/ / Nərimanov rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Nərimanov rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
13.02.2014 [09:10]
Fevralın 12-də Nərimanov rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iclasda hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, cari il yanvar ayının 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurub və 2014-cü ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb, həmin vəzifələrin həlli ilə bağlı tapşırıq və göstərişlərini verib.
A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2013-cü ildə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Vurğulanıb ki, 2013-cü ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı təmin olunub. Bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 951,9 milyon manatlıq məhsul istehsal olunub, 2012-ci ilə nisbətən 100,6 faiz artım surəti əldə edilib. 2013-cü ildə istehlakçılara 1 milyard 965,3 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104,4 faizi qədər sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 83,7 faiz təşkil edib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2911 daimi iş yerləri açılıb.
Bildirilib ki, Nərimanov rayonunun qısa zaman ərzində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iclasda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb. İndiyədək mərkəzlərə bir milyondan çox insan müraciət edib və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanıb. “ASAN xidmət” konsepsiyası çox qısa müddətdə özünü doğruldub. Bunu həmin mərkəzin xidmətlərindən istifadə edən ölkə vətəndaşlarının rəyləri də göstərir.
İ.Kərimov vurğulayıb ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb edib. “ASAN xidmət” artıq Azərbaycan brendinə çevrilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev son on ildə ölkəmizdə əldə edilmiş uğurlardan danışıb. T.Tağıyev deyib ki, ötən on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyat 3,4 dəfə artıb. Sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Bu uğurların başlıca səbəbi ölkəmizdə aparılan islahatlar, hökm sürən sabitlik, ictimai asayişdir.
Milli Məclisin deputatı Rasim Musabəyov ümumiyyətlə respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərdən danışıb və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Hesabat məruzəsi ətrafında rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Babayev, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov, gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək müvafiq sahələrdə görülmüş işlər barədə hesabat veriblər.
İclasın sonunda rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, dövlət qulluğunda, təhsil, səhiyyə, xidmət sahələrində fərqlənən şəxslər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Gündəm
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
YAP xəbərləri
18 Sentyabr 22:53

