/ / Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?
Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?
02.04.2016 [11:33]
Qlobal Forum Azərbaycanın tolerantlıq, multikulturalizm məkanı kimi təcrübəsinin dünya dövlətləri tərəfindən daha dərindən öyrənilməsinə stimul vermiş olacaq
Məlum olduğu kimi, Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkəmizdə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də inkişafın, sosial sabitliyin şahidi olurlar.
Bir sözlə, Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan ölkəmiz bu istiqamətdə beynəlxalq forumların keçirilməsi üçün ideal məkandır.
Onu da qeyd edək ki, sözügedən məsələ Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da müzakirə olunub. İclasda çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan sivilizasiyalararası dialoqun genişlənməsi üçün əlindən gələni edir: “Biz nə qədər çalışsaq da əfsuslar olsun ki, sivilizasiyalararası dialoqu daha az görürük. Biz daha çox sivilizasiyalararası, dinlərarası anlaşılmazlıq, inamsızlıq, toqquşmalar görürük. Ancaq biz bu yoldan dönməyəcəyik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq”.
Çıxışında bu il Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini də deyən Prezident İlham Əliyev bildirib ki, bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir: “Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi, doğrudan da, həm bizə verilən böyük qiymətdir, həm də ki, bizim üçün böyük şərəfdir”.
Dövlət başçısı bu Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə bu sahəyə ölkəmizin verdiyi diqqəti və əldə edilən nailiyyətləri nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Xatırladaq ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu 25-27 aprel tarixlərində keçiriləcək. Bu haqda qərar BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində 2014-cü il sentyabrın 26-da təşkilatın Sivilizasiyalar Alyansının Dostluq Qrupunun illik nazirlər toplantısında qəbul olunub.
Qeyd edək ki, bu Forumun yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə əməli işlər görülüb. Xatırladaq ki, 2015-ci il iyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda Forumun Bakıda yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılması, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılması baxımından əhəmiyyəti qeyd edilir. Sərəncamda vurğulanır ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Həmçinin bu il fevralın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Ümumilikdə, Forumun yüksək səviyyədə keçirilməsi ilə əlaqədar ardıcıl fəaliyyət davam etdirilir. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin də müntəzəm olaraq iclası keçirilib. Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun keçirilməsi ilə əlaqədar BMT Sivilizasiyalar Alyansının rəsmi nümayəndələri ilə dəfələrlə görüşlər keçirib. Eyni zamanda, BMT Radiosuna verdiyi müsahibədə nazir Ə.Qarayev qeyd edib ki, Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq ənənələrinə və imkanlarına pozitiv baxışa dəlalət edir: “Sivilizasiyalar Alyansı Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. Təəssüf ki, bu proseslər heç də həmişə pozitiv xarakter daşımır. Zənnimcə, bu gün dünyada gedən proseslərin çoxu mədəni ənənələri, baxışları, həyat tərzini, hər bir xalqa xas olan və əsrlər boyu formalaşmış müəyyən dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Belə ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir”.
Nazir bildirib ki, ilkin məlumata görə, bir sıra beynəlxalq təşkilatların rəhbərləri həmin Forumda iştirak etməyə maraq göstəriblər. BMT-nin Baş katibi Pan Gi Mun həmin Forumda iştirak etmək arzusunu bildirib. Əbülfəs Qarayev deyib ki, biz digər nüfuzlu nümayəndə heyətlərinin gəlişini də gözləyirik: “Azərbaycan Prezidenti İlham Əliyev prezident həmkarlarının çoxuna dəvətnamələr göndərib”.
Onun sözlərinə görə, Qlobal Forum çərçivəsində gənclər üçün də beynəlxalq tədbir keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün dünyadan həmin tədbirə qoşulmaq arzusunu bildirmiş 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir.
Yeri gəlmişkən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasını və Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsini ekspertlər də yüksək qiymətləndirirlər. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi çoxmədəniyyətliliyin tarixi bir dəyər kimi əziz tutularaq yaşandığı, həyat tərzinə çevrildiyi, bunu təşviqləyən dövlət siyasətinin aparıldığı Azərbaycan Respublikasının dünyaya multikulturalizm ismarıclarını çatdırması üçün olduqca zəruri olan tarixi bir zamana təsadüf edir: “Elə bir zamana ki, dünyanın bir sıra bölgələrində etnik-dini zəmində münaqişələr artmaqda, demokratiyaya iddialı bəzi Qərb dövlətlərində sağ təmayüllü siyasətçilər multikulturalizmə dair mənfi bəyanatlarla çıxış etməkdədirlər. Multikulturalizmin bir dəyər olaraq gözdən salınması cəhdləri fonunda Azərbaycan haqq edir ki, bunun dünya miqyasında təbliğatçısına, təşviqatçısına çevrilərək beynəlxalq aləmə özünün nümunəverici bir modelini də təqdim etsin”.
N.Qasımoğlu qeyd edib ki, hazırda qloballaşma proseslərinin sürətləndiyi bir vaxtda az sayda ölkələr var ki, multikultural durumu olmasın: “Çoxmədəniyyətliliyin bütün təzahürlərinə düşmən münasibətilə seçilən həmin ölkələri obyektiv olaraq multikulturalizmin alternativi qismində müəyyənləşən və beynəlxalq, eləcə də regional səviyyələrdə sülhü və təhlükəsizliyi təhdid edən ksenofobiya, şovinizm, milli-dini və siyasi istisnalıq, faşizm müstəvisində dəyərləndirməyə bilmirsən. Digər yandan, ilk qavrayışda qəribə səslənsə də deməliyəm ki, multikultural durumu olan ölkələrin bir çoxunda isə ya multikulturalizm yoxdur, ya zəifdir, ya da qüsurludur. Çünki multikulturalizm həm də multikultural durumu hər baxımdan dəstəkləyən, tənzimləyən bir siyasətdir. Azərbaycanı fərqləndirən əsas məqam bu siyasətin dövlətimizin prioritet siyasətləri çərçivəsində yer almasıdır”.
“Azərbaycan multikulturalizmi artıq beynəlxalq miqyasda etiraf olunan bir modeldir. Və həqiqətən də, Prezidentin Sərəncamında qeyd olunduğu kimi, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Bu mənada, heç də təsadüfi deyil ki, Prezidentin məlum Sərəncamı əsası 2008-ci ildə qoyulan “Bakı prosesi” çərçivəsində həyata keçirilən tədbirlərin, o cümlədən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının bu prosesin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olduğu bir vaxta da təsadüf edir. “Multikulturalizm ili” bizim üçün həm də gözəl bir fürsətdir ki, azərbaycanlıların əsrlər uzunu gəlişdirdiyi, yaşadığı bir dəyəri bayram edərək dünya miqyasında ictimailəşdirək, beynəlxalq ictimaiyyətin diqqətini bir daha bu dəyərin əhəmiyyətinə və alternativsizliyinə çəkək”, - deyə N.Qasımoğlu vurğulayıb.
Beləliklə, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanda mövcud olan tolerantlıq, multikultural mühitin bir daha dünya ictimaiyyətinə təqdim edilməsi ilə xarakterizə olunacaq. Eyni zamanda, belə bir mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Şübhəsiz ki, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerantlıq, multikulturalizm məkanı kimi təcrübəsinin dünya dövlətləri tərəfindən daha dərindən öyrənilməsinə bir stimul vermiş olacaq.
Nardar BAYRAMLI
“Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

