Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda MDB müşahidə missiyasının qərargahı açılacaq

Bakıda MDB müşahidə missiyasının qərargahı açılacaq

05.03.2009 [09:53]

Sabah Azərbaycanda Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı keçiriləcək referendumu izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının qərargahı açılacaq. Bu barədə APA-ya MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Qərargahın rəhbəri, MDB İcraiyyə Komitəsinin üzv ölkələrdə müşahidə missiyalarının texniki-təşkilati təminatı şöbəsinin rəisi Yevgeni Sloboda və İcraiyyə Komitəsinin bir əməkdaşı sabah Bakıya gələcəklər. Uzunmüddətli müşahidəçilər referenduma qədər Milli Məclis, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası və Xarici İşlər Nazirliyində olacaq, regionlara səfərlər edəcək, KİV-in monitorinqini keçirəcəklər.
Xatırladaq ki, missiyaya MDB icra katibinin müavini Toktasın Buzubayev rəhbərlik edəcək. Missiyanın 50 nəfərdən ibarət olacağı gözlənilir.

Paylaş:
Baxılıb: 1278 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30