Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Polşada səfərdə olan Əli Əhmədov bir sıra görüşlər keçirib

Polşada səfərdə olan Əli Əhmədov bir sıra görüşlər keçirib

30.04.2009 [17:38]

YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov aprelin 28-də Polşa Prezidenti dəftərxanasının beynəlxalq əlaqələr departamentinin rəisi, dövlət katibinin müavini, nazir Mariuş Handzlik ilə görüşüb.
Polşa - Azərbaycan dövlətlərarası münasibətlərin strateji xarakter daşıdığını xüsusi ilə vurğulayan M.Handzlik Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində bu əlaqələrin daha da genişləndiyini qeyd edib. Azərbaycanın ərazi bütövlüyünün Polşa tərəfindən daimi dəstəkləndiyini deyən nazir Mariuş Handzlik Azərbaycanın Polşa üçün regionda ən mühüm tərəfdaş dövlət olduğunu həmsöhbətinin nəzərinə çatdırıb.
Əli Əhmədov Azərbaycan - Polşa əlaqələrinin daimi ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib, bu münasibətlərin getdikcə daha da inkişaf və dərinləşəcəyi naminə özünün və Yeni Azərbaycan Partiyasının səylərini əsirgəlməyəcəyini xüsusi qeyd edib.
Görüşün sonunda nazir Mariuş Handzlik Polşa Respublikasının prezidenti Lex Kaçinskinin səmimi salamlarını Azərbaycanın dövlət başçısı İlham Əliyevə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30