Azərbaycanin dəyişməz mövqeyi: Birlik, həmrəylik və sülh
17.09.2026 [15:06]
Azərbaycan hər zaman müxtəlif dinlərə və dini etiqadlara hörmətlə yanaşan, insanların dini seçimlərinə görə ayrı-seçkiliyə və qınağa yol verməyən ölkə kimi tanınıb. Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşaması Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyətlərindən biridir. Bu baxımdan, Azərbaycanda multikulturalizm və tolerantlıq həm dövlət siyasətinin mühüm istiqamətlərindən biridir, həm də xalqımızın tarixən formalaşmış həyat tərzinin və milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir.
Cari ilin 15 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycanın bu mövqeyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı qeyd edib ki, müxtəlif ölkələrdən və regionlardan dini liderlərin Bakıda bir araya gəlməsi birlik, dostluq və əməkdaşlığın mühüm nümunəsidir. Dövlət başçımız belə birgə tədbirlərin xalqlar və dini icmalar arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirdiyini və dünyaya sülh, həmrəylik və əməkdaşlıq mesajları verdiyini bildirib.
Bakıda eyni vaxtda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təsadüfi deyil. Bu tədbirlər Azərbaycanın öz tarixi-mədəni irsini Türk və İslam dünyasının ortaq dəyərləri ilə əlaqələndirən mövqeyini nümayiş etdirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin irsi yalnız Azərbaycanın deyil, daha geniş coğrafiyanın mənəvi sərvətidir.
Bu baxımdan Azərbaycanın mövqeyi yalnız tarixi irsin təbliği ilə məhdudlaşmır. Bakı Türk dünyası, Qafqaz və İslam aləmini birləşdirən platforma rolunu oynayır. Müxtəlif ölkələrdən dini liderlərin Azərbaycanda bir araya gəlməsi də bu yanaşmanın praktik ifadəsidir.
Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr sırasında 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu tədbir idman yarışından daha geniş məna daşıyaraq müsəlman ölkələri arasında birlik və həmrəylik ideyasının nümayişinə çevrilmişdi. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi isə Azərbaycanın bu istiqamətdə fəal diplomatik xəttinin davamıdır.
Dövlət başçımızın çıxışında diqqət çəkən digər mühüm istiqamət Azərbaycanın Qarabağ münaqişəsindən sonrakı reallıqlara dair mövqeyidir. Qarabağ və Şərqi Zəngəzura səfər edəcək dini liderlərin burada həm işğalın nəticələrini, həm də həyata keçirilən genişmiqyaslı quruculuq işlərini görəcəkləri qeyd olunub. Bununla Azərbaycan bir tərəfdən keçmişin yaddaşının qoruyur, digər tərəfdən isə yeni reallığı– bərpa və Böyük Qayıdış prosesinin nümayiş etdirir.
Bu kontekstdə məscidlərin bərpasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev Ağdam məscidinin bərpa işlərinə başlanılan ilk obyektlərdən biri olduğunu və artıq bir sıra məscidlərin bərpa edilərək yenidən istifadəyə verildiyini bildirib. Beləliklə, Qarabağda quruculuq işləri həm fiziki infrastrukturun yenilənməsi, həm də Azərbaycanın milli-mənəvi irsinin bərpasının təcəssümüdür.
Dövlətimizin başçısının çıxışının mühüm mesajlarından biri isə Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çəkilməsi ilə bağlıdır. Cənab Prezident Azərbaycanın müharibədən sonra da sülh yolunu seçdiyini vurğulayıb. Bu yanaşma Azərbaycanın hərbi nəticələrdən sonrakı mərhələdə siyasi gündəliyi sülh və sabitlik üzərində qurmaq istədiyini göstərir. Eyni zamanda, keçmişin yaddaşının qorunması və Azərbaycanın təhlükəsizlik imkanlarının gücləndirilməsi bu siyasətin digər komponentləridir.
Burada “Zayed İnsan Qardaşlığı Mükafatı”na verilən önəm də diqqət çəkir. Dövlət başçımız bu mükafatı Azərbaycan-Ermənistan arasında sülh gündəliyinə beynəlxalq dəstəyin ifadəsi kimi qiymətləndirib. Bu da, Bakı üçün sülh prosesinin yalnız iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi deyil, daha geniş regional sabitliyin təmin olunması baxımından əhəmiyyət daşıdığını göstərir.
Cənab Prezidentin çıxışında beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara dair tənqidlər də geniş yer alıb. Qarabağ münaqişəsi dövründə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı Azərbaycanın mövqeyi bir daha səsləndirilib. Bu fikirlərin əsas xətti ondan ibarətdir ki, beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə münasibətdə eyni şəkildə tətbiq edilməlidir.
Eyni zamanda, İslamofobiya və müsəlman dünyasına qarşı ayrı-seçkilik meyillərinə qarşı mübarizədə həmrəyliyin vacibliyi vurğulanıb. Dövlət başçımızın da vurğladığı kimi, dini liderlərin bu məsələdə mövqeyi yalnız dini icmalar üçün deyil, beynəlxalq ictimaiyyət üçün də əhəmiyyət daşıyır. Bu baxımdan dini diplomatiya sülh, qarşılıqlı hörmət və dialoqun təşviqi üçün əlavə imkan rolunu oynayır.
Ümumilikdə, Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər Azərbaycanın regional siyasətinin bir neçə əsas xəttini bir araya gətirir. Dövlətimiz Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsinə, İslam həmrəyliyinin gücləndirilməsinə, milli-mənəvi irsin qorunmasına, Qarabağın bərpasına, beynəlxalq hüquqa əsaslanan yanaşmanın müdafiəsinə və sülh gündəliyinin təşviqinə xüsusi əhəmiyyət verir.
Bakıda keçirilən dini və mədəni tədbirlərin eyni platformada birləşməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında dialoqun təşviqinə töhfə verən ölkədir. Dövlətimizin başçımızın çıxışında isə regional sabitlik və beynəlxalq əməkdaşlıq üçün ayrı-ayrılıqda deyil, birlikdə hərəkət etməyin daha böyük imkanlar yaratdığı vurğulanır.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Xəbər lenti
Hamısına baxGündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Gündəm
17 Sentyabr 11:41
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46

