/ / Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Suraxanı rayonunda silsilə tədbirlərlə qeyd olunur
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Suraxanı rayonunda silsilə tədbirlərlə qeyd olunur
30.12.2013 [09:04]
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Suraxanı rayonunda silsilə bayram tədbirləri keçirilir.
Suraxanı rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, növbəti tədbir rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunub. Aztəminatlı, şəhid və məcburi köçkün ailələrindən olan sakinlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onları bayramlar münasibətilə təbrik edib və yeni ildə hamıya xoş güzəran, ruzi-bərəkət, əmin-amanlıq arzulayıb. Qeyd olunub ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynayır. 1991-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən müvafiq qərarın qəbul edilməsi dünya azərbaycanlılarının birlik və həmrəyliyinə aparan yolun başlanğıcını qoyub və ötən müddətdə bu istiqamətdə bir çox mühüm addımlar atılıb.
Sonra aztəminatlı, şəhid və məcburi köçkün ailələrindən olan bir qrup sakinə bayram sovqatı verilib.
Bayram tədbiri xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində davam etdirilib. Tədbirdə toplaşanları təbrik edən İlqar Abbasov gənc nəslə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.
Bayram şənliyində çıxış edən valideynlər onların övladlarına göstərilən bu diqqət və qayğıya görən minnətdarlıq və razılıqlarını dilə gətiriblər. Şaxta baba, Qar qız və klounların çıxışları ilə davam edən tədbirdə uşaqlara “McDonalds” şirkətinin göndərdiyi yeməklər paylanılıb. Səttar Bəhlulzadə adına mədəniyyət sarayının bədii kollektivi maraqlı konsert proqramı ilə şənliyə xüsusi rəng qatıb, uşaqlar arasında müxtəlif yarışlar keçirilib.
Rayon İcra Hakimiyyəti tərəfindən əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat məktəbində və 2 nömrəli uşaq evində də bayram tədbirləri təşkil olunub.
Tədbirlər planına uyğun olaraq belə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08

