ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda müzakirələr aparılıb
17.03.2016 [10:13]
Martın 16-da ADA Universitetində “Qlobal perspektivə dair məruzələr seriyası” çərçivəsində “İqlim dəyişmələri və qlobal istiləşmə” mövzusunda elmi mühazirə dinlənilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ADA Universitetinin və ölkəmizin digər ali məktəblərinin tələbələri iştirak ediblər.
“Qlobal istiləşmə bütün ölkələri düşündürən prioritet sahələrdən hesab olunur”, - deyən Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi təhsil ocağında bu məsələyə həmişə aktual yanaşıldığını bildirib. Rektor deyib ki, universitetdə ekologiya və enerji məsələləri ilə bağlı yaradılan mərkəzdə geniş araşdırmalar aparılır.
ADA Universitetinin fəaliyyəti haqqında qısa məlumat verən Hafiz Paşayev Azərbaycanda zəngin enerji resurslarının olduğunu vurğulayıb. O bildirib ki, universitetin əsas ideologiyası da ölkənin resurslarını, ətraf mühiti qorumaq və ona sağlam münasibət göstərməkdir. Rektor ətraf mühitin qorunması üçün ADA Universitetinin ağacəkmə kampaniyalarında da fəal iştirak etdiyini diqqətə çatdırıb.
“İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda elmi mühazirə oxuyan fəza araşdırmaları üzrə tanınmış alim, ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsində dərs deyən professor Roald Saqdeyev ötən ilin dekabrında Parisdə iqlim dəyişikliyinə həsr olunan sammitin uğurla keçdiyini deyib. Alim vurğulayıb ki, Paris Sammiti qlobal istiləşmənin qarşısını almaq üçün qarşıya qoyulan məqsədlərə tam çatacağımıza təminat vermir. Roald Saqdeyev qeyd edib ki, qlobal istiləşmə bütün dünyada sivilizasiyanın inkişafı üçün müəyyən çətinliklər yaradır. Buna görə də onun qarşısını almaq üçün atmosferə atılan karbon qazının həcmi azaldılmalıdır. Alim hətta böyük sənaye mərkəzinə malik olan bəzi ölkələrdə atmosferə atılan karbon qazının həcminin azaldılması üçün böyük işlər görüldüyünü də vurğulayıb. “Ötən 650 min il ərzində atmosferə atılan karbon qazının həcmi heç vaxt indiki kimi belə yüksək səviyyədə olmayıb”, - deyən Roald Saqdeyev dünyada atmosferə atılan karbon qazının miqdarının qısa müddət ərzində - son onilliklərdə demək olar ki, iki dəfə artdığını bildirib. Alim əlavə edib ki, Azərbaycan ətraf mühitin çirklənməsinə görə dünyada ilk yüzlüyə daxil olan ölkələr sırasında yoxdur. Bu isə çox sevindirici haldır.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov diqqətə çatdırıb ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar və öz ölkəsi qarşısında götürdüyü öhdəliklərə tam əməl edir. Nazir Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması üçün mühüm işlər görüldüyünü və bu ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
H.Bağırov bildirib ki, Azərbaycanda neft strategiyası həyata keçirilməyə başlayandan sonra iqtisadiyyatın inkişafı bir necə dəfə yüksəlib. Bununla bağlı olaraq Azərbaycanda təmiz ekologiya siyasəti həyata keçirilməyə başlanılıb. Nazir Azərbaycanın ətraf mühitə atılan neft-qaz tullantılarının həcmini 2020-ci ilədək kəskin şəkildə azaltmağı qarşısına məqsəd qoyduğunu diqqətə çatdırıb. Son illər ölkəmizdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin geniş vüsət aldığını deyən H.Bağırov qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, magistral yolların kənarlarında ağacəkmə işləri aparılır.
Nazir IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ekologiya sahəsində mühüm layihələrin reallaşdırıldığını da xatırladıb. O, Cənubi Qafqazda Azərbaycanın Gürcüstan ilə ekoloji sahədə sıx əməkdaşlıq etdiyini, Ermənistanın isə Kür çayını daim çirkləndirdiyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edib.
“Hər bir insan təbiəti sevməli və ona qayğı göstərməlidir”, - deyən Leyla Əliyeva IDEA İctimai Birliyinin təbiətin qorunması istiqamətində bir sıra layihələrə imza atdığını vurğulayaraq deyib: “Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Yəqin ki, siz bizim layihələrimiz haqqında çox oxumusunuz. Biz ağac əkməklə məşğul oluruq. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər. Bilirəm ki, siz də 30 nəfərlə birlikdə ağac əkmisiniz. Buna görə Sizə təşəkkür edirik.
Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq. Əlbəttə ki, ovçuluq bütün dünyada mövcuddur. Bu, qəbul ediləndir və bəzən hətta faydalıdır. Lakin adları “Qırmızı kitab”a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır”.
“Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik”, - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə edib. Gənclərə müraciət edən IDEA-nın rəhbəri İctimai Birliyin hamı üçün açıq olduğunu vurğulayıb.
Sonra professor Roald Saqdeyevə iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı suallar verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva maraq doğuran belə bir sualla müraciət edib: “Hörmətli akademik Saqdeyev, mənə çox maraqlıdır ki, siz bütün planet üçün təhlükənin qarşısını almağa qadir olan ümumi platformanın mövcudluğuna inanırsınızmı? Təəssüflə qeyd etdiyimiz və bugünkü bəşəriyyətin qarşılaşdığı digər çağırışlarla, bu təhlükə ilə mübarizədə hər hansı etik mexanizmlərin işlənib hazırlanmasını mümkün sayırsınızmı? Yoxsa bu, sadəcə gözəl, utopik ideyadır? Çox sağ olun”.
Suala görə təşəkkür edən professor Roald Saqdeyev deyib: “Bu, çox dərin mövzudur. Yəqin ki, burada nikbin insanların və bədbinlərin cavabları fərqli olar. Mən hətta bu məsələyə yanaşmada belə bir fikir eşitmişəm ki, auditoriyanı, insanların əksəriyyətini əsaslı elmi-praktiki arqumentlərlə inandırmaq çox güman, mümkün deyil. Ola bilsin ki, bəşəriyyətin yaşaması üçün insanların birləşməsindən də artıq nə isə lazım olacaq. Bəziləri deyirlər ki, bu, ekoloji din, təfəkkürümüzün əsasını təşkil edən torpaq, təbiət dini ola bilər. 1989-cu ildə konfranslardan birində mən məşhur Robert Redfordun qonağı idim. O, qlobal istiləşmə ilə bağlı birinci konfransı özü təşkil edib keçirirdi. Robert Redford yaxınlıqda yaşayan hindu qəbiləsinin rəhbərlərini dəvət etmişdi. Hinduların qəbilə başçısı dedi ki, insanlar onun əcdadlarının müdrikliyini anlaşaydılar, başa düşərdilər ki, biz bu torpağı əcdadlarımızdan miras almamışıq, biz bu torpağı gələcək nəsillərdən borc götürmüşük”.
Tədbirdə digər suallar da cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

