/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb
13.05.2014 [09:30]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə qurumun fəxri mükafatına layiq görülüb.
AzərTAc xəbər verir ki, Türk-Alman Dostluq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Bavariya Federal Torpağının parlamentində mükafatın təqdim edilməsi ilə bağlı mərasim keçirilib.
Türk-Alman Dostluq Federasiyası tərəfindən təsis olunmuş və qədim yunan ilahələrindən Kübelenin adını daşıyan bu mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. İndiyədək federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məşhur idmançılar layiq görülüblər.
Laureatlar arasında Almaniya Kansleri Angela Merkel, bu ölkənin sabiq Prezidenti Yohannes Rau, parlamentin sabiq sədri Rita Silismud, Yaşıllar Partiyasının keçmiş sədri Kladio Rout, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Bavariya Federal Torpağının baş naziri Qünter Bexştayn və başqaları olublar.
Türk-Alman Dostluq Federasiyasının prezidenti Cehan Sendan sayca 12-ci olan mərasimdə bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dünyada sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Federasiyanın fəxri mükafatına layiq görülüb.
Cihan Sendan deyib: “Mehriban xanıma xidmətlərinə görə minnətdarlığımızı bildiririk. Onun xidmətlərini necə önə çıxara bilərik? Türkiyə-Azərbaycan dostluğunu, Azərbaycan-Almaniya dostluğunu bizim federasiya vasitəsilə dünyaya necə yaya bilərik? Bu mükafatla onun əməyinə qiymət verdik və çox xoşbəxtik”.
Mükafatı Mehriban Əliyevanın adına Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qəbul edib.
Mərasimdə çıxış edən səfir Pərviz Şahbazov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Federasiyaya bu yüksək mükafata görə minnətdarlığını bildirib, qurumun rəhbərliyini ölkəmizə səfərə dəvət edib.
Diplomat siyasi, iqtisadi sahələrdə uğurları ilə yanaşı, zəngin tarixi keçmişi, mədəniyyəti, musiqisi, incəsənəti və nəhayət tolerantlığı ilə Azərbaycanın bütün dünyada tanındığını və haqlı olaraq xalqımızın bu nailiyyətləri və keyfiyyətləri ilə qürur duyduğunu vurğulayıb. Pərviz Şahbazov Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən indiyədək Almaniyada bir sıra mühüm tədbirlərin keçirildiyini - Berlində “Müasir incəsənət sərgisi”, “Bakıya uçuş”, Münxen, Köln, Ştutqart və Hamburqda isə Azərbaycan mədəniyyət axşamlarının yüksək səviyyədə baş tutduğunu qeyd edib.
Tədbirdə çıxış edən Bavariya Federal Torpağı parlamentinin vitse-prezidenti İnqe Aures deyib: “Mehriban Əliyeva fərqli fəaliyyəti ilə hər zaman diqqət mərkəzindədir. Onun rəhbərlik etdiyi Fond məktəblərin tikintisinə dəstək verməklə yanaşı, dini məbədlərin bərpasına da kömək göstərir. Mehriban xanım dostluğun, əməkdaşlığın inkişafı naminə hansı sahələrə diqqət yetirməyin zəruriliyini gözəl bilir. O, fəaliyyəti ilə bunu sübut edib. Hesab edirəm ki, seçilən bu istiqamət doğru yoldur”.
Qeyd edək ki, bu il Almaniyanın vitse-kansleri, Sosial Demokrat Partiyasının sədri, iqtisadiyyat və ticarət naziri Ziqma Qabrielə, aktyor Bülent Ceylana, Bavariya Federal Torpağının Futbol Federasiyasının prezidenti Rayner Koka və başqalarına mükafatlar təqdim olunub.
Bavariyanın Futbol Federasiyasının prezidenti Rayner Kok deyib: “Mehriban Əliyevanın fəaliyyətini diqqətəlayiq hesab edirəm. Xüsusilə görürük ki, bu fəaliyyətin nəticələri Almaniyaya qədər gəlib çatır. Bütün bu işlər uşaqlar üçün görülür. Mədəniyyət abidələrinin qorunub saxlanılması, dini abidələrin bərpası həyata keçirilir. Bütün bunları mən ancaq yüksək qiymətləndirə bilərəm”.
Xəbər lenti
Hamısına baxHadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18

