Erməni terrorizmindən bəhs edən daha bir kitabın təqdimatı olub
23.04.2015 [10:22]
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tanınmış rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun yeni çapdan çıxmış “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Oleq Kuznetsov təhlil və araşdırmaları haqqında məlumat verib. O bildirib ki, Qarabağ müharibəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı terror müharibəsidir. Dağlıq Qarabağa gəlmiş döyüşçülər muzdlu hərbçilər, terrorçular olub. Onlar azərbaycanlı qadınları, uşaqları, qocaları pul müqabilində qətlə yetiriblər. Keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan altı minə yaxın xarici muzdlu hərbçi cəlb edilib.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov getdikcə daha çox qloballaşan erməni terrorunun artıq dünyada təkcə tarixçilərin, siyasətçilərin, hüquqşünasların deyil, digər sahədən olan insanların da diqqətini cəlb etdiyini bildirib. O deyib ki, tarixən Azərbaycana məxsus olan torpaqları işğal etməyə çalışan Ermənistan bunun üçün terror aktları törətməkdən çəkinməyib.
Dünyada ikili standartların hökm sürdüyünü deyən Ziyafət Əsgərov təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir. Beynəlxalq qurumlar və Avropa dövlətləri Ukrayna hadisələri ilə bağlı dərhal hərəkətə keçsələr də, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə bu addımı atmırlar. İyirmi ildən artıqdır ki, Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır, BMT-nin həmin ərazilərin işğaldan azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirilməyib. Ermənilərin bu biganəliyinə, indiyə qədər terror aktları törətmələrinə səbəb onların cinayətlərinə görə cəzalandırılmamasıdır.
Baş prokurorun birinci müavini Rüstəm Usubov təqdim olunan kitabın bu qədər terror aktı törətmiş ermənilərin cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmini qeyd edib. O deyib ki, kitabda da qeyd edildiyi kimi, erməni terrorizmi yarandığı gündən transmilli xarakter alıb. Prezident İlham Əliyevin 2007-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında terror aktları milli təhlükəsizliyə təhdid kimin qəbul edilib.
Ermənilərin Azərbaycanda törətdiyi cinayətlərin araşdırılmasında şəxsən iştirak etdiyini deyən R.Usubov qeyd edib ki, Azərbaycan ötən əsrin 80-ci illərindən başlayaraq hiyləgər erməni terrorizmi ilə üz-üzə qalıb. Ermənilərin Azərbaycan ərazisində törətdiyi terror aktlarının miqyası çox genişdir. Ermənistan hərbi təcavüzlə yanaşı, Azərbaycanın mülki əhalisinə qarşı da geniş terror aktları törədib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı sakinlərinin amansızlıqla qətlə yetirilməsi ilə kulminasiya nöqtəsinə çatıb.
Diqqətə çatdırılıb ki, bütün bu terror hadisələri ilə bağlı cinayət işlərinin istintaqı fəal şəkildə davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

