Siyavuş Novruzov: Müxalifət iqtidarla dialoqa hazır deyil
28.11.2013 [09:35]
“Partiya daxilində dialoq qura bilməyənlər iqtidarla necə dialoq apara bilərlər?”
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya eksklüziv müsahibəsi:
- Siyavuş müəllim, cənab Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşü və bu sahədə olan bəzi problemlərlə yaxından tanış olması ictimaiyyətdə maraqla qarşılanmaqdadır. Ölkə başçısının mətbuata diqqəti daha hansı faktorlara əsaslanır?
- Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də canlanma müşahidə edildi. Yəni, həmin vaxtdan etibarən mətbuat dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Ulu öndər ölkədə söz və mətbuat azadlığının hamisi olduğunu sözdə deyil, Öz əməlləri ilə sübut edirdi. Mətbuat üzərində dövlət nəzarətinin (senzuranın) ləğv edilməsi, qəzetlərin nəşriyyata olan borclarının dondurulması mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdı. Ümummilli liderin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də məhz bu sahədə əldə edilən uğurların təzahürü idi. Görülən işlərin davamı olaraq cənab Prezident İlham Əliyev bütün çıxışlarında mətbuatın üzərinə düşən vəzifələrdən bəhs edir, onların icrasında dövlətin hər cür dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırır. Son 10 ildə dövlət başçısı İlham Əliyev bu sahənin inkişafına xidmət edən bir çox addımlar atıb. Jurnalistlərin dövlət tərəfindən daim mükafatlandırılması, jurnalistlərə mənzillərin təqdim edilməsi dövlətin mətbuatın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Nəzərinizə çatdırım ki, dünyanın heç bir ölkəsində jurnalistlər bu cür yüksək mükafatla təltif edilməyib. Bütün görülən işlərin nəticəsidir ki, cənab Prezident İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi ilə bağlı ölkə başçısının media nümayəndələri ilə görüşü çərçivəsində mətbuatla bağlı bir sıra problemlər müzakirə olunaraq, məsələlərin həlli istiqamətində tapşırıqlar verilib. İnanıram ki, yaxın zamanda bu sahədə olan problemlər öz həllini tapacaq.
- Bəzi müxalifət nümayəndələri bu görüşün əhəmiyyətini aşağı salmağa çalışırlar. Bununla onlar hansı məqsəd güdürlər?
- Bəzi mətbu orqanların ümumi deyil, fərdi problemləri var. Hər hansı bir qəzetin satışı və yaxud məmurla jurnalist arasında yaranan problemlər olur ki, buna da ümumi baxmaq düzgün deyil. Əgər KİV təmsilçiləri kiməsə şər, böhtan atırlarsa, məmurların şərəf və ləyaqətlərini alçaldaraq məhkəməyə cəlb olunurlarsa burada dövlətin, iqtidarın günahı yoxdur. Burada bilavasitə həmin mətbuat orqanının günahı var ki, sensasiya arxasınca qaçaraq, cəmiyyətə düzgün olmayan məlumatlar çatdırır. Nəticə etibarı ilə hansı mətbuat orqanı olmağından asılı olmayaraq, məhkəmə tərəfindən məsuliyyətə cəlb olunurlar. Ümumiyyətlə, media nümayəndələri məsələyə hər zaman adekvat yanaşmağı bacarmalıdırlar. Bu hallar Mətbuat Şurasında müzakirə olunmalı, mətbuat nümayəndələrinə tövsiyələr verilməlidir. Məlum olduğu kimi, dövlət tərəfindən müxalifət mətbuatına, iqtidar mətbuatı ilə eyni səviyyədə maddi vəsait ayrılıb, onların da nümayəndələri mükafatlarla təltif edilib, onlara da mənzillər verilib. Burada heç bir ayrı-seçkilik yoxdur. Ancaq bəzi müxalifət nümayəndələri hər bir məsələni öz çirkin məqsədlərində istifadə edirlər ki, bu da yolverilməzdir.
- Müxalifət düşərgəsində iqtidar-müxalifət dialoqu yenidən gündəmə gətirilib. Xüsusilə də, müxalifət mətbuatında bu məsələ daha çox qabardılır. Buna sizin münasibətiniz necədir?
- Bu mövzu Prezidentin mətbuat nümayəndələri ilə görüşündən sonra gündəmə gətirilib. İqtidar hər zaman dialoqa hazır olub. Amma bir sıra müxalifət partiyaları var ki, onlar buna hazır deyillər. Ölkənin bir sıra taleyüklü məsələlərində, Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyü, dövlətimizə qarşı ayrı-ayrı xarici dövlətlərin təziqi məsələləri ilə əlaqədar bütün siyasi partiyalar özlərinin mövqeyini ortaya qoyaraq, fikir mübadiləsi apararaq həmrəylik nümayiş etdirməlidirlər. Çox təəssüf olsun ki, bəzi siyasi partiyalar Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edirlər. Bunlar hansı dialoqdan bəhs edirlər, aydın deyil. Partiya daxilində dialoq qura bilməyənlər iqtidarla necə dialoq apara bilərlər?
Bir məsələni qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı BMT-yə müraciət göndərdi. Lakin Azərbaycanda bəzi radikal mövqedə dayanan partiyalar bu bəyanata qol çəkməkdən boyun qaçırdılar. Sonra da belə bir məsələ qaldırdılar ki, niyə bəzi müxalifət partiyaları iqtidar partiyası ilə eyni sənədə qol çəkib. Bu baxımdan söyləyirəm ki, onlar hələ YAP-la dialoqa hazır deyillər. Nə vaxt hazır olsalar bu dialoq baş tutacaq.
- “Milli şura”da həmsədrlik ideyasının reallaşmaması və bu ideya ətrafında münasibətlərin daha da kəskinləşməsi qurumun fəaliyyətinə daha necə təsir göstərə bilər?
- “Milli şura” da vəziyyət gərgin olaraq qalmaqdadır. Artıq Müsavat Partiyasının nümayəndələri də vaxtilə bizim dediyimiz fikirlə razılaşırlar. İstənilən bir siyasi təşkilat elm adamlarının diktəsi ilə deyil, siyasətçilər tərəfindən idarə olunmalıdır. Onların prezident seçkilərindəki uğursuzluğu bu təşkilatın səriştəsizliyindən xəbər verdi. İndi də 2015-ci ildə keçiriləcək parlament seçkilərini hədəfə götürüblər. Buradan aydın görünür ki, orada cəmləşən partiya nümayəndələri parlament seçkilərinə “Milli şura”nın tərkibində qatılmaq istəmirlər. Bu da təbii haldır. “Milli şura”nın taleyini “İctimai Palata”nın taleyi gözləyir.
İkinci bir məsələ isə ondan ibarətdir ki, bəzi partiyalar “Milli şura”da sədrliyi ələ keçirmək istəyirlər. Həmsədrlik məsələsi də ondan qaynaqlanır.
- Qeyd etdiniz ki, “Milli şura” 2015-ci il parlament seçkilərini hədəf götürüb. Prezident seçkilərində məğlub olmuş düşərgənin parlament seçkilərinə iddiası nə dərəcədə doğrudur?
- Bunlar sadəcə ətraflarında qalan üç-beş insanı bu kimi vasitələrlə şirnikləndirirlər ki, bu və ya digər formada siyasi fəaliyyətlərini davam etdirə bilsinlər. Onlar heç vaxt bələdiyyə seçkilərinə 30 nəfərdən artıq namizəd verə bilməyiblər. Azərbaycanda 20 mindən çox bələdiyyə seçilir ki, onun heç on faizini müxalifət nümayəndələri təşkil edə bilmir. O cümlədən, 2014-cü il bələdiyyə seçkilərini arxa plana keçirərək, parlament seçkilərini önə çıxarırlar. Bu da bəzi beynəlxalq təşkilatları, ətraflarındakı insanları itirmək qorxusundan irəli gəlir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

