/ / “Xocalıya ədalət!” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II Beynəlxalq konfrans keçirilib
“Xocalıya ədalət!” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II Beynəlxalq konfrans keçirilib
22.02.2014 [13:32]
Fevralın 21-də Bakıda Qaradağ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II Beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrdən qonaqlar, tarixçi alimlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri düzüblər. Sonra onlar Lökbatan qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı ilə bağlı sərgiyə baxıblar.
Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı film nümayiş olunub.
Konfransı Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq Xocalı soyqırımı barədə məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilib. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistanın silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, indi baxdığımız film bizlərə kədərli anlar yaşatdı. Xocalı həmin gecə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilib. Şəhər ərazisində yanğınlar başlanıb. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə giriblər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulub. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülüb. 8 ailə bütünlüklə məhv edilib. 487 nəfər şikəst edilib. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq məqsədyönlü şəkildə həyata keçirdiyi siyasətin ən faciəli səhifəsidir.
Əli Həsənov 1998-ci ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini xatırladaraq deyib ki, 1918-ci il martın 31-də ermənilər Bakıda və bölgələrdə milli qırğınlar törədib, on minlərlə dinc müsəlmanı qətlə yetiriblər. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımlardan ən dəhşətlisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Azərbaycan dövlətinin apardığı siyasət, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən tanınır. Təkcə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını tanıması o deməkdir ki, quruma üzv olan 56 ölkə də bu faciəni soyqırımı kimi qəbul edir.
“Türkiyə parlamenti Xocalı soyqırımını qətliam kimi qiymətləndirib, vilayətlərdə isə tanınıb. Bilirsiniz ki, dünya erməniliyi soyqırımı məsələsində Türkiyəyə problem yaratmağa çalışır. Yüz ilə yaxındır ki, ermənilər 1915-ci ildə Anadolu torpaqlarında guya ermənilərə qarşı “soyqırımı” həyata keçirilməsi ilə bağlı qondarma antitürk kampaniyası aparırlar. Bu da Türkiyə hökumətini müəyyən qədər problem qarşısında qoyur. Ona görə də Türkiyə hökuməti hələ Xocalı faciəsinə bəşəri soyqırımı hadisəsi kimi hüquqi qiymət verməyib. Lakin Türkiyə parlamentində hər il Xocalı soyqırımı müzakirəyə çıxarılır və ona qətliam kimi qiymət verilir. Türkiyənin müxtəlif regionlarında soyqırımı ilə bağlı abidələr açılır. Bu günlərdə Uşak şəhərində Xocalı soyqırımı ilə bağlı yeni abidə ucaldılıb”, - deyə Əli Həsənov əlavə edib.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti var. Siyasətin mahiyyəti ondan ibarətdir ki, belə faciələrin gələcəkdə təkrarlanmaması və onu törədənlərin bəşəriyyətin yaddaşında əbədi həkk olunması üçün bu cinayətə dair reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı və qiymətləndirilməlidir.
Əli Həsənov daha sonra deyib ki, ermənilər Xocalı soyqırımından əvvəl də azərbaycanlıları kütləvi şəkildə öldürüb, xalqımıza qarşı qətliamlar törədiblər. Amma biz ermənilərdən qisas almaq istəyi ilə yaşamırıq. Biz ermənilərlə beynəlxalq normalar əsasında qonşuluq münasibətləri yaratmaq istəyirik. Erməni xalqı öz siyasətçilərinin qurbanına çevrilib. Ermənilər torpaqlarımızdan çəkilməli, faciə qurbanlarının xatirəsi qarşısında günahlarını etiraf etməlidirlər. Biz qonşularımızla dinc şəraitdə yaşamalıyıq. Bunu sivil yaşayış qaydaları tələb edir. Yalnız ermənilər bununla üzlərindən qara ləkəni götürə bilərlər. Biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların bütün vətəndaş hüquqlarının təmin edilməsinə zəmanət veririk. Biz Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının, iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin bərqərar olunmasının, gələcəkdə Azərbaycanın reallaşdırdığı transmilli layihələrdə ermənilərin də iştirakının tərəfdarıyıq. Yalnız bir şərt var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, azərbaycanlılara qarşı soyqırımı hadisələrinin törədilməsi etiraf olunsun, Azərbaycan xalqından üzr istənilsin və soydaşlarımızın pozulmuş haqları bərpa olunsun. Biz bir dövlət olaraq yalnız bundan sonra əməkdaşlığa başlamağa, həm də dünya birliyinin üzvü kimi potensialımızı bütün Cənubi Qafqaz xalqlarının firavan, xoşbəxt yaşaması istiqamətinə yönəltməyə hazırıq.
Əli Həsənov 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrindən də danışıb, bir neçə il əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Parlamentində çıxış edərkən Xocalı hadisəsinin qisas məqsədilə törədildiyini söylədiyini diqqətə çatdırıb. Bildirib ki, 1988-ci ilin fevralında erməni xüsusi xidmət orqanları və ayrı-ayrı qrupların təşkilatçılığı ilə o zamankı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin bu məsələyə göz yumması nəticəsində Sumqayıtda təxribat törədilib. Sonradan aparılan təhqiqat nəticəsində müəyyən edilib ki, həmin hadisələri törədən Qriqoryan qardaşları və onlara qoşulmuş Ermənistan SSR DTK-nın nümayəndələri Sumqayıtda 26 erməni və 6 azərbaycanlı sakini qətlə yetiriblər.
O da məlum olub ki, Sumqayıtda qətlə yetirilən ermənilər o zaman yaradılan separatçı “Krunk” təşkilatına yardım göstərməyən ermənilərdir. Bu hadisəni törətməklə ermənilərə işləyən o zamankı xüsusi xidmət orqanları iki məqsəd güdmüşlər: birincisi, ermənilərin formalaşdırdığı terrorçu təşkilatlara kütləvi dəstək vermək, ikincisi isə Azərbaycan-Ermənistan qarşıdurmasını stimullaşdırmaq, antiazərbaycan fəaliyyətinə rəvac vermək.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında Xocalı soyqırımının dünyanın ən dəhşətli faciələrindən biri olduğunu deyib. Bildirib ki, keçmiş Sovet İttifaqına daxil olan 15 respublika arasında müstəqillik qazandığına görə ən böyük faciələri Azərbaycan yaşayıb. Bunun əsas səbəblərindən biri isə o dövrdə Azərbaycanın lidersiz qalması idi. O dövrdə Ümummilli lider Heydər Əliyev məqsədli şəkildə bütün vəzifələrdən uzaqlaşdırılmışdı. Lakin xalqımız öz gələcəyi naminə doğru seçim edərək Ulu öndəri yenidən hakimiyyətə qaytardı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə atəşkəs əldə edildi. Azərbaycan öz sülhpərvərliyini göstərdi, ermənilər isə yenə də atəşkəsi pozurlar.
Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın tolerant bir ölkə olduğunu, burada bütün millətlərin dinc və əmin-amanlıq şəraitində yaşadığını vurğulayıb.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək Xocalı soyqırımı zamanı azərbaycanlıların yaşadıqları müsibətlərdən danışıb, belə faciələrin bir daha baş verməməsi üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin vacibliyini vurğulayıb.
Sonra Moldova ombudsmanı xanım Aureliya Qriqoriu çıxış edərək deyib ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. Yalnız hər bir insanın əsas hüquqlarına hörmətlə yanaşılması yolu ilə müstəsna əhəmiyyətə malik olan müasir problemlərin həllinə şərait yaratmaq olar. Bu, nəinki Xocalı soyqırımı kimi dəhşətli cinayətə diqqət çəkmək, həmçinin dünya ölkələrinin parlamentlərinə müraciət edərək bu hadisələrə hüquqi və siyasi qiymət verilməsini tələb etmək üçün vacibdir. Həmçinin Xocalı və Dağlıq Qarabağ üzrə hərbi tribunalın təşkil olunması məsələsinə baxılmalıdır.
Moldovalı ombudsman deyib ki, erməni separatçılarının Azərbaycan xalqına qarşı cinayətlərinə ilk dəfə dövlət səviyyəsində qiyməti Azərbaycanın Ümummilli lideri Heydər Əliyev verib. Bu baxımdan Prezidentin 1998-ci il 26 mart tarixli Fərmanı bu cinayətlərin unudulmaması istiqamətində proqram xarakterli sənəd olub. Xocalı faciəsi soyqırımı cinayəti aktıdır. Dünyada “Xocalıya ədalət!” kampaniyasının tərəfdarları getdikcə çoxalır. Dünya ictimaiyyəti bu faciəyə mütləq qiymət verməlidir.
A.Qriqoriu deyib: “Bu gün biz konfrans iştirakçıları adından bəyannamə qəbul edəcəyik. Mən təklif edirəm, bu sənədə əlavə edilsin ki, ölkə rəhbərliyi Xocalı soyqırımı və Dağlıq Qarabağ üzrə beynəlxalq tribunalın yaradılması, Azərbaycan ərazisində insanlığa qarşı törədilən bu cinayətin təqsirkarlarının cəzalandırılması ilə bağlı qətnamə çıxarılması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət hazırlasın. Bu bəyannamə dünyanın bütün ölkələrindəki Azərbaycan diasporlarında müzakirə olunsun və onların yaşadıqları dövlətlərin rəhbərliyinə göndərilsin. Artıq bu cinayətin tanınmasının deyil, onun günahkarlarının cəzalandırılmasının vaxtı çatmışdır”.
Ukraynanın Rava-Ruska şəhərinin meri İrina Vereşuk Azərbaycanda sülh və sabitliyin olduğunu deyərək, bunun cəmiyyətin inkişafına müsbət təsir göstərdiyini bildirib. O, Ukrayna xalqının da soyqırımlarına məruz qaldığını, süni yolla Qolodomor soyqırımının törədildiyini deyib. Ukraynalı qonaq müasir dövrdə sabitliyin insanlar üçün çox önəmli olduğunu vurğulayıb.
Çıxışlardan sonra “Xocalı soyqırımı: ədalət uğrunda beynəlxalq əməkdaşlıq və həmrəylik” və “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri” mövzularında sessiyalar keçirilib. Sessiyalarda mövzularla bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb.
Fevralın 22-də isə qonaqlar Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu və Quba rayonundakı soyqırımı məzarlığını ziyarət edəcəklər.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

