Nizami Cəfərov: Xalqımız, dövlətimiz bu möhtəşəm tədbirin öhdəsindən layiqincə gələcək
26.05.2015 [10:09]
“İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin böyük üstünlüyü var. Təbii ki, bu tədbir Azərbaycanda keçirilirsə, ölkəmiz həm idman imkanlarına və nailiyyətlərinə, həm də iqtisadi göstəricilərinə, coğrafiyasına və digər mühüm amillərə görə bu uğura nail olub”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, bu fakt, həmçinin, Avropanın Azərbaycana marağı deməkdir. Onun sözlərinə görə, artıq Avropa Oyunları başlamamışdan öncə Azərbaycan dünyada təbliğ olunur. “Hər bir ölkəni idman qədər dünyada tanıda bilən amil yoxdur. İndiyə qədər dünyanın harasında Olimpiya Oyunları keçirilirsə, həmin şəhərlər, ölkələr tarixə düşürlər. Yəni elmi, siyasi konfranslar, musiqi, mədəniyyət festivalları ilə müqayisədə idman ölkəni tanıtmaq baxımından daha öndə gedir. İlk Avropa Oyunlarına ev sahibliyi etməyə Azərbaycanın tam haqqı var. Son zamanlar ölkəmizdə idman sahəsində yeniyetmələrin uğurları artır. Yəni, bu sahədə yeni nəsil yetişir. İdman sahəsində qazanılan nailiyyətlər artır. Biri var, hansısa ölkə öz daxilindəki hərc-mərcliklə, qarşıdurmalarla dünyanın diqqətini cəlb etsin, biri də var ki, ölkə böyük idman yarışları keçirməklə beynəlxalq müstəvidə tanınsın. İlk Avropa Oyunlarına da təxminən 50 ölkədən minlərlə idmançı, xeyli sayda turistlər gələcək. Şübhəsiz ki, bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə nüfuzu, eləcə də, xalqımız qarşısında xidmətləri başlıca rol oynayır”, - deyə komitə sədri vurğulayıb.
N.Cəfərov, həmçinin, deyib ki, belə tədbirlər vasitəsilə dostu və düşməni də tanımaq olur: “Yəni, onların hərəsi bir mövqe bildirir, dostlar sevinir, düşmənlər isə zərbə vurmaq istəyirlər. Beləliklə də, belə böyük tədbirlər dostla düşməni seçməyə imkan verir”.
İlk Avropa Oyunlarının böyük üstünlüklərinin olduğunu deyən N.Cəfərovun fikrincə, xalqımız, dövlətimiz bu möhtəşəm tədbirin öhdəsindən layiqincə gələcək.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

