Bundestaqın üzvü Tobias Zek: Dağlıq Qarabağın ilhaqına son qoyulmalıdır
18.06.2015 [09:29]
Almaniya Xristian-Demokratlar Birliyi (XDB) və Xristian-Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, Bundestaqın məşğulluq, sosial məsələlər, iqtisadi əməkdaşlıq və inkişaf komitəsinin, Cənubi Qafqaz üzrə parlament qrupunun, eləcə də Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Tobias Zek “TV Berlin” kanalının “Almaniya parlamentindən” (“Aus dem Bundestag”) proqramına müsahibə verib.
Avropa-Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, müsahibədə Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı roldan, ölkəmizin Avratlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib.
Tobias Zek üzvü olduğu Cənubi Qafqaz üzrə parlament qrupu tərəfindən Gürcüstan, Ermənistan və Azərbaycan parlamentariləri ilə müntəzəm parlamentlərarası mübadilənin aparıldığını, həmçinin qeyd edilən ölkələrin də öz aralarında dialoqun baş tutması üçün dəstəyin verildiyini bildirib.
Deputat Cənubi Qafqaz bölgəsinin Avropa İttifaqı və Almaniya üçün strateji əhəmiyyət kəsb etdiyini deyib. Onun fikrincə, ən mühüm məsələ region ölkələrinin dialoqa hazır olması, xüsusilə də münaqişə vəziyyətində olan dövlətlər arasında dialoqun baş tutmasıdır.
Aparıcının “Dialoqun olması həmişə yaxşıdır. Bu, cazibədar sözdür. Lakin bu, heç də hər ölkə üçün işlək deyil. Dialoq çağırışı Gürcüstanda fayda vermədi. Azərbaycan ərazisinin bir hissəsi də xarici hərbi qüvvələr tərəfindən işğal edilib. Almanların çoxunun bundan xəbəri yoxdur. Siz bu məsələnin “ölü nöqtə”dən tərpənməsi üçün Almaniya siyasətində nələr edirsiniz?” sualına cavabında Tobias Zek qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır. Bu, bizim birbaşa qonşuluğumuzda baş verən bir münaqişədir. Son 20 ildə bu münaqişə közərirdi, gah təkrar kəskinləşən, gah da yenidən soyuyan məsələ kimi. Sevindirici haldır ki, burada hazırda açıq münaqişə və ya müharibə şəraiti yoxdur. Lakin burada bir növ közərən bir münaqişə və başqa ölkənin ərazisinin işğalı faktoru var.
İyirmi il bundan əvvəl Dağlıq Qarabağda nələrin baş verməsi haqda danışan T.Zek bildirib ki, Ermənistan Respublikasının hərbi qüvvələri Azərbaycanın ərazisinə təcavüz edərək Dağlıq Qarabağı işğal edib. Nəticədə bir milyona yaxın azərbaycanlı Ermənistandan qaçqın və Dağlıq Qarabağdan məcburi köçkün düşərək öz yurdlarını tərk etməli olub. Beləliklə, Azərbaycan hazırda ən çox qaçqın və məcburi köçkün əhalisi olan ölkədir.
Bundestaqın üzvü münaqişənin həllinin daim gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb. O, almaniyalı parlamentarilərin Ermənistan və Azərbaycan deputatlarından ibarət əlaqə qrupları ilə daim dialoq qurmağa çalışdığını deyib. “Bu təmaslar Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı da baş tutur.
Bu, dialoqun intensiv xarakter alması üçün ən ideal platformadır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və onun həlli yolunun tapılması üçün səylərini daha da artırmalıdır. Düşünürəm ki, bu sahədə nəsə çatışmır”.
T.Zek danışıqlar prosesində yaranmış vəziyyəti qiymətləndirərkən qeyd edib ki, sülhə nail olmaq üçün təkcə istək və müvafiq qətnamələrin qəbulu kifayət etmir: “Biz ilk növbədə danışıqlar aparan tərəfləri yenidən masa arxasına oturtmağa nail olmalıyıq. Əsas problem ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoq yoxdur. Bu, sadəcə Cənubi Qafqazda iki ölkə arasında gedən bir münaqişə deyil. Bu münaqişəyə beynəlxalq müdaxilələr də var. Ermənistanla Azərbaycan arasında qonşu ölkələrin müdaxiləsi olmadan birbaşa danışıqlar aparılsa bu, daha faydalı ola bilərdi”.
Deputat aparıcının “Azərbaycanlılar Ermənistan qoşunlarının dərhal həmin ərazidən çıxmasını istəyirlər. Onlar bunu dayanmadan tələb edirlər. Lakin ermənilər qoşunlarını çıxarmaqdan imtina edirlər. Ermənilər deyirlər ki, bu, onların ərazisidir. Bəs beynəlxalq hüquq bu haqda nə deyir?” sualına cavab olaraq bunları söyləyib: “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. İşğal olunmuş ərazilər Azərbaycanın dünya ölkələri tərəfindən tanınmış dövlət ərazisidir. Bu, o deməkdir ki, torpağın verilməsi və ya satılması barədə təsəvvür edə biləcəyiniz heç bir müqavilə olmayıb. Bu vəziyyət Almaniya üçün qəbuledilməzdir və biz Dağlıq Qarabağın Ermənistan Respublikası tərəfindən işğal olunması ilə razılaşmırıq. Almaniya nə Dağlıq Qarabağ hökumətini, nə də orada keçirilən hər hansı bir seçkini tanımır. Almaniyanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsinin ilhaqına son qoyulmalıdır. Əlbəttə, biz bu münaqişənin həll olunmasına israr edirik. Dağlıq Qarabağdan qoşunların çıxarılması münaqişənin həllində ilk addım olardı”.
Tobias Zek Cənubi Qafqaz ölkələrinin 2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramına qoşulması məsələsinə toxunarkən qeyd edib ki, bu ölkələr Avropa İttifaqının üzvü olmadığı halda belə regionla yaxın münasibətlər qurulub: “Bu, çox vacib bir addım idi. Proqramın mandatına uyğun olaraq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi fəaliyyət göstərir. Avropa İttifaqı Dağlıq Qarabağ üzrə danışıqlarda rəsmi şəkildə iştirak etməsə də bu danışıqları yaxından izləmək hüququnu əldə edib”.
Almaniyalı deputat beynəlxalq təşkilatların Dağlıq Qarabağda sülhün əldə olunması üçün göstərdiyi fəaliyyətə də münasibət bildirib. O, həmçinin münaqişə zonasında atəşkəs rejiminin monitorinqini lazımi qaydada həyata keçirmək üçün müvafiq beynəlxalq strukturların işçi heyət və avadanlıq baxımından hazır olmadıqlarını etiraf edib.
T.Zek bu sahədə fəaliyyət göstərən ATƏT-in 6 əməkdaşından ibarət monitorinq qrupunun qoşunların təmas xəttində monitorinq keçirməsinin yetərli olmadığını vurğulayıb: “ATƏT bu məsələyə ciddi yanaşırsa, bu halda işçi heyətin və avadanlığın sayını artırmalıdır”.
Bundestaqın deputatı BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamədən də söz açıb: “Biz bu qətnamələrə sadəcə səs verməmişik, biz onları həm də dəstəkləmişik. Fikrimcə, Dağlıq Qarabağa oxşar münaqişələr bir gecədə həll oluna bilməz. Çağdaş tarixə nəzər saldıqda görürük ki, bu kimi münaqişələrin həlli prosesi azı 30-40 ilədək uzanıb. İlk növbədə, ona nail olmalıyıq ki, Dağlıq Qarabağdan olan məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına imkan verilsin”.
Avropa İttifaqının qonşuluğunda yerləşən Cənubi Qafqaz bölgəsinin əhəmiyyətini vurğulayan T.Zek bildirib ki, Azərbaycan Almaniya üçün çox mühüm ticarət tərəfdaşıdır. O, Azərbaycan hökuməti və Milli Məclisdəki həmkarları ilə daim dialoqda olduğunu, ələlxüsus də onlarla Strasburqda - Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı görüşərkən müxtəlif məsələlərə dair fikir mübadiləsi apardıqlarını deyib. Deputat Azərbaycanın ötən il Avropa Şurasında sədrlik missiyasının öhdəsindən layiqincə gəldiyini bildirib.
Aparıcının “Bakı öz nefti ilə tanınır. Ən böyük neft ehtiyatları vaxtilə Bakıda olub. Nobel mükafatının təsisçisi Alfred Nobel öz milyonlarını Bakıda qazanıb. Çox adam bilmir ki, Nobel mükafatı hələ indinin özündə də həmin pullar hesabına maliyyələşir. Beləliklə, Azərbaycan bir enerji təchizatçısı kimi bizim üçün nə dərəcədə mühüm tərəfdaşdır?” sualına cavabında T.Zek qeyd edib ki, Avropanın enerji təchizatçılarının asılılığından azad olmağa ehtiyacı var. Avropa dərk edir ki, yalnız bir təchizatçıdan asılılıq,- hətta hazırda təchizatla bağlı heç bir problem olmasa belə,- uzunmüddətli perspektivdə çox da optimal qərar deyil.
Bundestaqın üzvü əksər avropalı siyasətçilərin mövqeyini dəstəkləyərək vurğulayıb ki, Avropanın alternativ enerji mənbələrinə ehtiyacı var. Bu baxımdan Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan bu missiyanın yerinə yetirilməsində mühüm rol oynaya bilər. Azərbaycan Almaniya üçün yeddinci ən böyük neft təchizatçısıdır. Avropanı enerji ilə təchiz etmək üçün bu ərazidən Avropaya qaz boru kəməri çəkərək ikinci mənbə əldə oluna bilər.
Almaniyalı deputat hesab edir ki, Almaniya-Azərbaycan, Avropa İttifaqı- Azərbaycan münasibətlərində Avropanın enerji təhlükəsizliyi məsələsi bölgədəki humanitar vəziyyət amilini arxa plana çəkməməlidir. Avropa diplomatiyasının əsas diqqəti bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycanın işğal altındakı ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən geri qaytarılması məsələsinə yönəlməlidir.
“Birinci tələb ondan ibarət olmalıdır ki, Ermənistan Respublikası qoşunlarını Dağlıq Qarabağdan çıxarsın. Yalnız bundan sonra münaqişənin davamlı həll yolu tapıla bilər. Ermənistan isə deyir ki, onlar yalnız bütün məsələlər həll ediləndən sonra qoşunlarını ərazidən çıxara bilər. Beləliklə, burada bir növ “toyuq və yumurta” vəziyyəti yaranıb. Mən inanıram ki, burada beynəlxalq hüququ pozan ilhaq amili var və bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyə Almaniya Bundestaqının üzvü Tobias Zek vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

