərbaycana münasibətinə uyğun məzmunda şərh verməklə paylaşıb. Səfir bu paylaşımla bir tərəfdən Azərbaycan-İran münasibətlərinə kölgə salmaq istəyib. Ölkələr, xalqlar arasında ədavət toxumu səpmək Yelisey Sarayına xas olan bir ənənədir. Digər tərəfdən, Olivye Dekotini izləyicilərinə son vaxtlarda intensivləşən, beynəlxalq müstəviyə çıxarılan “azərbaycanlıların Qərbi Azərbaycana dönüşü” müzakirələrinin əsası olmadığı fikrini aşılamaq istəyir.
Bu tezis də Yelisey Sarayından gəlir. Rəsmi Paris zamanında tarixi yurd yerlərindən zorla deportasiya edilmiş azərbaycanlıların və onların varislərinin Qərbi Azərbaycana qayıtmaq istəklərini Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları sərgiləməsi məzmununda təqdim edir. Halbuki, Azərbaycan heç bir qonşu dövlətə, o cümlədən də Ermənistana qarşı ərazi iddiaları sərgiləmir. Soydaşlarımızın geri dönmək - Qərbi Azərbaycana qayıtmaq hüququ isə mütləq qaydada tanınmalıdır. Ermənistan hakimiyyəti onların ləyaqətli şəkildə öz tarixi torpaqlarına dönüşünə şərait yaratmalıdır. Yelisey Sarayı, səfir həm də onu bilməlidirlər ki, bu, beynəlxalq hüququn yaratdığı bir məsuliyyətdir.
Səfirə kiçik xatırlatma
Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycan coğrafiyasının tarixi ilə bağlı məlumatlar hər kəsə açıqdır. Ancaq əgər düşünsək ki, Olivye Dekotini tarixdən bixəbərdir, ona kiçik xatırlatmalar da edə bilərik. Beləliklə, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından biri ilə tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Bundan iki il sonra - 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzur da Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Qərbi Azərbaycandan olan soydaşlarımız növbəti faciəni 1948-1953-cü illərdə baş verən deportasiya zamanı yaşayıblar. Və nəyayət azərbaycanlılar ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq sonuncu və sayca dördüncü deportasiyaya məruz qalıblar. Yeri gəlmişkən, 5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Bu münasibətlə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda dekabrın 5-i və 6-sı ikinci beynəlxalq konfransı keçiriləcək. Tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Saxta, absurd, səfir statusuna uyğun gəlməyən paylaşım edən Olivye Dekotini bu kimi tarixi həqiqətləri bilməli və ədalət mövqeyindən çıxış etməlidir!
5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Bu münasibətlə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda dekabrın 5-i və 6-sı ikinci beynəlxalq konfransı keçiriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

