YAP İdarə Heyətinin iclası keçirilib
24.01.2014 [09:06]
Yanvarın 23-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda YAP İdarə Heyətinin 2013-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib.
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə geniş çıxış edib. O, bildirib ki, ötən 2013-cü il Azərbaycan Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm və əhəmiyyətli illərdən biri olub. Keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyəti Prezident İlham Əliyevə səs verməklə həyata keçirilən siyasi xəttin davamlı olmasını bir daha dəstəkləyib. Qeyd olunub ki, keçən ilin iyun ayında YAP-ın V Qurultayında partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə qəbul olunub və Yeni Azərbaycan Partiyası prezident seçkiləri kampaniyasında fəal iştirak edərək, seçicilərlə çoxsaylı görüşlər keçirib. Yeni Azərbaycan Partiyasının seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.
Hesabat ilində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası silsilə tədbirlər həyata keçirib. Bu məqsədlə “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunda konfrans, “Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə”, “Heydər Əliyev - Ömür yolu” kitablarının təqdimatı olub.
Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr sahəsində geniş və çoxşaxəli fəaliyyət göstərib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər qurulub, səmərəli və yaddaqalan görüşlər keçirilib, o cümlədən YAP müxtəlif layihələrə ev sahibliyi edib. Hesabat dövrü ərzində partiyanın nümayəndə heyəti bir sıra xarici səfərlərdə olub, müxtəlif beynəlxalq təşkilatlar və partiyalararası qurumlarla əlaqələrin genişlənməsi istiqamətində mühüm addımlar atılıb.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 31 min 600 nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 620 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edir.
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Bildirilib ki, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 016 790 manat olub. Bunun 5 720 849 manatını üzvlük haqlarından, 29 306 manatını partiya vəsiqələrinin haqlarının ödənilməsindən, 121 510 manatını depozitdən əldə olunan daxilolmalar, 1 145 125 manatını büdcədən ayrılan vəsait təşkil edib. Partiya üzvlük haqlarının 80%-dən çoxu Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının hesabında qalıb və onların maliyyə xərclərinin ödənilməsinə sərf edilib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 046 769 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 1 554 712 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin, o cümlədən partiya qurultayının, iki beynəlxalq konfransın, gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 254 510 manatı ezamiyyə xərclərinə, 319 699 manatı inventarların alınmasına, 117 495 manatı təmir işlərinə, 93 307 manatı çap işlərinə, 382 152 manatı kommunal və təsərrüfat xərclərinə, 53 919 manatı dəftərxana xərclərinə, 45 023 manatı xeyriyyə tədbirlərinə, 57 614 manatı əlavə dəyər vergisinə, 33 694 manatı həmkarlar təşkilatına, 150 550 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 54 190 manatı bank xidmətinə, 85 016 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 6 248 650 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 768 140 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.
İdarə Heyətinin iclasının gündəliyində duran məsələlər geniş müzakirə olunduqdan sonra, YAP İdarə Heyətinin 2013-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair planı qəbul olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

