Siyavuş Novruzovun arqumentləri dəstəkləndi
04.04.2015 [11:05]
Serbiyanın paytaxtı Belqradda davam edən NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında “Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz” mövzusunda müzakirələr aparılıb. SİA-nın xəbərinə görə, seminarda Azərbaycan nümayəndə heyətinin tərkibində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və millət vəkili Rauf Əliyev təmsil olunublar.
YAP İcra katibinin müavini Siyavuş Novruzov müzakirələrin detalları haqqında SİA-ya eksklüziv məlumat verib. Millət vəkili bildirib ki, ötən gün Kosova və Serbiya münasibətləri müzakirə olunub: “Serbiyadan olan nümayəndə heyətinin rəhbəri üzünü Azərbaycan, Gürcüstan və Ukrayna nümayəndə heyətinə tutaraq sual etdi ki, siz Dağlıq Qarabağ, Krım, Abxaziya, Osetiyanın müstəqilliyini qəbul edə bilərsinizsə, biz də o zaman Kosovanın müstəqilliyini qəbul edək və tanıyaq. Bu zaman söz bizim nümayəndə heyətinə verildi. Biz isə çıxışımızda, ilk növbədə, qoyulan bu məsələnin çox ağır bir mövzu olduğunu və bundan əziyyət çəkən ölkələrin düşdüyü vəziyyəti nümayəndə heyətlərinin diqqətinə çatdırdıq. Qeyd etdik ki, biz bu problemlə bu gün də yaşayırıq. Bu problemin adı separatizm, etnik təmizləmədir. Ona görə də, biz onları daha yaxşı başa düşürük”.
Azərbaycanın millət vəkilləri Kosova nümayəndə heyətinin rəhbərinin verdiyi suala konkret cavab olaraq deyiblər ki, Azərbaycan nəinki Dağlıq Qarabağın müstəqilliyini tanımağı, hətta bu haqda düşünməyi belə ağlından keçirmir: “Bildirdik ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz torpağıdır. Buraya ayrı-ayrı vaxtlarda, dövrlərdə qonşu ölkələrdən ermənilər köçüb yaşayıblar. Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız muxtariyyat verilməyindən söhbət gedə bilər, başqa bir variant keçərli deyil. Bundan başqa, beynəlxalq hüququn iki prinsipi - öz müqəddəratını təyin etmək və ərazi bütövlüyü hüququ burada mühüm rol oynayır. Bu iki hüquq mövcuddur. Lakin öz müqəddəratını təyin etmək hüququ, ərazi bütövlüyü hüququnu pozmamalıdır”.
Bundan sonra Kosova nümayəndə heyətinin rəhbəri bildirdi ki, dünyada 200-ə yaxın dövlət BMT-nin üzvüdür. Biz isə ona cavabımızda dedik ki, amma dünyada 2 mindən artıq xalq var: “Əgər kompakt yaşayan bu xalqların, millətlərin nümayəndələri öz müqəddəratını təyin etməyi tələb etsələr, o zaman dünya xəritəsinin hansı formada olması aydın başa düşülə bilər”.
Siyavuş Novruzov seminarda qeyd edib ki, erməni xalqı öz müqəddəratını təyin edib. Baxmayaraq ki, bu da Azərbaycanın tarixi torpaqları hesabına olub və ermənilər öz dövlətini yaradıblar: “Əgər hər yerdə kompakt yaşayan ermənilər bir dövlət yaratmaq eşqinə düşsələr, o zaman dünyada onlarla erməni dövləti olar. Məsələn, Kaliforniyada Ermənistan əhalisinin sayı qədər erməni yaşayır. Onda gərək ABŞ 51-ci ştat təsis etsin. Bununla belə, Şimali Qafqazda, yəni Rusiyanın ərazisində kifayət qədər erməni yaşayır. Bu zaman onlar gərək Şimali Qafqazda bir dövlət qursunlar? Bu gün Ermənistandakı iqtisadi tənəzzül səbəbindən insanlar oranı tərk edirlər. Bu yaxınlarda rəsmi İrəvanda “Pulsuzluq və adamsızlıq” şüarı altında mitinq də keçirildi. Orada olan müxalifət Ermənistanda artıq 2 milyondan az insanın qaldığını bildirir. Çünki işğalçı ölkədə heç kim qalmır, hamı köçüb gedir. Ona görə də, hər bir yerdə belə bir şeyi yaratmaq qeyri-mümkündür. Bu baxımdan da etnik konfliktlərlə əlaqədar məsələnin həlli yolları ancaq ərazi bütövlüyü çərçivəsində ola bilər”.
Millət vəkili əlavə edib ki, Kosovadan olan bir nümayəndə çıxış edəndən sonra ona cavabımda dedim ki, əgər Serbiya Kosovanın müstəqilliyini qəbul etməsə, onu Avropa İttifaqına qəbul etməyəcəklər: “Əgər Avropa İttifaqının və yaxud NATO-nun dəyəri öz milli maraqlarını qurban verib onun hesabına orada üzvlükdüsə, bizə belə bir üzvlük lazım deyil. Bizdə birinci növbədə milli maraqlar olmalıdır”.
YAP İcra katibinin müavini bildirib ki, çıxışdan sonra seminarda iştirak edən məruzəçilər, iştirakçılar bizim qaldırdığınız bu məsələni dəstəklədilər: “Qeyd etdilər ki, söylənilən bütün bu fikirlər düzgündür. Yəni, etnik münaqişələr ərazi bütövlüyü çərçivəsini poza bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

