Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Kərimli ömrü boyu öz dostlarını satmaqla məşğul olub

Əli Kərimli ömrü boyu öz dostlarını satmaqla məşğul olub

06.02.2016 [10:17]

Siyavuş Novruzov: Əli Kərimli tərbiyəsizliyini özü üçün “piar”a çevirəcək qədər mənəviyyatsızdır
Azərbaycanın radikal müxalifət partiyalarının rəhbərlərinin dövlətçiliyə, milli maraqlara qarşı hər zaman xəyanətkar mövqe tutması cəmiyyətimizə bəllidir. Bu mənada AXCP sədri Əli Kərimli hər zaman “öncül” yer tutub. Onun xəyanətləri, hətta öz lideri, sədri olmuş Əbülfəz Elçibəyə belə xəyanət etməsi keçmiş AXCP üzvləri tərəfindən də dəfələrlə etiraf olunub.
Hələ 1991-92-ci illərdə AXC sıralarına qoşularkən belə xüsusi “vəzifə” ilə görəvləndirilmiş Əli Kərimlinin məşhur “komsomolçu” ləqəbi altında gizli fəaliyyətlərlə məşğul olması da sirr deyil. Onun “Yurd” qruplaşmasının rəhbəri qismində xalq hərəkatına qoşulmasının arxasında da bir sıra gizli məqsədlər yatırdı. Bu faktı hətta tələbəlik illərindən Ə.Kərimlini tanıyan, AXC sıralarında mühüm vəzifələr tutmuş şəxslər də təsdiqləyib. Sonradan dövlət katibi postuna yiyələnən Ə.Kərimli Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə rəvac verən, Azərbaycan iqtisadiyyatını çökdürən “maşının” bir hissəsinə çevrilib.
Sonradan Ə.Kərimli min bir fitnə ilə AXCP sədrliyini ələ keçirdi və onun keçmişinə bələd olan bütün şəxsləri partiyadan uzaqlaşdırdı. Xəyanəti, satqınlığı “peşə fəaliyyət”inə çevirən Ə.Kərimli maddi təminat qarşılığında ermənipərəst təşkilatlarla əlaqələrini möhkəmləndirdi. Hətta bir zamanlar dostları Əkrəm Naibovla, Rüstəm İbrahimbəyovla və Cəmil Həsənovla birgə erməniləri qorumağa girişmiş Əli Kərimli Dağlıq Qarabağın Azərbaycana məxsus olması gerçəkliyini də inkar etməyə çalışırdı.
“Komsomolçu” ləqəbli Əli Kərimli AXC hakimiyyəti dövründə də xarici fondlara xidmət göstərib
Yeri gəlmişkən, məsələ ilə bağlı mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) Əli Kərimlinin komsomola katib seçilmək üçün dostlarını necə satdığı həmin dövrdə oxuyan tələbələrin gözü qarşısında baş verib. Millət vəkili bildirib ki, Əli Kərimlinin o zamanlar nə oyunlardan çıxdığı və o dövrdəki rektorun, yumşaq dildə desək, “xəbərçi”si olduğu hər kəsə bəllidir.
Bəli, qeyd edildiyi kimi Xalq Cəbhəsinin içinə “komsomolçu” qismində gələn “Yurd”çu Ə.Kərimli hələ o zamanlar başqalarının maraqlarının həyata keçməsində fəal rola malik olub. “Komsomolçu”ya sahib çıxaraq ondan siyasi və digər maraqlarını yerinə yetirmək üçün istifadə edənlər isə heç də az deyilmiş. Ə.Kərimli AXC sıralarına daxil olduğu gündən fərqli xarici maraqların əlinə işləyib. Zaman-zaman mətbuatda yer alan açıqlamalarda da göstərilir ki, Əli Kərimli hələ Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrlərdə xarici fondlara işləyirmiş. Elçibəy hakimiyyəti dövründə isə dövlət katibi postunu tutsa da, Ə.Kərimli Ə.Elçibəyə qarşı aparılan təbliğatın başında dayanıb, bunun üçün Azərbaycanda Demokratiyanın İnkişafı Fondundan milyonlarla pul alıb...
Öz “silahdaşları” tərəfindən “fərari” adlandırılan biri hansı haqla müharibədən danışır?
O ki qaldı Ə.Kərimlinin başına 90 nəfər adam yığaraq orduya getməsi məsələsinə, millət vəkili Siyavuş Novruzov bunun da yalan olduğunu bildirib. Onun sözlərinə görə, hətta o dövrdə Ə.Kərimli ilə eyni komandada işləyən insanlar onu fərari adlandırıblar: “Ə.Kərimlinin guya 90 nəfəri yığıb orduya getməsi barədə dediyi tamamilə yalandır. Əli Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı”.
AXC-Müsavat hakimiyyəti dövründə təsadüfən vəzifə əldə edən Ə.Kərimli və onun kimilərinin başına silahlı dəstə toplayaraq hansı əməlləri törətdiyi hələ Azərbaycan xalqının yaddaşındadır. Məhz Ə.Kərimliyə və digərlərinə güvənərək quldurluqla məşğul olan həmin dəstələr vətəndaşların üzərinə silah çəkir, soyğunlar törədir, insanların qətlinə səbəb olurdular...
Əli Kərimli şəxsi maraqları üçün sədri Elçibəyə də xəyanət edib
Əli Kərimlinin öz partiyadaşlarına, təmsil olunduğu partiyanın sədrinə qarşı xəyanətkar mövqe tutmasının daha bir bariz sübutu 2000-ci ilin parlament seçkiləri oldu. Belə ki, həmin dövrdə Ə.Elçibəyin xəstə olmasından istifadə edən Əli Kərimli öz niyyətini həyata keçirməyə fürsət tapıb. Millət vəkili Siyavuş Novruzov mətbuata açıqlamasında bu məsələyə toxunaraq bildirib ki, 2000-ci ildə parlament seçkilərində Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə “Müsavat” bir yerdə namizədlərini irəli sürsünlər: “Bunu AXCP-də, “Müsavat”da olanlar da bilirlər. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər “Müsavat”dan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, “Müsavat”la olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP “yurdçular”a və “klassiklər”ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.
Bəli, artıq şərhə ehtiyac qalmır. Öz şəxsi maraqlarının təmini üçün canfəşanlıq göstərən, təmsil olunduğu düşərgəyə bir göz qırpımında xəyanət etməyi bacaran Ə.Kərimli sonradan AXCP-də təmsil olunanlara qarşı da analoji münasibəti göstərdi. Öz müşavirinə qarşı kaset şantajı həyata keçirən, onun fikrinin əleyhinə çıxan şəxsləri partiyadan qovduran birisinin özünə “demokrat” deməsi sadəcə ikrah hissi yaradır...
Əli Kərimli tərbiyəsizliyini “piar”a çevirməyə niyyətlənib
Əli Kərimli xəyanətkar olduğu qədər siyasi mədəniyyətdən də kənar olduğunu dəfələrlə öz əməlləri ilə sübuta yetirib. Onun adi siyasi üslub və davranış etikasından xəbərsizliyi özünü bir sıra hallarda açıq şəkildə büruzə verir. Hər zaman sosial şəbəkələrdə fərqli gizli profillərlə qeyri-etik davranışlar sərgiləyən və ya öz ətrafındakıları buna məcbur edən Əli Kərimli hansı mənəviyyatın sahibi olduğunu bununla bir daha ortaya qoymuş olur.
Hətta deputat olduğu dövrdə ölkə Prezidenti, Ulu öndər Heydər Əliyev Milli Məclisə gələrkən ayağa qalxmadığını söyləyən Ə.Kərimli bununla siyasətdən və tərbiyədən kənar, eləcə də davranış kodeksindən xəbərsiz olduğunu bir daha sübuta yetirir. Əli Kərimli bu sözlərlə xalqa, xalqın seçiminə qarşı hörmətsizlik edir. Demək ki, qaragüruhçu xislətə malik Ə.Kərimli adi etika qaydalarını belə mənimsəyib öyrənə bilməyib.
Millət vəkili Siyavuş Novruzov mətbuata açıqlamasında bu məsələyə toxunaraq qeyd edib ki, Əli Kərimli heç vaxt həyatda ali prinsipləri rəhbər tutmayıb və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayıb: “Bu gün vaxtilə Ümummilli lider Heydər Əliyev Milli Məclisə gələrkən ayağa qalxmamağı ilə “fəxr edən” bu şəxs dövlət başçısı və özündən yaşca qat-qat böyük olan bir insanın qarşısındakı elementar tərbiyəsizliyini özü üçün “piar”a çevirəcək qədər mənəviyyatsızdır. Yəni ki həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Əli Kərimlinin, ümumiyyətlə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa, faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30