Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə görüş keçirilib

Milli Məclisdə görüş keçirilib

17.03.2009 [12:44]

Azərbaycanda səfərdə olan Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq etdiyi Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvləri dünən Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər. O.Əsədov qonaqlara ölkəmizdə həyata keçirilən demokratik islahatlar, parlamentin qəbul etdiyi qanunların Avropa standartlarına uyğunlaşdırılması və digər məsələlər barədə ətraflı məlumat verib. Sədr deyib ki, dövlətimizin və parlamentin əsas məqsədi ölkə vətəndaşlarının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, demokratik dəyərləri inkişaf etdirməkdir. Milli Məclisin ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı qərarı da məhz bu məqsədi daşıyır. Referendumda Konstitusiyanın 29 maddəsinə əlavələr və dəyişikliklər nəzərdə tutulub. Səsvermənin tam demokratik və şəffaf keçirilməsi üçün bütün lazımi işlər görülüb. Milli Məclisin sədri Azərbaycan ilə Avropa Şurası arasında münasibətləri yüksək dəyərləndirib, təşkilatın nümayəndə heyətinin referendumu müşahidə etməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Müşahidə missiyasının rəhbəri, Avropa uğrunda Liberallar və Demokratlar Alyansının nümayəndəsi Pol Uil deyib ki, Avropa Şurası Azərbaycan ilə əlaqələrə xüsusi diqqət yetirir. Azərbaycana səfərin məqsədi martın 18-də keçiriləcək referendumu müşahidə etməkdir. Parlament və prezident seçkilərində olduğu kimi, Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvləri ümumxalq səsverməsini də məmnunluqla izləyəcəklər. Pol Uil referenduma çıxarılan məsələlərin ölkə vətəndaşlarının hüquqlarının müdafiəsini gücləndirəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1323 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30