/ / Ramiz Rzayev: Ali məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha səmərəli müdafiə olunmasını təmin etməkdir
Ramiz Rzayev: Ali məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha səmərəli müdafiə olunmasını təmin etməkdir
07.02.2014 [09:21]
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu il yanvarın 31-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanları sədrlərinin və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində 2014-cü il üzrə məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli iclasda və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası: bölüşdürülmüş məhkəmə məsuliyyəti” mövzusunda keçirilmiş seminarda iştirak edib.
Ali Məhkəmənin sədri səfərlə bağlı AzərTAc-ın müxbirinə məxsusi müsahibə verib.
- Ramiz müəllim, iştirakçısı olduğunuz tədbir və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin rəsmi açılışı mərasimi Strasburq şəhərində keçirildi. Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri ilə yanaşı, məhkəmənin yurisdiksiyasına daxil olan ölkələrin Konstitusiya və Ali məhkəmələrinin sədrləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sabiq hakimləri, səfirlər, insan hüquqları sahəsində görkəmli alimlər də iştirak edirdilər. Rəsmi açılış mərasimində 2013-cü ilin yekunlarına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman məruzə etdi. Həmçinin bəzi statistik məlumatlar təhlil olundu.
Elə həmin gün keçirilən seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2013-cü il ərzindəki fəaliyyətinə nəzər salındı, məhkəmənin nöqteyi-nəzərindən: onun qərarlarının icrasında özünün rolu, imkanlar və məhdudiyyətlər; yerli məhkəmələrin nöqteyi-nəzərindən: Avropa Məhkəməsinin qərarlarının icra edilməsində yerli məhkəmələrin rolu mövzularında müzakirələr və qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Kançado Trindad, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, ABŞ-ın Yeyl (Yale) Hüquq Məktəbinin professoru Alek Stoun Suit, Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Vobkuhle və başqaları mövzu ətrafında çıxışlar etdilər və fikirlərini bölüşdülər. Tədbirin əhəmiyyətinə gəldikdə deyə bilərəm ki, biz bir yerə toplaşdıq, fikirlərimizi paylaşdıq.
- 2013-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- 2000-ci illərdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iş yükü kəskin dərəcədə artmışdır. Buna səbəb keçmiş sovet blokuna daxil olan ölkələrin Avropa Şurasına üzv qəbul olunması və nəticə etibarı ilə məhkəmənin yurisdiksiyasının genişlənməsidir. Əgər 1959-1998-ci illərdə, yəni 30 il ərzində məhkəmə mahiyyəti üzrə cəmi 837 qərar çıxarmışdırsa, təkcə 2009-cu ildə bu göstərici 1625-ə yüksəlmişdir.
Digər statistik göstəriciyə nəzər yetirsək, 2009-cu ildə məhkəmə 35 min 460 işdən 2393-nə mahiyyəti üzrə baxaraq 1625 qərar çıxarmışdırsa, 2013-cü ildə 93 min 396 işdən 3659-na mahiyyəti üzrə baxaraq 916 qərar çıxarmışdır. Bu da son illər məhkəmənin iş yükünün azalmasına və qərarların keyfiyyətinin yüksəlməsinə yönələn islahatlar nəticəsində mümkün olmuşdur. Bu islahatların əsasını şikayətlərin qəbul olunub-olunmamasına dair ilkin mərhələdə baxılma prosedurunun sadələşdirilməsi və eyni hüquqi məsələlərə toxunan bəzi şikayətlərin qruplaşdırılmış şəkildə baxılması təşkil edir.
- Bəs bizdə bu sahədə nə kimi irəliləyişlər vardır ?
- Son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasından, məhkəmə sisteminin daha da təkmilləşdirilməsindən, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasından, hakimlərin sayının artırılmasından, yeni və şəffaf prosedurlarla hakimlərin seçilməsindən, respublikamızda müasir məhkəmə infrastrukturunun yaradılmasından ibarətdir.
Bu istiqamətdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir. Artıq bir neçə ildir ki, hakimlər, hakim köməkçiləri və məhkəmə katiblərinin iştirakı ilə Ali Məhkəmədə hər həftənin ikinci günü keçirilən seminar-məşğələlərdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin milli məhkəmə təcrübəsi üçün aktual olan qərarlarının təhlili aparılır. Daha sonra belə qərarlar müvafiq tövsiyələrlə aşağı instansiya məhkəmələrinə göndərilir. Eyni zamanda, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiya və birinci instansiya məhkəmələri hakimlərinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur. Bundan irəli gələn təşkilati məsələlərin həll edilməsi və konvensiyanın ayrı-ayrı normalarının şərhinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin təhlil edilməsi, ölkəmizlə bağlı qərarlarında əks olunan hüquqi mövqelərin (presedentlərin) öyrənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması, insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq standartların digər dövlətlərin məhkəmə təcrübəsində rolunun araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən onlara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi ilə əlaqədar yardım göstərilməsi məqsədi ilə Ali Məhkəmədə ötən ildən etibarən insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir.
- Ramiz müəllim, sizcə, digər ölkələrlə müqayisədə Azərbaycan Respublikasına qarşı çıxarılan qərarlar çoxdur, yoxsa az?
- Hazırda Strasburq Məhkəməsində təqribən 100 minə yaxın iş icraatdadır. Bu şikayətlərin yarısından çoxu cəmi 4 ölkənin payına düşür: Rusiya, İtaliya, Ukrayna və Serbiya. Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onlar tərəfindən 119, 118, 83, 65 qərarda pozuntu aşkar etmişdir. Əhalisi ölkəmizin əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5061, 1209, 990, 726 şikayət daxil olduğu halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub. Belə ki, bu işlərə baxılan zaman yuxarıda qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32, 25, 22 qərarda Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusu aşkar olunmuşdur.
Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilmişdir. Ümumiyyətlə, çıxarılmış 8 qərardan 6-da Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunmuşdur. Qeyd etmək istərdim ki, bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra edilməməsindən ibarətdir.
2012-ci illə müqayisədə daha az pozuntu qeydə alınıb. Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərə çarpacaq dərəcədə yaxşılaşıb və mütəmadi olaraq qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq. Ali məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etməkdir.
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

