“Cənub” qaz dəhlizi layihəsi Azərbaycanın çoxşaxəli enerji siyasətinin növbəti uğurudur
14.02.2015 [10:32]
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn: Bu dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Ümumiyyətlə, sirr deyil ki, Azərbaycanın iştirakı və liderliyi ilə gerçəkləşdirilən transmilli layihələr Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Xəzər regionunda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Bu kontekstdə Azərbaycanın səmərəli və çoxşaxəli xarici siyasəti sayəsində Xəzər regionunun təhlükəsizliyinin təmin olunması təkcə regional əhəmiyyət kəsb etmir, beynəlxalq xarakter daşıyır. Çünki Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm faktor kimi çıxış edir. Belə ki, Avropa Xəzər regionunun özünün enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq qeyd edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin, regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Digər tərəfdən, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Ötən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Qeyd etmək lazımdır ki, Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur. Yeri gəlmişkən, “Cənub” qaz dəhlizi layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn keçirdiyi mətbuat konfransında deyib ki, “Cənub” qaz dəhlizi Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn layihədir və ABŞ bunu yüksək qiymətləndirir. Azərbaycana bir neçə ay bundan öncə də səfər etdiyini xatırladan A.Hoxstayn deyib: “Buraya gəlməkdə məqsədimiz dəhlizin reallaşdırılmasında hansı irəliləyişlərə nail ola biləcəyimizi, hansı tədbirləri həyata keçirə biləcəyimizi müzakirə etmək idi. Bu dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır. Dünyada baş verən son hadisələr də onu göstərir ki, Avropanın enerji təhlükəsizliyinin saxlanması, qorunması və gücləndirilməsi çox əhəmiyyətli mövzuya çevrilib. Buna görə də, biz buradayıq və bu kimi görüşə qatılmışıq. Düşünürəm ki, bu, bir daha ABŞ-la Azərbaycan arasında olan güclü əlaqələrin əyani təzahürüdür. ABŞ-la Azərbaycan müxtəlif səpkidə əməkdaşlıq edirlər, enerji sahəsində əməkdaşlıq isə onlardan biridir”.
A.Hoxstayn vurğulayıb ki, enerji təhlükəsizliyi Avropa ölkələri üçün bilavasitə onların iqtisadi və milli təhlükəsizliyi deməkdir. “Vaxtaşırı belə hallarla rastlaşırıq ki, müəyyən Avropa ölkələri enerji təchizatı baxımından tamamilə bir təchizatçıya arxalanır. Bakıya səfərim zamanı keçirdiyimiz görüşlərdə də nəinki enerji təchizatının, onun çatdırılma yollarının şaxələndirilməsinin vacibliyini də vurğuladıq. Yeni boru xətlərinin inşası, yeni dəhlizlərin açılması ilə digər məqamlar da gündəmə gəlir. Bunlardan biri də Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasıdır. Bunun üçün isə yolların şaxələndirməsi vacibdir”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
Yunanıstanda qurulan yeni hökumətin “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasına tam dəstəyini ifadə etdiyini diqqətə çatdıran amerikalı diplomat qeyd edib ki, bu ölkənin energetika naziri də “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsində böyük rol oynayacağını söyləyib.
Beləliklə, Qərb regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycanla Qərb arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ekspertlər münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

