Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir
09.02.2016 [09:47]
Prezident İlham Əliyev: Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.
Regional güc mərkəzi olan Azərbaycan müstəqil xarici siyasət həyata keçirir
Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Reallaşdırılan uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunması, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsidir. Məhz buna paralel olaraq ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
Prezident İlham Əliyev cari il yanvarın 29-da Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki nitqində ölkəmizin müstəqil siyasət həyata keçirdiyinə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib: “1991-ci ildə Sovet İttifaqı dağıdıldı, bütün respublikalara sanki tarixi bir şans verildi ki, öz dövlətini qursunlar. Əgər bu gün biz keçmiş müttəfiq respublikaların indiki vəziyyətinə nəzər salsaq, görərik ki, bəzi ölkələr bu günə qədər də xarici təsirdən yaxasını qurtara bilməmişlər. Azərbaycan isə müstəqil dövlətdir, güclü dövlətdir, uğurlu inkişaf yolunu keçən dövlətdir”.
Milli maraqlar Azərbaycanın siyasi kursunun əsasını təşkil edir
Bütövlükdə, milli maraqlar Azərbaycanın siyasi kursunun əsasını təşkil edir. Amma bəzi dairələr Azərbaycanın müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Azərbaycan dövlətinin milli - suveren siyasi iradəsi onu tələb edir ki, ikitərəfli münasibətlər sırf qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin, həm daxili, həm də xarici arenada milli maraqlar əsas strateji prinsip kimi qəbul edilsin.
Qeyd etdiyimiz kimi, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin imicinə - nüfuzuna zərbə vurmaq istəyən qüvvələr “qara piar” kampaniyasına istinad edirlər. Biz bunu ilk Avropa Oyunları ərəfəsində də müşahidə etdik. Proseslərin gedişatı göstərdi ki, kampaniyanın arxasında islamofob, ermənipərəst və anti-Azərbaycan dairələr, o cümlədən erməni lobbisi durur. Bu proseslərin fonunda Qərbdəki müəyyən dairələr Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirdilər. Aydın oldu ki, “demokratiya”, “insan hüquqları” kimi məfhumları istismar mexanizminə çevirən həmin qüvvələr müstəqil siyasət həyata keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm edə bilmirlər. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı onu da diqqətə çatdırıb ki, “Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar”.
Anti-Azərbaycan qüvvələrin neftin ucuzlaşmasından sonra yaranmış müvəqqəti çətinliklərə sevinməsi və uydurmalar yaymasına diqqət çəkən Prezident İlham Əliyev bildirib: “... Yenə də erməni lobbisi bizi qaralamaq, ləkələmək, bizə şər-böhtan atmaq üçün durmadan çalışır. Anti-Azərbaycan qüvvələr onlara qoşulublar. Bizim müstəqil siyasətimizi həzm edə bilməyənlər də bizi ləkələyirlər. Ona görə bəziləri hesab edə bilər ki, Azərbaycanda vəziyyət çox ağırdır. Hətta bax, dünyada yaşanan böhranlı vəziyyətlə bağlı görün indi Azərbaycan haqqında həqiqəti əks etdirməyən nə qədər yazılar gedir”.
“Financial Times” qəzetinin iddiası nəyi ifadə edir?
O da qeyd edilməlidir ki, Azərbaycana qarşı təzyiq kampaniyasında erməni lobbisinin, anti-Azərbaycan dairələrin fəaliyyəti fonunda bəzi nəşrlərin də xidmətlərindən istifadə edilməkdədir. Məsələn, sözügedən görüşdəki nitqində Prezident İlham Əliyevin vurğuladığı kimi, “Financial Times” qəzeti guya Azərbaycanın beynəlxalq maliyyə qurumlarından yardım istəməsinə dair iki-üç məqalə dərc edib. Lakin bu, tamamilə yalandır. Təəssüf doğuran haldır ki, həmin məqalələr ölkəmizdəki vəziyyəti doğru-düzgün əks etdirməkdən çox uzaqdır. “Financial Times” Azərbaycanın guya düşdüyü çətin maliyyə durumundan çıxmaq üçün beynəlxalq qurumlardan yardım istəməsi ilə bağlı iddiaları irəli sürərkən, təbii ki, heç bir fakta istinad etmir. Ölkəmiz maliyyə tranşlarının ayrılması ilə əlaqədar hansısa quruma müraciət ünvanlamayıb və buna heç ehtiyac da yoxdur. Prezident İlham Əliyev “Financial Times”ın məqalələrini Azərbaycana qarşı aparılan kampaniya kimi səciyyələndirib: “... Bu yalan məlumatı əgər Azərbaycanın hər hansı bir müxalifət saytı yazsa idi, buna biz heç fikir verməzdik, təəccüb etməzdik. Amma mötəbər, beynəlxalq aləmdə nüfuzlu mətbu orqan belə yalanları dərc edəndə, əlbəttə ki, sual yaranır: Nə üçün? Yəni bu məsələni yoxlamaq üçün imkanınızmı olmamışdır? Yəni bu, bizə qarşı növbəti bir kampaniyadır ki, göstərsinlər, Azərbaycanda hər hansı bir çətin vəziyyət yaranıbdır. Heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir - istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun”.
Azərbaycana qarşı növbəti “qara piar” elementi...
Bunlarla yanaşı, bir məqam da diqqət çəkir. Belə ki, bəzi xarici nəşrlər yazırlar ki, guya milli valyutanın devalvasiyasından sonra ölkəni kütləvi etirazlar bürüyüb. Görünən odur ki, burada da anti-Azərbaycan dairələrin və erməni lobbisinin sifarişləri başlıca rol oynayır. Əlbəttə, manatın devalvasiyasından sonra işbazların süni qiymət artımına yol vermələri hallarına qarşı vətəndaşlar müəyyən narazılıqlarını bildirdilər, amma bunu etiraz aksiyası kimi təqdim etmək cəfəngiyatdır. Bu məqama toxunan Prezident İlham Əliyev bəhs olunan nəşrlərin Azərbaycandakı hansısa etirazlarla bağlı yazdıqlarının mahiyyətinə diqqət çəkərək məntiqi sual verib: “İndi bir mövzunu da xarici mətbuat xüsusilə gündən-günə qabardır ki, Azərbaycanda kütləvi etirazlar baş veribdir. İndi sual olunur - bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər?”
Prezident İlham Əliyev diqqəti Ermənistandakı vəziyyətə yönəldib: “Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Bir dənə də olsun xarici mətbu orqan bunu işıqlandırmamışdır. Ondan sonra Ermənistanda “Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər. Bir dənə də olsun Qərb mətbuatında bu barədə heç bir məlumat getməmişdir. Yəni bunu görmürsünüzmü? Azərbaycanda bir gün 150 nəfər unun bahalaşmasına görə etiraz edəndə bunu bunlar hər gün, necə deyərlər, çeynəyirlər və təqdim etmək istəyirlər ki, Azərbaycanda bax vəziyyət belədir. Bu, nəyi göstərir? Yenə də bizə qarşı qərəzli mövqeyi. Anti-Azərbaycan qüvvələr, bizim inkişafımızı istəməyən, son illər ərzində inkişafımıza paxıllıq edənlər hesab edirlər ki, bax, indi bunlar nə isə əldə edə biləcəklər. Heç bir şey əldə edə bilməyəcəklər”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40

