Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anti-Azərbaycan dairələri ənənəvi amplualarında...

Anti-Azərbaycan dairələri ənənəvi amplualarında...

20.03.2015 [11:13]

“Freedom House” təşkilatının keçirdiyi qondarma tədbir çərçivəsində Arzu Qeybullayeva adlı şəxsin islamofob dairələrlə erməni lobbisinin “teatr tamaşası”nda aktiv rol ifa etməsi heç də təsadüfi deyil
Sirr deyil ki, Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Azərbaycan demokratik dəyərlərin təşəkkül tapdığı müasir hüquqi dövlətdir
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Digər tərəfdən, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Eyni zamanda, həyata keçirilən sistemli, kompleks islahatlar fonunda Azərbaycan mediası inkişaf dövrünü yaşayır, o cümlədən, hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda tətbiq edilib. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Azərbaycana qarşı “qara piar” kampaniyası...
Şübhəsiz, bütün bu sadalananlar - Azərbaycanın dinamik iqtisadi inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Məhz buna görə də, həmin anti-Azərbaycan dairələri ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, xaos mühiti yaratmaq, dövlətimizə təzyiq etmək üçün ölkəmizə qarşı “qara piar” kampaniyası aparırlar. Bu sırada, daha çox təzyiq qrupu kimi çıxış edən təşkilatların fəaliyyəti və “beşinci kolon”un - “sapı özümüzdən olan balta”ların xidmətləri xüsusi yer tutur.
Anti-Azərbaycan qüvvələr, islamofob dairələr və erməni lobbisinin birgə fəaliyyəti...
Bu məqamda bildirək ki, müxtəlif ölkələrə qarşı təzyiq qrupu kimi çıxış edən “Freedom House”un təşkilatçılığı ilə Azərbaycan və Türkiyədə medianın vəziyyəti ilə bağlı keçirilən tədbirdə hər iki ölkəyə qarşı qərəzli, subyektiv mülahizələrə söykənən, ədalətsiz fikirlər səsləndirilib. Ümumiyyətlə, “Freedom House” təşkilatının keçirdiyi tədbirin timsalında islamofob dairələrin məhz Azərbaycan və Türkiyəni hədəfə alması təsadüfi deyil. Çünki həm daxili, həm də xarici siyasət kontekstində mühüm nailiyyətlər əldə edən iki müsəlman ölkəsinin hədəf seçilməsi bu dövlətlərə qarşı təzyiq mexanizminin formalaşdırılması niyyətindən xəbər verir.
Bütövlükdə, sözügedən tədbirdəki çıxışlara, söylənilən fikirlərə - səsləndirilən bəyanatlara diqqət yetirdikdə aşkar bir həqiqət yenidən ortaya çıxmış olur: erməni lobbisi, anti-Azərbaycan dairələri və onların sifarişi ilə çalışan müxtəlif qurum və şəxslər ölkəmizə qarşı sinxron fəaliyyət göstərirlər. Maraqlı nüans budur ki, tədbirdə islamofob dairələrin nəzarətində olan Demokratiyaya Yardım Fondu (NED), Açıq Cəmiyyət İnstitutu kimi təşkilatların nümayəndələri ilə yanaşı, Türkiyədə nəşr olunan erməni “Agos” qəzetinin əməkdaşı Arzu Qeybullayeva da Azərbaycana qarşı qərəzli təqdimatla çıxış edib.
Erməni lobbisinin sadiq dostu - Arzu Qeybullayeva
Məsələ burasındadır ki, Arzu Qeybullayeva Azərbaycana qarşı öz mövqe və ifadələrində heç də ermənilərdən geri qalmır, dolayısıyla, onlarla sinxron fəaliyyət göstərir. İstər yazılarında, istərsə bu cür tədbirlərdə təqdimat və çıxışlarında, istərsə də sosial şəbəkədə öz şəxsi səhifəsində ölkəmizə qarşı apardığı təbliğat onun erməni lobbisi ilə əməkdaşlığını aşkar surətdə ortaya qoyur.
Təsadüfi deyil ki, bu şəxs çalışdığı “Agos” adlı erməni qəzetində qərəzli şəkildə dəfələrlə Azərbaycan əleyhinə yazılar yazıb, ölkəmizə qarşı yönəlmiş tədbirlərdə xüsusi fərqlənməyə çalışıb. Onun bu cür fəallığı bir tərəfdən erməni lobbisi ilə əməkdaşlıqdan irəli gəlirsə, digər tərəfdən, ermənilərə sevgisi fonunda Azərbaycana bəslədiyi nifrət hissi ilə əlaqədardır. O, bunu sosial şəbəkə üzərindən səsləndirdiyi fikirlərdə mütəmadi olaraq ifadə etməkdədir...
Bir sözlə, “Freedom House” təşkilatının keçirdiyi qondarma tədbir çərçivəsində Arzu Qeybullayeva adlı şəxsin islamofob dairələrlə erməni lobbisinin “teatr tamaşası”nda aktiv rol ifa etməsi heç də təsadüfi deyil.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31