Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Adını müxalifət qoyanların mitinqləri Avropa Oyunlarına qədər davam edəcək, çünki sifariş belə verilib

Adını müxalifət qoyanların mitinqləri Avropa Oyunlarına qədər davam edəcək, çünki sifariş belə verilib

11.04.2015 [12:04]

Siyavuş Novruzov: İstintaqa məlum olub ki, bir sıra təşkilatlar xaricdən aldığı qrantları Azərbaycanda iğtişaş törətməyə, qarışıqlıq yaratmağa sərf edib
“Adını müxalifət qoyaraq camaatı mitinqə səsləyən bəzi partiyaların məqsədi ölkədə qarışıqlıq yaratmaqdır. Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə əlaqədar burada nəsə edib, ölkənin imicinə zərbə vurmaq istəyirlər. Bu, onlara xaricdən - konkret mərkəzdən verilmiş sifarişdir, artıq maliyyəsi də ödənilib. Ayrılan vəsaitin dəstəkçisi də artıq bizə məlumdur və bu, Avropadakı erməni lobbi mərkəzləridir. Onların planı Azərbaycanda təxribatçı hərəkətlərə rəvac verməkdir. Bu cür mitinqlər təxminən oyunlar keçirilənə qədər davam edəcək, çünki onlara sifariş belə verilib”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov Londonda aprelin 28-də “Article 19”un himayəsi və “Human Rigts Watch”un dəstəyi ilə Azərbaycanda insan haqlarının vəziyyətinə dair keçiriləcək tədbirin də bu missiyanın tərkib hissəsi olduğunu bildirib: “Amma məlumdur ki, Azərbaycanda insan haqları yüksək səviyyədə qorunur. Onların barələrində dünyaya car çəkdikləri, həbsdə olan o insanlar isə Azərbaycanda vergidən yayınma, xarici kəşfiyyata işləmə və vəzifə səlahiyyətlərini aşma cinayətlərinə görə istintaqa cəlb olunublar. İndi bunu tamam başqa formada ayrı-ayrı xarici dövlətlərə çatdırmağa çalışırlar ki, guya, Azərbaycanda “siyasi məhbus” var, Azərbaycanda söz azadlığı pozulur və sair. Azərbaycanı, guya, Avropa Oyunları ilə qorxudaraq oyunlara qədər həmin şəxslərin azad olunmalarına nail olmaq missiyasını üzərlərinə götürüblər. Onu da deyim ki, həbsdə olan şəxslərin istintaqa verdikləri ifadələrində, materiallarda çox adamın adı hallanır. İstintaqa məlum olub ki, bir sıra təşkilatlar xaricdən aldıqları qrantları burada iğtişaş törətməyə, qarışıqlıq yaratmağa sərf edib. İndi bunların üstü açıldıqca, onlar hər vəchlə istintaq altında olanların azad edilməsinə cəhd göstərirlər. Onların canfəşanlığının səbəbi budur”.
YAP İcra katibinin müavini deyib ki, bütün bunlara baxmayaraq, Azərbaycanda sabitliyin pozulması mümkün olmayacaq.
S.Novruzov Müsavat Partiyasının planlaşdırdığı yürüş-mitinqə də toxunub: “Müsavat Partiyası ilə AXCP arasında ədavət o yerə çatıb ki, kimin daha çox adam toplamaq hünəri olduğunu göstərmək istəyirlər. Bir-biri ilə nüfuz mübarizəsi aparırlar. İndi də “Müsavat” yürüş-mitinq təşkil etməklə göstərmək istəyir ki, guya, AXCP-dən daha çox adam toplayır. Onsuz da onların mitinqinə 300-400 uşaq-muşaqdan, yan-yörələrindəkilərdən başqa heç kim gəlmir”.

Paylaş:
Baxılıb: 674 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31