Region üçlüyü möhkəmlənir
29.11.2024 [08:35]
Azərbaycan - Türkiyə - Gürcüstan arasında əlaqələr uğurla davam edəcək
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi, siyasi və humanitar mərkəzi funksiyasını yerinə yetirməkdədir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, dünyada ildən-ilə artan nüfuz, ölkəmizə dünya dövlətlərinin inamı və etimadıdır. Xüsusilə də, praqmatik xarici siyasət kursu Azərbaycanın regional mövqeyini daha da möhkəmləndirib. Ölkəmiz region dövlətlərinin siyasi, iqtisadi, mədəni və humanitar istiqamətli əməkdaşlıq platformalarının həm təşəbbüskarı, həm də aparıcı üzvüdür.
Vurğulandığı kimi, Azərbaycan bölgədə reallaşan üçtərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının aparıcı simasıdır. Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqaz yeni siyasi nizamın ən mühüm geostrateji ünvanlarından birinə çevrilib. 2020-ci ildən formalaşan yeni iqtisadi - siyasi situasiya bölgədə həm əvvəlki əməkdaşlıq platformalarının uğurla davam etdirilməsinə, həm də bu xüsusda növbəti səhifələrin açılmasına imkan yaradır.
Üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq
Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq platformaları son illərdə regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın təşviqi baxımından mühüm rol oynamaqdadır. Bu əməkdaşlıq platformaları müxtəlif sahələri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat, enerji və mədəniyyət sahələrini əhatə edir. Yeri gəlmişkən, Gürcüstanın yeni xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı bu üçtərəfli əməkdaşlıq platformasının gələcək pesrpektivi haqqında danışıb. Yeni nazir bildirib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini, regional və qlobal əhəmiyyətli layihələri davam etdirəcək. “Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq”, - nazir vurğulayıb. Maka Boçorişvili Gürcüstanın qarşıdakı illərdə balanslaşdırılmış qonşuluq siyasəti aparacağını, regionda sülhün və sabitliyin təşviqi prinsiplərinə əsaslanan xarici siyasət yürüdəcəyini qeyd edib. O əlavə edib ki, Gürcüstan qonşu ölkələr arasında dialoqu və konstruktiv əməkdaşlığı təşviq edəcək ki, bu da bütün regionun marağındadır. Boçorişvili sülhün və sabitliyin möhkəmləndirilməsinin regionun unikal potensialından tam istifadə etmək üçün vacib olduğunu vurğulayıb.
Orta Dəhlizin daha rentabelli şəkil alması üçün...
Vurğlandığı kimi, sözügedən əməkdaşlıq platformaları bir sıra istiqamətləri əhatə edir və mühüm tarixə əsaslanır. Belə ki, 3 ölkə arasında Sovet İttifaqının dağılmasından sonra daha da intensivləşib. Yeni mərhələ sayılacaq əməkdaşlıqlar isə 2000-ci illərin əvvəlindən başlayıb və müxtəlif formatlarda inkişaf edib. 2012-ci ildən bu yana isə bu üçtərəfli əlaqələr, platformalar rəsmi olaraq yüksək səviyyədə və mütəmadi olaraq baş tutan zirvə görüşləri ilə təsdiqlənib. Əməkdaşlıqlar beynəlxalq aləmə siyasi-iqtisadi inteqrasiyaya dəstək, nəqliyyat və enerji layihələri, daşımaçılıq, regional təhlükəsizliyin təminatı məsələləri üzrə təsnifatlandırıla da bilər. 3 ölkə arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum kimi enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi böyük regional daşımaçılıq layihəsi reallaşıb. Bu layihələr özünün geniş iqtisadi şaxələnməsi ilə yanaşı, gələcək üçün də mühüm perspektivlər yaradır. Orta Dəhlizin avanqard bir yükdaşıma habına çevrilməsi məhz bu üçtərəfli əməkdaşlıq platformasının yaratdığı mənzərəyə əsaslanır.
Qeyd edildiyi kimi, əməkdaşlıq masaları ətrafında aparılan müzakirələr əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafını, nəqliyyat və energetika sahələrində yeni layihələrin həyata keçirilməsi məsələlərini, birgə əməkdaşlıq və qarşılıqlı dəstək proqoramlarını əhatə edir.
“3+3” formatı - yeni imkanlar, perspektivlər...
Post-müharibə dövründə isə üç ölkə arasında yeni əməkdaşlıq perspektivi yarandı. Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə meydana çıxan və regionda həm iqtisadi inkişafı, həm də təhlükəsizlik arxitekturasının gücləndirilməsini təşviq edəcək “3+3” formatı Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığının növbəti səhifəsinə çevrilə bilər. Xatırladaq ki, bu ortaq əməkdaşlıq platforması İran, Rusiya və Ermənistanı da əhatə etməklə yeni bir regional birlik olmaq üçün mühüm potensiala malikdir. Eyni zamanda, bölgədə təhlükəsizlik və iqtisadi inkişaf məsələlərinin müzakirə edilməsi üçün yeni imkanlar yaradır:
- Format, xüsusilə bölgədə post-müharibə dövründə yeni bir regional təhlükəsizlik strukturu qurulmasına kömək edə bilər. Üç ölkənin ortaq maraqları, xüsusən enerji təhlükəsizliyi və nəqliyyat məsələləri, regiondakı sabitliyi artıracaq.
- “3+3” formatı, regionda qarşılıqlı iqtisadi əlaqələri gücləndirərək, ticarət əlaqələrinin inkişafını təmin edə bilər. Bu format, daha çox inteqrasiyaya şərait yarada bilər.
- Format, həmçinin regiondakı digər ölkələrlə dialoq və əməkdaşlıq imkanlarını artırır, regional əlaqələri daha da sıxlaşdırır.
Nəticə etibarı ilə, Azərbaycan, Türkiyə və Gürcüstan arasında mövcud olan üçtərəfli əməkdaşlıq platforması regional və beynəlxalq əlaqələr baxımından mühüm gələcəyə söykənir. Üç ölkə arasında güclü siyasi və iqtisadi bağların və bütün sahələr üzrə yüksək dialoqun mövcud olduğunu göz önünə gətirsək, bu əməkdaşlıq platformalarının gələcəkdə daha da genişlənmə perspektivi, uğur qazanma imkanları böyük sayılır. “3+3” formatı üzrə əməkdaşlığın davamlı şəkil alması həm də daha geniş beynəlxalq əməkdaşlıq imkanları yaradır - bölgə dövlətləri arasında daha da sıxlaşan əlaqələr mühüm iqtisadi güc mərkəzləri ilə münasibətlərin intensiv və dinamik şəkil almasına yardım edəcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

