/ / Eldar İbrahimov: Radikal-ekstremist təmayüllü qüvvələr daha kəskin şəkildə cavablarını alacaqlar
Eldar İbrahimov: Radikal-ekstremist təmayüllü qüvvələr daha kəskin şəkildə cavablarını alacaqlar
11.11.2015 [10:33]
“İstər ilk Avropa Oyunları, istərsə də sonuncu parlament seçkiləri zamanı bəzi qeyri-sağlam daxili və xarici qüvvələr, xüsusilə, pusquda dayanmış radikal-ekstermist təmayüllü qruplar ölkəmizdə planlaşdırdıqları məkrli niyyətlərinə nail ola bilmədikləri üçün indi yenidən öz çirkin məqsədlərini həyata keçirmək niyyətindədirlər, bu yöndə cəhdlərə baş vururlar”. Bunu Gün.az-a açıqlamasında parlamentin komitə sədri, YAP-ın İdarə Heyətinin üzvü Eldar İbrahimov dilə gətirib.
Onun sözlərinə görə, amma həmin məkrli dairələr və qruplar hələ də dərk etməyib və anlamayıblar ki, onların qarşısında ötən əsrin 90-cı illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanı deyil, artıq ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi - dünyanın lider, aparıcı, söz və nüfuz sahibi dövlətlərindən biri olan müstəqil Azərbaycan dövləti dayanır.
Komitə sədri xatırladıb ki, ümumiyyətlə, müstəqilliyinin 24 ili ərzində Azərbaycan dövləti bəzi siyasi, dini təmayüllü qüvvələr tərəfindən dəfələrlə bu cür cəhdlərlə üzləşib, ölkədə sabitliyin pozulması, qarışıqlığın yaranması, xaos və anarxiyanın hökm sürməsi, bunun da fonunda bəzi dairələrin Azərbaycanla bağlı məkrli layihələrinin həyata keçirilməsinə çalışılıb, amma bu cəhdlər baş tutmayıb, alınmayıb.
“Nə Azərbaycan cəmiyyəti bu cəhdlərin qarşısında geri çəkilib, ona dəstək verib, nə də Azərbaycan hakimiyyəti. Azərbaycan cəmiyyəti ilə Azərbaycan hakimiyyəti əlbir, birlikdə bu cəhdlərin qarşısını uğurla, müvəffəqiyyətlə və qətiyyətlə alıb. Xüsusilə də, Azərbaycanın dünyəviliyinə, unitarlığına zidd mövqe sərgiləyən, əsasən də kənar dövlətlərdən rişələnən qüvvələrin məkrli niyyət və planları beşiyindəcə boğulub.
Azərbaycan Konstitusiyasında da birmənalı göstərilib ki, ölkəmiz unitar, hüquqi, demokratik, dünyəvi-sivil dövlətdir. Burada dövlətlə din ayrıdır və bu baxımdan, heç bir qüvvə də, o cümlədən, radikal-ekstremist təmayüllü dairələr də bu əsas, ana dəyərlərə xələl gətirə bilməz. Onların bu yöndə addımları elə bəribaşdan iflasa və fiaskoya məhkumdur.
Radikal-ekstermist təmayüllü qüvvələrdən də söz düşmüşkən, onlar yuxarıda da qeyd etdiyim kimi, əsasən ölkə hüdudlarından, xüsusən, özünü İslamın, müsəlman aləminin təəssübkeşi sayan, əslində isə daim bu təəssübkeşlikdən uzaq olan bəzi dövlətlərin, dairələrin əlaltılardır. Özü də böyük əksəriyyəti heç Azərbaycan vətəndaşları deyil və ya Azərbaycanda yaşamırlar.
Onlar arxalarında duran dairələrin köməyindən, o cümlədən, internetin, sosial şəbəkələrin gücündən istifadə edərək Azərbaycanda təşkilatlanmağa və bununla da ölkəmizdəki sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Amma onlar bir daha qəti şəkildə əmin olsunlar ki, nə özləri, nə də onların arxasında gizlənən xəyanətkar əllər murdar niyyətlərinə cata biləcəklər, əksinə, öz layiqli cavablarını daha kəskin şəkildə alaraq, iflasa məhkum olacaqlar.
Heç bir qüvvə, heç bir dairə, heç bir dövlət bu günə kimi Azərbaycan dövləti ilə bacarmadığı kimi, bundan sonra da bacara bilməyəcək. Azərbaycan dövləti hər zaman olduğu kimi, bundan sonra da həmin dairələrin qarşısında dimdik dayanacaq və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda daha böyük zəfərlərə imza atacaq. Buna hamı əmin olsun, elə həmin radikal-ekstermist təmayüllü qüvvələr və onların arxasında gizlənənlər də”, - deyə E.İbrahimov daha sonra sözlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

