/ / Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhəboyu və təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini, mülki əhalini intensiv atəşə tutur
Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhəboyu və təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini, mülki əhalini intensiv atəşə tutur
04.04.2016 [21:13]
Bu, erməni xislətini, işğalçı Ermənistanın rəhbərliyinin aciz mahiyyətini - iç üzünü bir daha bütün dünyaya nümayiş etdirir
Məlum olduğu kimi, işğalçı Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki əhalini intensiv atəşə tutur. İriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından istifadə edən erməni silahlı birləşmələrinin intensiv atəşi nəticəsində mülki vətəndaşlar arasında həlak olanlar, yaralananlar və evləri ciddi ziyan görənlər var. Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda aprelin 2-də növbəti belə təxribat və diversiya aktları nəticəsində qanlı cinayət əməllərinin törədildiyi, mülki əhali arasında həlak olanların və yaralananların olduğu bildirilir. Hüquq-mühafizə orqanları bununla bağlı konkret faktlar da açıqlayıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə atəş açması 2 sakinin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Eyni zamanda, vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Məlumatda da bildirildiyi kimi, məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə məruz qalıb.
Məlumat üçün, qeyd edək ki, Tərtər rayonunun Qarağacı kəndi və Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərin minik avtomobillərinin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb. Daha bir mərmi həmin kənddəki evi dağıdıb, ağır yara alan ev sahibi xəstəxanaya yerləşdirilib. İşğalçı Ermənistanın hərbi birləşmələri Ağdam rayonunun yaşayış məntəqələrini də şiddətli artilleriya atəşinə tutub, nəticədə Əfətli və Seydimli kəndlərində üç nəfər ağır yaralanıb ki, onlardan biri azyaşlıdır. Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş Tərtər şəhərində və Goranboy rayonunda da dağıntılar törədib və iki mülki şəxsin ağır yaralanması ilə nəticələnib. Bu faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.
Bunlarla yanaşı, Tərtərin Düyərli kəndində yaşayış evinə mərmi düşüb, mərminin partlaması nəticəsində 2 qadın yaralanıb. Yaralılar Tərtər rayon xəstəxanasına yerləşdirilib.
Göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasına baxmayaraq, işğalçı Ermənistanın hərbi birləşmələri təxribatlar törətməkdə davam edirlər.
Məlumat üçün bildirək ki, Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qaldığı üçün təhsil müəssisələrinə də ciddi ziyan dəyib. Məsələn, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır. İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Bundan başqa, aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb, nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.
Beləliklə, atəşkəs rejimi ərzində dəfələrlə bu cür təxribatlara əl atan Ermənistan silahlı birləşmələri yenə də atəşkəsin tələblərini və beynəlxalq hüquq normalarını pozaraq mülki əhaliyə qarşı cinayət əməlinə yol veriblər. Bu isə erməni xislətini, işğalçı Ermənistanın rəhbərliyinin aciz mahiyyətini - iç üzünü bir daha bütün dünyaya nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

